“Regional İnkişaf” İctimai Birliyi təlimlər keçirib

17:01 27-03-2018 | icon 604 | Sosial
“Regional İnkişaf” İctimai Birliyi təlimlər keçirib

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Gəncə-Qazax regionunda “Tematik turların təşkilində turizm bələdçilərinin rolu” mövzusunda təlim keçirilib.

 

İctimai Birlikdən Versus.az-a verilən məlumata görə, Dünya Turizm Bələdçiləri Assosiyasiyalar Federasiyası (WFTGA) və Mədəniyyət və Turizm Nazirliyinin turizm bələdçiləri üzrə proqramları əsasında hazırlanan təlimlərdə Gəncə-Qazax regionunun gənclərindən ibarət qrup iştirak edib.

İştirakçılara turistlərlə ünsiyyətin qurulması, bələdçilik peşəsinə yiyələnmək üçün vacib olan şəxsi keyfiyyətlər, turizm sahəsində beynəlxalq təcrübə və digər mövzular üzrə məlumatlar verilib, praktik məşgələlər təşkil olunub.

Şəmkir rayonunun Muxtariyyə kəndində yerləşən antik dövrə aid Şəmkir qalasına, Göygöldə yaşamış sonuncu alman sakini Viktor Klaynın evinə və bölgənin digər tarixi və turizm məkanlarına, sənaye obyektlərinə tematik turlar təşkil olunub. Gənc bələdçilər bu turlarda təlimlər zamanı əldə olunan bilik və bacarıqlarını nümayiş etdiriblər.

Azərbaycan Turizm və Menecment Universitetinin müəllimləri tərəfindən aparılan təlimin sonunda keçirilən attestasiyaya uyğun olaraq 7 iştirakçıya turizm bələdçisi kimi fəaliyyət göstərmək üçün şəhadətnamə, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən regional turizmin inkişafı məqsədilə turizm bələdçilərinin hazırlanmasına, ölkəmizdə turizm xidmətinin inkişafına dəstək olaraq həyata keçirilir.

RİİB turizm bələdçiləri üçün bu cür təlimləri 2016-2017-ci illərdə İsmayıllı rayonunda, eləcə də Quba-Xaçmaz, Şəki-Zaqatala regionlarında da təşkil edib. Layihənin digər bölgələrdə davam etdirilməsi nəzərdə tutulur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin