SÖZƏBAXAN MEDİYA, ƏLƏBAXAN QƏLƏMÇILƏR...

08:17 24-07-2019 | icon 1088 | Köşə
SÖZƏBAXAN MEDİYA, ƏLƏBAXAN QƏLƏMÇILƏR...

...VƏ "ZƏKAYİ SÖYÜŞ" ƏNƏNƏSİ...

 

PAKİZƏ BABAZADƏ

 

Ölkədə mətbuat günü olsa da, bayram əhval-ruhiyyəsi qətiyyən hiss olunmur. Heç həmişə canfəşanlığı ilə seçilən sosial mediya da, candərdi münasibət sərgiləyir, bir-birini təbrik etməyi borc bilənlər də boğazdan yuxarı həvəzsiz sözlərlə birtəhər borclarını ödəməyə çalışırdılar.

 

Halbuki bizləri "qəbilə insanı olmaqdan" qurtaran mətbəənin övladı olan mətbuat daşıdığı anlam yükü, məqsəd və fəaliyyət baxımından ölçüyəgəlməz dəyərə malıkdir.

Onu 4-cü hakimiyyət də adlandırırlar. Hələ keçən əsrin əvvəlində mətbuatın əvəzsiz rolundan, mütləq hakimiyyıtindən söz açan M. Ə. Rəsulzadə onu milli iqtidarda 4-cü, dünyada isə o dövrün ən qüdrətli 5 dövlətlərindən - Almanıya, İngiltərə, Fransa, Avstriya, İtaliyadan sonra 6-cı beynəlxalq güc olaraq dəyərləndirirdi.

Ünlü yazar və tarixçi T. Carleylin :"Bu an Millət Məclisində üç partiya var, amma yuxarıda basın balkonunda onlardan da önəmli dördüncü partiya var" sözləri, mətbuatın nə qədər önəm daşıdığının isbatıdır.

Mətbuatı "dünyanın aynası" adlandıranlar da, onu cəmiyyəti aydınlatan məktəb, yol göstərən bir müəllim kimi görənlər də mətbuatın toplum və insan həyatındakı rolunun önəmini nəzərə çatdırırdılar.

Milləti bütün siyasi, iqtisadi, mədəni hadisələrdən xəbərdar etməklə mətbuat özü də siyasi və iqtisadi obyektdir.

Və bu siyasi, iqtisadi obyekt bu gün Azərbaycanda ağrılı-acılı günlərini yaşamaqdadır. Azad Sözün, Azad Fikrin əzab çəkdiyi bugünkü mühitdə əli-qolu bağlanmış,  alçaldılmış bir Mətbuatın bayramı da utanc və urvatsız olur.

Mətbuat azadlığını insan azadlığının əsas sütunu sayan M. Ə. Rəsulzadəyə görə:"... çünki, o, əqlin, təfəkkürün əsas qüvvəsidir... mətbuat azadlığına əl qaldırmaq insan azadlığına təcavüz etməkdir. Bu azadlığın qarşısını almaq insanın ağıl və təfəkkürünü əlindən alıb onu cansız alətə çevirməkdir."

Əsl vəzifəsi xalqın səsi olan mətbuatın azadlığı əlindən allnarsa onun vicdan, təhsil, ifadə özgürlüyü də əlindən alınmış olur. Nə yazıq ki, bu gün Azərbaycanda da mətbuat azadlığı heç də ürək açan vəziyyətdə deyil. Şərlənib tutulan, təqib olunan nə qədər qələm əhli "düz söz deməyin" əzabını çəkirlər.

Bu gün maliyyə çətinliyi ilə sınağa çəkilən nə qədər dəyərli qəzetlər bağlanmış, ölkədə yalnız iqtidarın "çaldığı düdüklə oynayan" mətbuat qalmış ki, hər gün yalan, saxta məlumatlar, əttökən təriflər, şişirdilmış göstıricilərlə xalqı aldatmaqla məşğuldurlar. Əgər bir ölkədə öz xalqını aldadan bir mediya varsa, o ölkənin başqa bir düşmənə ehtiyacı yoxdur.

Vaxtilə öz xalqlnı məhz bu yalançı mediyanın köməyilə inandırıb arxalarınca fəlakətə sürükləmiş alman faşizmının bədnam ideoloqu, mediyanı hökümətin əlində "dev bir klavyatura" sayan, "mənə vicdansız bir mediya verin, sizə bilincsız bir toplum verim" deyən Göbbels məsləhət görürdü ki:" ... qəzetələr önəmıidir, onları və patronlarını satın almaq və çıxarlarınız doğrultusunda istifadə etmək üçün hər şey edilməlidir... hər zaman ətrafınızda bir yaltaq ordusu saxlayın..."

 

Nə yazıq ki, özgür mətbuatın çökdürüldüyü ölkəmizdə mətbuat "saxtasını gerçəyindın daha çox ürətən bir fabrik" hallna gətirilmiş, vaxtilə Azad Sözün, Gerçəklərin carçısı olan bir sıra qələm əhli "əhilləşdirilmiş", bəzisi qorxudularaq, bəzisi satın alınaraq “istifadə edilmiş" və edilməkdədirlər.

 

Tərəfsiz, doğru-düzgün məlumat almayan toplumun siyasi seçiminin də sağlam olmayacağı məlumdur.

Bir sözlə mənsub olduğu cəmiyyətin "aynası" olan medya gerçəkliyi əks etdirmək əvəzinə "zənginlışmə siyasətinə" qoşularaq işinə xəyanət etmiş, əsl görəvindən uzaqlaşmış, ölkənin, xalqın dərdlərini görməzdən gələrək, taleyüklü məsələləri arxa plana atmış və bunun nəticəsində də güvənilmıyən bir qrum halına gəlmişdi.

 

'Necə bir siyasi rejim varsa, elə də bir mediya rejimi var"- söyləntisindən yola çıxsaq, bu gün vicdanlı mediyanın üzləşdiyi çətinliklərin miqyasını təsəvvür etmək çətin deyil. Eləcə də, olayları, xəbərləri doğrudan, çılpaq halıyla yazan, amerikanın ən qərəzli senatoru Mç. Cartinin "dəli köynəyi geymiş müxbir" deyə adlandlrdığı, peşə əxlaqına sadiq qalan qələm sahiblərinin bu gün dörd divar arasına məhkum olunmaları, maddi cəhətdən yaşanmaz hala gətirilmələri bu gün toplum şüuruna vurulmuş ən rüsvayçı, utanc verici zərbədir ki,- " höküməti nalayiq işlərdən çəkindirən, hakim dairələrin yaramaz hərəkətlərinin önünə dəmir sədd çəkən" (M. Rəsulzadə) mətbuatın özünün önünə atılan dəmir sədlər vasitəsilə toplum şüurlu şəkildə məntiqli düçüncədən uzaqlaşdırılır düşüncələri bulandırılaraq passiv, çarəsiz vəziyyətə məhkum edilir.

 

Miltona görə :"Bir yaxşı kitabın aradan çıxarılması bir yaxşı adamın edam olunmasına bərabərdir. Amma bir mətbuat orqanının qabağını almaq, ya da onu aradan çıxarmaq nalayiq bir vəziyyətin yaranmasına səbəb ola bilər ki, bu da yer üzündə həyatın yox olmasından əlavə mənəvi nəticələr verər və ağılın qüvvəsini yox edər."

 

Hər bir istibdad rejiminin qorxulu röyası olan mətbuatın gücündən qorxan hakimiyyət ilk növbədə onun azadlığını məhdudlaşdırmaqla toplumdan ayrı salmağa, əlaqələrini kəsməyə çalışır ki, aydınlatılan toplumu idarə etmək çətin olur. Heç təsadüfi deyil ki, mətbuat azadlığını "ölümcül azadlıq" adlandıran papalıq dövlətin "yıxılmasının" başlıca səbəbini toplumun kitab oxumasında görərək, çıxış yolunu məhdudlaşdırıcı qanunlar çıxarmaqda görmüşdü.

 

Demokratiya hakimiyyətinin mütləq hakimiyyət elan edildiyi bugünkü çağımızda bizim kimi bəzi antidemokratik ölkələr beynəlxalq öhdəliklərə qoşulub, bunu ölkə qanunvericiliyi ilə təsdiq etsələr də, əslində basqı və təzyiqlərlə bu qanunları səmərəsiz, rəflərdə "üstünü toz basmış" nomenklaturaya çevirmişlər.

 

Mətbuatı nəzarət altlna almağın, onun əl-qolunun bağlanmasının ən asan yolu onun maddı vəziyyətinin cətinləşdirılməsi, nədən və kimlərdənsə asılı duruma salınmasından keçir. Mətbuata dövlət köməyinin sağlanması ilk baxışda cazib və lazımlı görünsə də, əslində yanlış ideyadır ki, həm mətbuatı hakimiyyətdən asılı edir, həm yandaş və müxalıf mətbuat araslnda ayrı-seçkilik qoyulur, həm də dünyaya müxalıf mətbuata yardım görüntüsü verilərək mövcud basqı və təzyiqləri pərdələmək məqsədi güdülür.

 

Daha dəqiq desək mətbuat, xüsusən müxalif mətbuat "sədəqəyə möhtac dilənçi" yə bənzəyir. Heç bir iqtisadi fondu olmayan, kənardan dəstək almayan, onsuz da məhdud reklam bazarından qazanmayan müxalif mətbuat ya "orta mövqe" seçməli, yumuşaq tənqid edib, "dərinlərə girməməli", ya iqtidarın təzyiq və basqısına dayanmayaraq onun cazib təkliflərini seçərək əqidəsini satmalı, ya da tutduğu haqq yolundan dönməyib, peşə əxlaqına sadiq qallb, hər cür təzyiq və basqıya sinə gərərək mücadilə etməlidir. Sonuncu yol çətin və məşəqqətli olduğu üçün bir çox müxalif mediya orqanı və qələm əhli, təslimçılik yolunu tutmuş, "yandaş sürü" yə qoşularaq "çevrilmə" təkamülü keçirmiş, ya da "mutasiyaya" uğrayaraq hibrid bir növ meydana gətirmişlər.

 

Və beləliklə vaxtilə xalqın yolunda "külüng çalan", əqidə simvolları təkamül qanunlarınin yaradıcısı Təbiəti belə mat qoyaraq xarakter dəyişikliyində çağ atlamış, mövcud fərziyələri "alt-üst" etmişlər.

Dünyanın inkişaf etmiş heç bir ölkəsində mətbuat mövcud hakimiyyətdən asılı fəaliyyət göstərmir. Çünki, belə olan halda mətbuatın şəffaf və tərəfsiz olması mümkün deyil. Vaxtilə ölkəmizdə olan amerikalı professor R. Covınqton bizdəki dövlətin mətbuata dəstəyini asılılıq baxımından yanlış siyasət kimi qeyd etmişdir:"Hökümətin mediyaya pul ödəməsi pis ideyadır. Hökümətin jurnalisti maliyyələşdirməsi anı - bu, dəqiq o vaxtdır ki, jurnalist həqiqət barədə ciddi olaraq düşünməyi dayandırır... Mən dünyanın heç bir yerində belə bir nümunə görməmişəm ki, hökümətə işləyən jurnalist cəmiyyətin maraqlarına yaxşı xidmət etsin... Əgır jurnalist hökümətdən pul alırsa və pulsuz evlə təmin edilirsə bu jurnalistin dərin suallar sormağa könülsüz olmasını şərtləndirən şərait yaradır."

 

Göründüyü kimi totalitar və avtoritar siyasətin əsas məqsədi "zülm altında boğulanların səsi" olan mediyanın imkanlarını mümkün olduğu qədər məhdudlaşdırmaq, basqı, qorxu mühiti yaradaraq vicdanlı qələm sahiblərini dörd divar arasına salaraq sındırmaq, qorxutmaq, ya da maddi keçimsizliyə məhkum edərək özündən asılı vəziyyətə sallb neytrallaşdlrmaqdır ki, bu gün cəmiyyətimizdə bu adi hala çevrilib. Jurnalistlərə "dövlət qayğısınin" nümunələrindən olan guya evsiz-eşiksiz qələm əhlinin evlə təmin edilmısi də bu "özünküləşdirmə" siyasətinin bir parçasıdır. Bir növ "sus" payı olaraq nəzərdə tutulan bu prosesdən ən çox yararlanan da elə hakimiyyətin "popuqayı" olan yaltaqlar bəhrələndi. 5-6 fakir-füqarayı sevindirib göz boyayanlar, əslində öz əqraba və ələbaxanlarının "qayğısına" qaldılar. Yəni qısacası yenə qazanan Göbbelsin özəlliklə məsləhət gördüyü "yaltaq ordusu" oldu. 

 

Yaltaqlardan söz düşmüşkən hər iqtidarın, hər siyasətin olmazsa olmazı olan bu məxluqlardan bəhs etməmək günah olar.

Siyasətdə "hər şey mübahdır" fikrini əsas tutaraq hər cür ağız kirliliyindən istifadə edən, müxalif tərəfə qarşı ağıza alınmaz sözlər, iftira, böhtan yazmaqdan çəkinməyən, bir qələm sahibinin çox dəqiq olaraq "apoletli mediya" adlandlrdığı mediyanın əmir qulları olan, "vicdan və namuslarını, abırıarını həyasızlıq bazarına çıxaran" (M. R.), normal bir ölkədə yaşayırmışıq da, bəzi bəsit problemlər varmış kimi yazan, "trollardan belə təhlükəli olan bu" təhlükəli qələmlər" bütün zamanlarda cəmiyyət həyatının, toplumun "irinli yarası" olmuş, əslində millətə mürtəce rejimdən daha çox ziyan vurmuşlar. Mediyanın cəmiyyətin yaşam tərzinin ideoloji yönünü istiqamətləndirən nəsnə olaraq tərəfsiz və adil bir tutum sərgiləməsini ön görən M. Ə. Rəsulzadə hələ keçən əsrin əvvəlində bu kimi tutumundan dolayı mediyanı "söyüş və abır aparan" adlandıraraq, həm mediyanı, həm də xalqı öz çirkin niyyət və siyasətlərinə alət edənləri də "fahişəsifətli qələm sahibləri" adlandırmışdır:"... bir dəstə yazar ortaya çıxır ki, onlar öz şərəf, fikir və əqidələrini saxta rütbə qazanmaq üçün nəcis qiymətinə satmağa hazır olurlar, zülmü, sitəmi müdafiə edirlər... bu da bir sürü qələm fahişələrinin cəmiyyət içərisinə düşməsinə səbəb olur... Öz xeyri üçün cürbəcür yalanlar, qərəzli qara fitnəkarlıq və iftira dərc edən mətbuat pozğun mətbuatdır və bu cür yazılar ancaq və ancaq pul qazanmaq naminə nəşr olunur. Onların puldan başqa qayələri yoxdur. Belə mətbuatın səsi pul üçün çıxır, sakit olub susmaq da puldan asılıdır. Onu avropada "zəkayi söyüş" adlandırırlar... Əxlaqsız qadınla belə mətbuatın nə fərqi var? Hər ikisi bir cərgədəndir... Əxlaqsız qadın öz vücudunu hərraca qoyur, kim çox pul versə onunla gedir. Pozğun jurnalist də özünü hərraca qoyur, qələminin və vicdanının ixtiyarını" səxavəti çox olanın ixtiyarına verir... Fahişəsifətli yazıçıların, qələm sahiblərinin əxlaqsız qadınlar kimi ədəbiyyatln ismətini hərraca qoyduqlarını, millətin cahil və nadanlığından istifadə edib pul xatirinə vətəni və siyasi azadlıqlarını satdıqlarını görəndə adamı heyrət bürüyür."

 

"Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır..." - deyə dərd yanan, mənsub olduğu toplumu cəhalət qaranlığından çıxarmaq, ona yön və yol göstərmək üçün hər cür çətinliyə, məhrumiyyətlərə sinə gərən, bu yolda heç bir fədakarlıqdan qaçmayan, dünyayla tanış olmaq üçün bizə dar da olsa bir pəncərə açan, əvəzində nəşinə sahib çıxa bilməmə utancını ömürlük ləkə kimi alnımızda daşıdığımız bu işıqlı zəka sahibinın açdığı cığırla bir əsrdən çoxdur ki, yolumuza davam edirik. Hər bir vilayətin qəzetı o vilayətin aynası olsun, yaxşı-yamanı olduğu kimi əks etdirsin ki, xalq bu qəzetə baxarkən hər şeyi aynada görən kimi görsün... "Qəzetlər çirkin dünyanın aynasıdır" deyən Fenelon da ulu ustadın fikrinə şərik olaraq yaşadığımız dünyanın aynası olan, bu gün elektron mediyanın hakim olduğu dövrdə bir növ "ögeyləşən" gələnəksəl mediya olan qəzetin nə qədər önəmli bir yerə sahib olduğunu göstərir.

 

Tarixi yaşadığımız dövrün əvvəllərinə gedən mətbuatın və onun daşıyıcıları olan qələm sahiblərinin tarixi rolu əvəzsizdir. Adı 4-cü hakimiyyət olsa da təsir gücü baxımından özündən əvvəlkilərdən də böyük "hakimiyyətə" sahibdir. Beaumontun dediyi kimi:"Bir qəzetəçi ilə danışanda unutma ki, son sözü daim onlar söylər."

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol