MESAJIMIZ: Hərb istəmirik, amma hərbə hər an hazırıq!

13:00 26-06-2023 | icon 812 | Siyasət
MESAJIMIZ: Hərb istəmirik, amma hərbə hər an hazırıq!

Könül İsmayılova: “Ordumuz bunu 44 günlük Vətən müharibəsində bir daha təsdiqlədi”

 

“105 yaşlı Qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı dərsi verdi. Bu gün Silahlı Qüvvələr Gününü məhz bu uğurumuzun-torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayaraq qeyd edirik. Dünyanın ən güclü ordusu sırasında yer alan Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazıb, işğala son qoyaraq, Böyük Qayıdışa yol açıb”.

 

Versus.Az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının məsul Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ilə bağlı şəxsi “facebook” hesabındakı paylaşımında bildirib.

 

Könül xanım qeyd edib ki, hər il ölkəmizdə keçirilən möhtəşəm hərbi paradlar, Beynəlxalq Müdafiə Sərgiləri ordu quruculuğu istiqamətində aparılan islahatların hesabatı kimi dəyərləndirilir:

 

“İqtisadi inkişafı və müdafiə qüdrəti ilə regionda fərqlənən bir ölkəyə rəhbərlik edən, Heydər Əliyev siyasətinə sadiqliyini atdığı hər bir addımında təsdiqləyən, Ali Baş Komandan İlham Əliyevin bütün bayram tədbirlərində hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər, keçirilən hərbi paradlarda nümayiş etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı bir daha belə əminlik yaradır ki, biz hərb istəmirik, amma hərbə hər an hazırıq. Aparılan sülh danışıqları səmərə vermədiyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündədir. Azərbaycanın güclü, peşəkar ordusu var”.

 

K.İsmayılova bildirdi ki, bu gün Zəfərimizin doğurduğu sevincə dövlət başçısı İlham Əliyevin Silahlı Qüvvələrimizin bütün strukturlarında çalışan hərbçilərimizə diqqət və qayğısının bariz nümunəsi olan Sərəncamları daha böyük sevinc qatır, ictimaiyyət Ali Baş Komandanın bu mühüm addımlarını rəğbətlə qarşılayır:

 

“Dövlət başçısının 25 iyun 2021-ci il tarixli “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Sərəncamı ordumuza diqqət və qayğının tərkib hissəsidir. Daim müdafiə qüdrətimizin artırılmasını Azərbaycan dövlətinin daxili məsələsi olduğunu önə çəkən cənab İlham Əliyevin çıxışlarında hər zaman deyir ki, - “Ölkəmizdə ordu quruculuğu prosesi uğurla gedir. Bu gün Azərbaycanda nizami ordu var. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti, ruh yüksəkliyi yüksək səviyyədədir”. Əminliklə deyirəm ki, 44 günlük İkinci Qarabağ müharibəsi prezidentimizin bu fikirlərini bir daha təsdiqlədi”.

 

Xanım siyasətçi qüdrətli orduya malik olmağımızın kökündə ölkə başçısının, Ali Baş Komandanın diqqət və qayğısının önəmin vurğulayıb və təbriklərini ifadə edib:

 

“Zəfərin mübarək, Azərbaycan! Zəfərin mübarək, Azərbaycan xalqı! Eşq olsun Müzəffər Ali Baş Komandana! Eşq olsun Azərbaycan əsgərinə!”

 

PƏRİ
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı