"Qarabağda müharibə yox, antiterror əməliyyatı keçiriləcək"-TƏHLİL

11:23 25-07-2019 | icon 1086 | Qarabağ
"Qarabağda müharibə yox, antiterror əməliyyatı keçiriləcək"-TƏHLİL

Versus.Az bildirir ki, media Ermənistanda ümidlər bəslənilən “məxməri inqilab”san sonra ölkədən kütləvi köçün davam etdiyi barədə çox yazılıb. Rəsmi rəqəmlərə görə, təkcə bu ilin 1-ci rübü ərzində Rusiyaya rekord sayda erməni miqrant gəlib - 12.8 min nəfər. Bu göstəriciyə görə, cırtdan Ermənistan yalnız Qazaxıstandan (16.8) və Tacikistandan (14.2) geri qalır.

 

Sözsüz ki, gedənlərin əksəriyyəti əmək qabiliyyətli, gənc və orta yaşlı əhalidir, qoca-qadın, yaşlılar yox. Yəni işğalçı ölkəni tərk edənlər, faktiki, onun genofondunu təşkil edir və ordunun potensial özəyi sayılır. Bu da o anlama gəlir ki, Azərbaycanla genişmiqyaslı müharibə başlayarsa, Ermənistan ehtiyat kişi əhalisinin kəskin çatışmazlığı problemi ilə üzləşəcək. Sosial-iqtisadi xarakterli digər ağır problemlər də öz yerində.

İndinin özündə “məxməri inqilab”a və baş nazir Nikol Paşinyanın verdiyi populist vədlərə rəğmən, Ermənistanın maliyyə-iqtisadi durumu, əhalisinin güzəranı kritik olaraq qalır. Özü də vəziyyət daha da ağırlaşmağa meyllidir. Bu da yeni fakt: cari ilin ilk yarısında Ermənistanın dövlət borcu daha 11 milyon dollar artaraq, 6,934 milyard dollara çatıb. Məlumatı ölkənin Maliyyə Nazirliyi yayıb. Bildirilir ki, iyunun sonunda Ermənistanın xarici dövlət borcu 5,456 milyard dollar, daxili borcu isə 1,478 milyard dollar olub...

*****

ermənistanda iqtisadi ile ilgili görsel sonucu

“Son 5-6 ayda erməni cəmiyyətinin təhlili narazı elektoratın kəskin artdığını göstərir. Ötən ilin aprel-mayında sağa-sola vədlər səpələyən Nikol Paşinyan və hökumətindən məyusluq getdikcə daha qabarıq şəkildə özünü göstərməkdədir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözlər Armeniamreport.com-un dünənki baş məqaləsində yer alıb.

Məqalədə daha sonra deyilir: “O vaxt hamımıza elə gəlirdi ki, hakimiyyətə artıq o adamlar gəlib ki, onlar ölkədə sosial-iqtisadi vəziyyəti kökündən dəyişəcəklər. O adamlar ki, onlar Ermənistanın ildən-ilə boşaldığını deyil, sadəcə, tədricən öldüyünü anlayırlar. Məhz buna görə Nikol Paşinyanın Sərkisyan rejiminə qarşı ”səlib yürüşü" ölkə əhalisinin mütləq əksəriyyəti tərəfindən dəstəkləndi. Paşinyanı dinlədikcə bizə elə gəlirdi ki, əsl xilaskar gəlib və bir azca səbir etmək yetər ki, biz normal adamlar kimi yaşamağa başlayaq. Ancaq vaxt gedir, amma Ermənistanda həyat yaxşılaşmır. Əksinə, daha çətin olur".

 

Müəllifə görə, məhz buna görə bütün ictimai rəy sorğuları Paşinyan və komandasının reytinqinin sürətlə düşdüyünü fiksə etməkdədir. “Əhalinin dözüm limiti bitir. Kim bilməsə də Nikol Paşinyan bunun nə ilə nəticələnə biləcəyini anlamamış deyil. Əgər o, ölkədə sosial-iqtisadi situasiyanın yaxşılaşması yönündə təcili tədbir görməsə, o zaman artıq payız üçün bütün ölkə boyu etirazlar baş qaldıracaq. Və onda heç bir repressiv aparat hakimiyyətə kömək edə bilməyəcək. Əgər soyuducular və qarınlar boşdursa, hökumətin sümükqırma əməliyyatı artıq insanlara qorxulu görünməyəcək”, - deyə məqalənin sonunda hökumətə hədə kimi xəbərdarlıq edilir.  

*****

İşğalçı ölkədə yaşanan bütün bu neqativlər, inqilab sonrası güclənən məyusluq, artan xarici borc, xaricə davam edən kütləvi köç əlbəttə ki, ilk növbədə müharibə şəraiti ilə birbaşa bağlıdır, Azərbaycanla hərbi sefarada ayaqlaşma cəhdinin doğurduğu fəsadlardır. İllərdir davam edən işğal rejiminin ağır bədəlidir. Rəsmi İrəvanın öz kasıb əhalisinin boğazından kəsərək, kasad maliyyəsini Rusiya silahlarına xərcləməsinin acı nəticələridir.

Bu, həm də o deməkdir ki, Ermənistan Azərbaycanla üzücü müharibə aparmaq iqtidarında deyil, ola bilməz. Nahaq yerə aylar öncə Nikol Paşinyan “Azərbaycanın müharibə aparmasına Rusiyanın imkan verməyəcəyi”nə ümid etdiyini bildirmişdi. Əcnəbi ekspertlər də bu xüsusda Bakının şansının xeyli artdığını qeyd edirlər. Üstəlik, Azərbaycanın bir nömrəli müttəfiqi Türkiyə ilə Rusiya arasında əlaqələrin xeyli dərinləşməsi müharibə variantında ölkəmizin xeyrinə işləyən mühüm faktor kimi qiymətləndirilməkdədir.

“Bu gün Yaxın Şərqdə və Mərkəzi Asiyada siyasi dəyişikliklərin aktiv fazası müşahidə edilməkdədir. Məsələn, əgər əvvəllər Cənubi Qafqaz regionuna ən güclü təsir imkanı Rusiyada  idisə, bu gün artıq Türkiyə hesablaşılmalı gücə çevrilib. Ərdoğanın artan nüfuzu dünya səhnəsində onun ölkəsini regional superdövlət adlanmasına imkan verir”.

Aleksey Voronenko ile ilgili görsel sonucu

Versus.Az xəbır verir ki, bu sözləri Axar.az-ın rus versiyasına ukraynalı politoloq Aleksey Voronenko deyib. Onun sözlərinə görə, məhz bu faktor artıq ilin sonu üçün bir sıra rayonları işğaldan azad eləməkdə Azərbaycanın əlinə işləyir.

“Bakı minimal hərb güc sərf eləməklə antiterror əməliyyatı başlaya və artıq bu ilin sonu üçün bir neçə rayonunu işğaldan azad edə bilər. Bu gün Ermənistan Rusiyanın köməyi olmadan Azərbaycanın güclü Ordusu ilə bərabər səviyyədə heç bir neçə saat döyüş bilməz. İrəvanın Moskvadan kömək gözləməsinə isə dəyməz. Kremli onsuz da Ermənistanın indiki hakimiyyətinin aydın olmayan mövqeyi bezdirib. Üstəlik, Türkiyə Azərbaycanın tərəfindədir. Paşinyana heç kim kömək etməyəcək. Bütün dünya Bakının tərəfini tutacaq, ona görə ki, söhbət Qarabağda müharibədən yox, antiterror əməliyyatından gedəcək - hansı ki, beynəlxalq hüququn heç bir normasını pozmur”, - deyə politoloq sonda əlavə edib.

Qalır indi Azərbaycanın antiterror əməliyyatı ilə bağlı kritik qərarı verməsi...   /Yeni Müsavat/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol