Media tarixinin ən unikal və kuryoz olayları

21:05 22-07-2019 | icon 81 | Maraqlı
 Media tarixinin ən unikal və kuryoz olayları

Kütləvi informasiya vasitələrinin həyatımızdakı rolu danılmaz faktdır. İndi qəzetsiz, televiziyasız, internet mediasız həyatımızı təsəvvür edə bilmirik.

 Versus.Az Milli Mətbuat günü münasibətilə kütləvi informasiya vasitələri haqqında yaxın-uzaq tariximizdəki çoxlarımızın bilmədiyi maraqlı faktları, hadisələri təqdim edir.

1930-cu ilin aprelin 18-də “Bi-Bi-Si”nin diktoru efirə qeyri-adi xəbərlə çıxıb: “Bu günkü xəbər proqramında sizlərə ilk xəbərimiz odur ki, heç bir yeni xəbər yoxdur”. Xəbərlərin yerinə fortepiano musiqisi səsləndirilib.

1973-cü ildə tanınmış amerikalı teleaparıcısı Coni Karson öz şou proqramında kiçik bir zarafatı ilə ölkə sakinlərini xeyli xərcə salıb. Teleaparıcı verilişdə zarafatla qeyd edib ki, ölkədə tualet kağızlarının istehsalında böhran vəziyyətidir və artıq maqazalarda da defisitə çevrilib. Tamaşaçılar aparıcının fikrini ciddi qəbul ediblər. Səhərisi gün Coni Karson bu zarafatına görə üzr istəsə də, artıq gec olub. Çünki bütün mağazalardan tualet kağızlarının hamısı alınıb.

Mətbuat tarixində ən maraqlı faktlardan biri də bir qəzetin dörd ildə 42 dəfə adını dəyişməsi olub. 1898-ci ildə rus dilində nəşrə başlayan “Şimal diyarı” qəzeti hakimiyyətə qarşı müntəzəm tənqidi çıxışlarına görə 1905-ci ildə bağlanıb. Başqa çıxış yolu tapmayan redaksiya kollektivi qəzetin adını dəyişməyə məcbur olublar. Beləliklə, dörd il ərzində qəzetin adı “şimal” sözü saxlanmaqla 42 dəfə dəyişdirilib.

1938-ci ildə “Taym” jurnalı Hitleri “İlin adamı” elan edib. Nəşrin tarixində ilk dəfə olaraq “İlin adamı” elan edilmiş şəxsin şəkili jurnalın üz qabığına verilməyib.

London hərracında “Boston qlob” qəzetinin 12 aprel 1912-ci il tarixli buraxılışının bir nüsxəsi 304 dollara satılıb. Qəzetin həmin sayında “Titanik”lə bağlı ilk məlumat yerləşdirilib.

Kağız qıtlığı ucbatından 1921-ci il mayın 17-də “İzvestiya” qəzeti kətanda çap olunub və qəzetdə belə bir müraciət yayılıb: “Qəzetləri qoruyun. Onlar çox məhduddur. Oxuduqdan sonra başqasına verməyi unutmayın”

Dünyada qadınlar üçün ilk qəzet “Frauentsinmer Tsaytunq” 1798-ci ildə Almaniyada nəşr olunmağa başlayıb.

Qəzet sözü ilk dəfə 16-cı əsrdə İtaliyada meydana gəlib. Belə ki, həmin dövrdə gündəlik çıxan xəbərlər vərəqəsinin qiyməti İtaliyanın ən kiçik pul sikkəsi olan 1 “qazeta”ya satılıb və bu ad da o vaxtdan qalıb.

İlk dəfə oxucu məktubu 1786-cı ildə Almaniyada nəşr olunan qəzetlərin birində çap olunub. Sonradan məlum olub ki, oxucu elə həmin qəzetin əməkdaşıdır. Ancaq buna baxmayaraq, bu hadisədən sonra oxucu məktublarının qəzet səhifələrində çap edilməsi kütləviləşib.

İlk qəzet elanı1657-ci ildə İngiltərə nəşrlərinin birində çap olunub. Həmin elan II Karlın itinin axtarışı ilə bağlı olub.
İlk ödənişli televiziya reklamı isə 1 iyul 1941-ci ildə Amerika Birləşmiş Ştatlarında təqdim olunub. Amerika televiziyası 10 saniyəlik çarxda “Bulova Watch Company” şirkətinə məxsus saatları reklam edib. Şirkət sahibinə ilk reklam cəmisi doqquz dollara başa gəlib.

Dünyanın ən böyük tirajla nəşr olunan qəzetlərinə Yaponiyada çap olunan “Yomiuri Şim-bun” qəzeti başçılıq edir. Qəzet 14 milyon tirajla çap olunur.

Almaniya-SSRİ müharibəsindən sonra SSRİ-də televiziyanın yayım keyfiyyətini artırmaq üçün yeni teleqüllənin tikintisi ilə bağlı qərar verilib. Sovet alimi Nikolay Nikitin Ostankino televiziya qülləsinin layihəsini bir gecəyə hazırlayıb.

Fransanın satirik qəzeti olan “La Bougie du Sapeur” oxucuların görüşünə dörd ildə bir dəfə gəlir. Nəşrin nizamnaməsinə uyğun qəzet fevralın 29-da işıq üzü görür. 1980-ci ildən nəşr olunan qəzet 200 min tirajla çıxır. “La Bougie du Sapeur”nin Azərbaycan dilində tərcüməsi “minaaxtaranın şamı” mənasını daşıyır. Məhz qəzetin belə adda olması 19-cu əsrdə fransız personajı olan komik minaaxtaran Kamamberin adı ilə bağlıdır. Kamamberin doğum günü isə fevralın 29-na təsadüf edir. “La Bougie du Sapeur” qəzetinin bir əsrlik abunə qiyməti isə 100 avrodur. Satışdan və abunədən əldə olunan gəlir isə autizm xəstəliyindən əziyyət çəkən uşaların hesabına köçürülür.

Jurnalistika ilə bağlı daha maraqlı, amma daha dəhşətli bir fakt. Jurnalist Kristin Çabbak “Ey-Bi-Si”nin Florida filialındakı “Kanal 40” televiziyasında fəaliyyətə başlayanda ona kriminal xəbərlərin hazırlanması həvalə edilib. Gündəlik olaraq canlı efirdə oğurluq, soyğunçuluq, qətl və digər cinayət hadisələri haqqında materiallar təqdim etmək məhz Kristin Çabbaka tapşırılıb. Televiziya rəhbərliyi ümumilikdə onun işindən razı olsa da, günü-gündən verilişlə bağlı tələblərini də artırıb. Belə ki, onların əsas tələbi o olub ki, kriminal xəbərlərdə gedən reportajlar daha qəddar, daha qanlı olmaqla tamaşaçıları şoka salmalıdır. Jurnalist bu tələbləri nəzərə alıb. 1974-cü ilin iyul ayında Kristin Çabbak özünəqəsdlə bağlı reportaj hazırlamaq üçün hüquq-mühafizə orqanlarının nüməyəndələri ilə görüşüb. Özünəqəsdin həyata keçirilməsində əsasən hansı silahdan istifadə olunması ilə maraqlanıb. Bu sorğuda reportajla yanaşı jurnalistin öz şəxsi marağı da olub. Kristin Çabbaka məlumat veriblər ki, qəsdlər əsasən 38 kalibrli tapança ilə həyata keçirilir. Elə həmin gün jurnalist belə bir silahı əldə edib.

Növbəti gün kanalın rəhbəri Robert Nelson əməkdaşlarla növbəti yığıncaq keçirib. Bu dəfə də kriminal xəbərlərlə bağlı iradlarını səsləndirərək qeyd edib ki, tamaşaçı bu verilişdə qan görmək istəyir, kriminal reportajlardan qan qoxusu gəlməlidir.

Səhərisi gün 15 iyul 1974-cü ildə, adi iş günlərinin birində Kristin Çabbak öz iş otağında həmişə olduğu kimi efirə hazırlaşıb. Plana əsasən həmin gün canlı yayımda onun studiya qonağı olmayıb, o yalnız tamaşaçıları kriminal xəbərlərlə tanış etməliymiş. Beləliklə jurnalist canlı efirdən kriminal xəbərləri tamaşaçılara oxumağa başlayıb. Dördüncü xəbər restorandakı qətl hadisəsi ilə bağlı olub. Ancaq bu hadisə ilə bağlı videoçəkiliş olmayıb. Bu məqamda Kristin Çabbak canlı efirdə tamaşaçılara müraciət edib:
- Hörmətli tamaşaçılar, “Kanal 40” televiziyası rəhbərliyinin efirdə qan nümayiş etdirilməsi ilə bağlı apardığı siyasəti nəzərə alaraq siz canlı efirdə canlı qan görəcək ilk tamaşaçılar olacaqsınız.

Müraciətdən sonra Kristin Çabbak tapançanı çıxardaraq sağ qulağından atəş açıb. Baş verən hadisədən şoka düşən efir rejissoru hadisə zamanı efiri saxlaya bilməyib. Tamaşaçılar jurnalistin efirdə özünü necə güllələdiyinin, boyun nahiyəsindən axan qanın şahidi olublar.

Kristin Çabbakı dərhal hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb. 14 saatdan sonra jurnalist dünyasını dəyişib./Müsavat.com/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

AXH Qurultaya hazırlaşır

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Ermənistanın Qazax təxribatına Sərhəd Xidmətindən sarsıdıcı cavab

Aysel və Xoşqədəmin davasında son durum