Əvvəlki yay ayları ilə müqayisədə bu yay küləkli günlərin sayı çoxalıb - İnstitut

14:36 24-07-2019 | icon 381 | Sosial
Əvvəlki yay ayları ilə müqayisədə bu yay küləkli günlərin sayı çoxalıb - İnstitut

Bu yay küləyin sürəti və intensivliyi daha çox müşahidə edilir.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

 

M.Həsənovun sözlərinə görə, hazırda müşahidə edilən temperatur iqlim normasından 1-2 dərəcə çoxdur:“İstil

 

ik baxımından hazırkı temperatur iyul üçün xarakterikdir. Amma belə güclü küləyin əsməsi noyabr-dekabr ayları üçün səciyyəvidir. Adətən, noyabr-dekabr aylarında temperaturun aşağı düşməsi şərti ilə belə güclü şimal küləyi əsir. Hazırda da Bakı və Abşeron yarımadasında şimal, şimal-qərb küləyi əsir”.

 

M.Həsənov güclü küləyin daha çox Bakıda və Abşeron yarımadasında əsdiyini, lakin rayonlarda da hava şəraitinin sərin olduğunu vurğulayıb.

 

İnstitut direktorunun müavini əlavə edib ki, ümumilikdə əvvəlki yay ayları ilə müqayisədə bu yay küləyin sürətinin və intensivliyinin daha çox olması müşahidə edilir.

Qeyd edək ki, iyulun 22-dən Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Külək Binəqədidə 2 ağacı kökündən çıxarıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI