Qarabağ Komitəsi BŞİH ilə razılaşmadı

19:36 22-07-2019 | icon 504 | Siyasət
Qarabağ Komitəsi BŞİH ilə razılaşmadı

Versus.Az xəbər verir ki, iyulun 22-də günün birinci yarısı Qarabağ Komitəsinin 23 iyul mitinqi ilə bağlı fövqəladə KXCP qərargahında toplantısı keçirilib. Toplantıda Bakı Şəhər İcra Hakimiyyətinin 23 iyula təyin olunmuş Qarabağ mitinqi ilə bağlı Qarabağ Komitəsinin müraciətinə verdiyi cavab müzakirə edilib.

 

Toplantıda Qarabağ Komitəsinin üzvləri bildiriblər ki, BŞİH-nin cavabı əslində mübahisəlidir. Bununla bağlı hətta Qarabağ Komitəsinin rəhbərliyinə daxil olanlardan KXCP sədri Mirmahmud Mirəlioğlu, AXP sədri Pənah Hüseyn və AĞ Partiyanın sədri Tural Abbaslı və Əvəz Zeynallı Bakı Şəhər İcra Hakimiyyətinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və Bakı Şəhər Baş Polis İdarəsinə müraciətdə ünvanlayıblar. Müraciətdə bildirilir ki, Bakı şəhər İcra Hakimiyyəti , Ağdam rayonun Ermənistan tərəfindən işğalı günü, Dağlıq Qarabağ və digər ərazilərimizin Ermənistanın işğalı altında qalmasına etiraz etmək, həmçinin torpaqlarımızın azadlığı işinə ictimai dəstəyi nümayiş etdirmək məqsədilə 23 iyul 2019- cu il tarixdə, Bakı şəhəri Yasamal rayonu ərazisindəki “Məhsul” stadionunda, saat 17- dən 18. 30- dək, “Qarabağa Azadlıq” şüarı ilə, 10 min nəfərin iştirakı ilə mitinq keçiriləcəyi haqqında xəbərdarlıq müraciətinə “23 iyul 2019- cu il tarixdə planlaşdırdığınız mitinqin keçirilməsini məqsədəuyğun hesab etmirik” cavabı verib: “Göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti təşkilatçısı olduğumuz mitinqin keçirilməsini məqsədəuyğun saymasa da lakin həmin aksiyanı qadağan etmir (məhdudlaşdırmır) bunlarla əlaqədar hər hansı xəbərdaredici, çəkindirici ifadələr işlətmir...

Beləliklə, “planlaşdırdığınız mitinqin keçirilməsini məqsədəuyğun hesab etmirik” ifadəsinin qadağanedici norma(hərəkət) olmaması, bunu yalnız inzibati orqanın subyektiv mövqe ifadəsi olması barədə tövsifi də qanunu qüvvəyə minmişdir. Bakı İcra Hakimiyyəti 23 iyul tarixinə planlaşdırdığımız mitinq barədə xəbərdarlıq müraciətimizə də “23 iyul 2019- cu il tarixdə planlaşdırdığınız mitinqin keçirilməsini məqsədəuyğun hesab etmirik” şəklində cavabı verirsə bu mitinqin sanksiyalaşdırılması deməkdir və biz bunu belə başa düşüb qəbul edirik.

Yuxarıdakıları əsasən Ağdam rayonun Ermənistan tərəfindən işğalı günü, Dağlıq Qarabağ və digər ərazilərimizin Ermənistanın işğalı altında qalmasına etiraz etmək, həmçinin torpaqlarımızın azadlığı işinə ictimai dəstəyi nümayiş etdirmək məqsədilə 23 iyul 2019- cu il tarixdə, Bakı ş. Yasamal rayonu ərzisindəki “Məhsul” stadionunda, saat 17- dən 18. 30- dək, “Qarabağa Azadlıq” şüarı ilə, 10 min nəfərin iştirakı ilə keçirməyi planlaşdırdığımız mitinqlə əlaqədar AR qanunlarına görə dövlət orqanları olaraq görməli olduğunuz tədbirləri həyata keçirməyinizi xahiş edirik. Öz tərəfimizdən, mitinq təşkilatçıları olaraq mitinqin keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş vəzifələrimizi bildiyimizi, bu vəzifələri yerinə yetirəcəyimizi, o cümlədən bu sahədə dövlət orqanları ilə əməkdaşlıq edəcəyəmizi təsdiq edirik”.

 

Qarabağ Komitəsi toplantının sonunda mitinqin keçirilməsinin məqsədəuyğunluğu barədə qərar qəbul edib.

Bununla belə, günün ikinci yarısında AXP sədri Pənah Hüseyn və AĞ Partiyanın sədri Tural Abbaslı Qarabağ Komitəsinin 23 iyula təyin etdiyi “Qarabağa azadlıq” mitinqinin təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Bakı Şəhər Baş Polis İdarəsinə gediblər. Bu barədə Pənah Hüseyn məlumat verib. Onun sözlərinə görə, BŞİH-yə öz təşəbbüsləri ilə gediblər və İctimai Təhlükəsizlik İdarəsinin rəisi ilə görüşüblər:

 

“Biz mənim, Mirmahmud Mirəlioğlunun, Tural Abbaslının və Əvəz Zeynallının Bakı Şəhər İcra Hakimiyyətinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və Bakı Şəhər Baş Polis İdarəsinə ünvanladığımız müraciəti də təqdim etdik. Gedişimizin məqsədi kütləvi aksiyalarla bağlı qanunun müəyyən elədiyi vəzifələrin yerinə yetirilməsi məsələsini müzakirə etmək və BŞİH-nin cavabının mitinqə icazə verilmədiyi demək olmadığını bir daha çatdırmaq idi. Bizə bildirildi ki, BŞİH icazə verməsə aksiyanı qanunsuz hesab edirik və polis aksiyanın qarşısını almaq üçün hərəkətə keçəcək. Bununla belə, bizə yekun rəsmi yazılı cavab verilmədi. İyulun 23-ü saat 15-ə kimi rəsmi cavabları olacaqsa, baxıb buna uyğun hərəkət edəcəyik. Hazırda isə Qarabağ Komitəsi mitinqə hazırlıq işlərini aparır, tribuna hazırlanması və digər texniki işləri həyata keçirir.

Onu da deyim ki, BŞİH-də bizə dedilər ki, şəhərdə beynəlxalq idman festivalı keçirilir və polis bu tədbirin təhlükəsizliyini təmin etməyə yönəldilib. Biz də bunu başa düşdüyümüzü dedik və bildirdik ki, BŞİH-nin bizə rəsmi cavabında bu məsələ barədə heç bir fikir yoxdur”./yeni müsavat/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF