Baş nazirin müavini Çinin hakim partiyasının nümayəndəsi ilə görüşdü

17:20 23-07-2019 | icon 350 | Siyasət
Baş nazirin müavini Çinin hakim partiyasının nümayəndəsi ilə görüşdü

Bu gün Azərbaycan Baş nazirinin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov partiyanın qərargahında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Versus.Az -ın trend-ə istinadən verdiyi məlumata görə, görüşdə çıxış edən ƏliƏhmədov bildirib ki, nümayəndə heyətinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından yüksək əhəmiyyət kəsb edir.

 

Baş nazirin müavini qeyd edib ki, iki ölkə arasında strateji əlaqələr mövcuddur: "Azərbaycan və Çin arasında əlaqələr yüksək səviyyədədir. Bu əlaqələr müxtəlif sahələri əhatə edir. İnanıram ki, bu əlaqələr daha da inkişaf edəcək".

Ə.Əhmədov bildirib ki, Azərbaycanla Çinin qarşılıqlı fəaliyyətinin mühüm aspektlərindən birini bu ölkələrin hakim partiyaları arasında formalaşan dialoq təşkil edir.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao ƏliƏhmədova səmimi qəbula görə təşəkkürünü bildirib.

S.Tao deyib ki, Çinlə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq münasibətləri mövcuddur:

"Azərbaycanın əldə etdiyi uğurlara görə sevinirik, sosial-iqtisadi inkişafı yüksək dəyərləndiririk. Çin və Azərbaycan arasında dostluq, qarşılıqlı hörmətə söykənən münasibətlərin daha da inkişaf edəcəyinə əminəm".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol