AİLƏ KONSEPSİYASI

23:27 27-03-2018 | icon 905 | Siyasət
AİLƏ KONSEPSİYASI

(Prezidentliyə namizəd Sərdar Cəlaloğlunun (Məmmədovun) seçki platformasından)

 

Ailə-ictimai tərbiyə sisteminin tərkib hissəsi, milli mədəniyyətin və əxlaqı özündə hifz adən sosial vahid və dövlətin prototipi kimi onun bazisini təşkil edir.

Ailə-vətəndaşın formalaşdırılmasında iştirak etdiyindən, milli kimliyin hifz edilməsi funksiyalarını daşıdığından və öz keyfiyyətlərini dövlət quruculuğuna transfer etdiyindən, azad vətəndaş tərbiyə etmək, milli dövlətçiliyin əsasını təşkil edən siyasi millətçiliyi inkişaf etdirmək və dövlətin sağlamlaşdırılması, gücləndirilməsi və inkişafı naminə ailə təşkilatlanması ilə bağlı dövlət siyasəti həyata keçirilməlidir.

 

Ailə konsepsiyasının strateji hədəfləri:

  • əhali artımına nail olmaq;
  • mühacirətin qarşısını almaq;
  • endodemoqrafiq partlayışı önləmək;
  • milli mədəniyyəti və əxlaqı hifz etmək;
  • ailə şəklində yaşamağa dəstək;
  • ailələrin qorunması, saxlanması və möhkəmləndirilməsi;
  • uşaqların, gənclərin, qadınların həyatını dövlət təminatına almaq;
  • sosial qayğıya ehtiyacı olan qrupları - kasıbları, işsizləri, xəstələri, əlilləri dövlət təminatına

Bu siyasət özündə ailələrin sosial təminatı və hüquqi tənzimlənməsi ilə bağlı aşağıdakı hədəfləri müəyyən edir.

Ailə konsepsiyasının sosial əsasları:

  • Uşaqlara qayğı: Azərbaycanda doğulan hər bir uşağa 1000 (min) manat birdəfəlik, 18 yaşına çatanadək isə hər ay minimum əməkhaqqı miqdarında müavinət veriləcək;
  • Qadınlara qayğı: Axrıncı övladı 18 yaşına çatanadək hər bir evdar qadın üçün uşaqlarını böyütdüyü dövr əmək stajı kimi hesablanacaq, tək uşaqlı analara və ya həyat yoldaşını itirmiş qadınlara axırıncı uşağı 18 yaşına çatanadək orta əməkhaqqı miqdarında müavinət veriləcək;
  • Evsizliyin ləğvi: mənzil kreditləri sadələşdiriləcək, xüsusi evə malik olmaq istəyənlərə dövlət yardımları gücləndiriləcək, belə ev istəməyən, evi olmayan hər bir ailəyə dövlət evləri veriləcək, belə evlər olmayan yerlərdə həmin ailələrin kirayə haqqı dövlət hesabına ödəniləcək;
  • Ailə qurmaga təşviq: evlənmək istəyən hər kəsə - subaylara, dullara faizsiz uzunmüddətli evlənmə kreditləri veriləcək;
  • Ailənin iqtisadi əsasının gücləndirilməsi: ailə büdcələri əmək haqqı və mükafatdan başqa gəlirlərlərlə artırılacaq. Ölkənin təbii sərvətlərindən xüsusən neft və qazdan əldə olunan gəlirin 80 % birbaşa adambaşına bərabər həcmdə hər bir vətəndaşın hesabına köçürüləcək.

Ailə konsepsiyasının hüquqi əsasları:

  • Ailə qurmaq sertifikatları: Ailə qurmaq istəyənlər üçün xüsusi ailə qurmağa hazırlıq kursları açılacaq, belə kursların sertifikatları kəbin üçün əsas olacaq;
  • Ailə qurmağa hazırlıq: ailə qurmaq hüquqi qanunla tənzimlənəcək. Fiziki və əqli qüsuru olanların, ailə həyatına hazır olmayanların ailə qurması ilə bağlı xüsusi normalar müəyyənləşəcək;
  • Alternativ kəbin formalarının tətbiqi: Ənənəvi kəbinlə yanaşı kontrakt ailə quruculuğu təşviq ediləcək. Dini kəbin dünyəvi kəbinə əsas kimi tətbiq ediləcək;
  • Ailədə zorakılığının təqib olunması: ailədə qadınlara, uşaqlara zorakılıq qanunla təqib ediləcək. Hər iki valideyn tərəfindən zorakılığa məruz qalanların ailələrdən alınması ilə bağlı qanun tətbiq ediləcək;
  • Ailələrin davamlılığının təmin edilməsi: ailənin səbəbsiz dağılmasına görə məsuliyyət müəyyən ediləcək;
  • Ailə hüququnun təkmilləşdirilməsi: ailə həyatının bütün aspektləri ilə bağlı hüquqi normalar müəyyən ediləcək. Alternativ ailə formalarının (siğə, “dostluq” və s. ailə formaları) hüquqi əsası hazırlanacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI