Turizm əhəmiyyətli Gəncə-Göygöl avtomobil yolu yenidən qurulur

16:22 24-07-2019 | icon 392 | Sosial
Turizm əhəmiyyətli Gəncə-Göygöl avtomobil yolu yenidən qurulur

Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 38,4 kilometrlik Gəncə-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması 2 mərhələ üzrə həyata keçirilir.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, ilk mərhələ üzrə sözügedən yolun 16,5 kilometrlik Gəncə-Yeni Zod hissəsi artıq yenidən qurulub. İkinci mərhələ üzrə isə hazırda 21,5 kilometrlik Yeni Zod-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması işlərinə başlanılıb. Layihəyə uyğun olaraq yeni yol yatağı inşa olunub. Hazırda yol əsasının 2 lay olaraq inşası, yol əsası hazır olan hissələrin isə 3 laydan ibarət asfalt-betonla örtülməsi işləri görülür, yeni metal və dəmir-beton suötürücü borular quraşdırılır. Bundan başqa, 5 yerdə düzbucaqlı su keçidləri inşa olunur, 30 metr uzunluğunda 1 mövcud körpü isə əsaslı şəkildə təmir edilir.

 

Həmçinin sürüşmə ehtimalı olan ərazilərdə və zəruri olan digər yerlərdə istinad divarları bərpa edilir, küvet hissələr, hərəkətin təhlükəsizliyi üçün monolit dəmir betondan parapetlər tökülür.

 

Sonuncu mərhələdə hərəkətin normal təşkili üçün yolboyu siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə, kilometr göstəricisi quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI