"EYOF Bakı 2019"da Qızıl medal qazanmağa çalışacağıq

16:38 24-07-2019 | icon 902 | İdman
"EYOF Bakı 2019"da Qızıl medal qazanmağa çalışacağıq

Rusiyalı gimnastlar Viktoriya Listunova və İrina Komnova "EYOF Bakı-2019"da idman gimnastikası üzrə yarışlarda komanda çıxışında qızıl medal qazanmağa ümid etdiklərini bildiriblər.

 

Versus.Az trend-ə istinadən bildirib ki, bu barədə rusiyalı gimnast V.Listunova bildirib.

"Bakıda ilk dəfədir ki, çıxış edirəm. Milli Gimnastika Arenasına vuruldum, çox rahatdır. Burada bizim üçün hər cür şərait yaradılıb, hazırlaşmaq, adaptasiya olmaq üçün yetərincə vaxt verildi".

Rusiyalı gimnast şəhərdə gəzmək istəyini də dilə gətirib: "Bakıda gəzmək, İçərişəhərdə olmaq istəyirik. Bilirik ki, İçərişəhərdə məşhur "Brilliant əl" filmi çəkilib".

İ.Komnova isə deyib ki, çıxışları zamanı həyəcanlanıb: "Bu səbəbdən də bəzi səhvlərim oldu. Həyəcanımı dəf etməyə çalışıram, amma hələ alınmır. Məşqlər zamanı proqramımı çox yaxşı yerinə yetirmişdim. EYOF bizim üçün çox vacib mərhələdir, çünki belə bir yarışı ilk dəfədir keçirik. Bakıdakı arena isə çox gözəldir, idman qurğuları yaxşıdır".

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların ikinci günü davam edir.

 

İdman gimnastikası yarışlarının ikinci günündə qadın gimnastımız çoxnövçülük üzrə mübarizə aparır. Yarışda Azərbaycanı Milana Minakovskaya təmsil edir.

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI