Iqbal Agazade jurnalistləri təbrik edib

07:58 25-07-2019 | icon 617 | Siyasət
Iqbal Agazade jurnalistləri təbrik edib

 Versus.Az xəbər verir ki, bu barədə məlumatı Ümid Partiyasının mətbuat xidməti yayıb.

 

"Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycanın Milli Mətbuatının yaranmasından 144 il ötür.

Bu müddət ərzində Azərbaycan mətbuatı keşməkeşli bir tarix yaşayıb, ağır sınaqlardan keçib, şərəfli bir missiya daşıyıb. Bütün dövrlərdə jurnalistlər peşə borcunu yerinə yetirərkən dövlətimizin və millətimizin maraqlarını qorumağa çalışmış, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, ölkədə insan haqlarının qorunması və demokratikləşmə uğrunda mübarizədə əvəzsiz rol oynamış, Azərbaycanın imicinin yüksəldilməsi üçün əllərindən gələni etmişlər. Hər zaman bütün çətinliklər qarşısında Azərbaycan jurnalistikasının əzmkarlığının şahidi olmuşuq.

Təəssüflər olsun ki, hələ də Azərbaycan mətbuatında ciddi problemlər qalmaqdadır. Biz Ümid Partiyası olaraq, bu problemlərin aradan qaldırılması, jurnalistlərin normal fəaliyyətinə şərait yaradılması üçün əlimizdən gələni etmişik və bundan sonra da edəcəyik.

Hesab edirik ki, mətbuatın problemləri dövlət səviyyəsində həll edilməlidir. Söz və mətbuat azadlığına, azad rəqabət və reklam mühitinə şərait yaradılmalı, mətbuata və jurnalistlərə olan basqılar dayandırılmalıdır.

Bu şərəfli yolda, böyük və yenilməz Azərbaycan uğrunda mübarizədə sizə uğurlar arzu edirik.

Tanrı sizə yar olsun!

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”