Gələn ildən səhiyyədə 20 keyfiyyət standartı tətbiq olunacaq

13:19 25-07-2019 | icon 394 | Cəmiyyət
Gələn ildən səhiyyədə 20 keyfiyyət standartı tətbiq olunacaq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “Tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsinə dair təkliflər” sənədi hazırlanıb.

 

Versus.Az xəbər verir ki, Agentlikdən verilən məlumata görə, sənəd Bakıda və regionlarda tibb müəssisələrinin ilkin dəyərləndirilməsinin nəticələri əsasında tərtib edilib. Dəyərləndirmə dörd müxtəlif istiqamət - mövcud maddi-texniki infrastruktur, tibbi xidmət imkanları, informasiya texnologiyaları və tibbi-statistik uçot üzrə aparılıb. Sənəd hazırlanarkən dünya üzrə statistik məlumatlar, ayrı-ayrı beynəlxalq təşkilatların hesabatları öyrənilib, müxtəlif ölkələrin təcrübələri nəzərə alınıb.

 

Sənəddə tibb müəssisələrinin idarəedilməsinin təkmilləşdirilməsi məqsədilə bir sıra islahatların – tibb müəssisəsi şəbəkəsinin optimallaşdırılması, tibbi avadanlıqlarla təchizatın gücləndirilməsi, kadr resurslarının inkişaf etdirilməsi və ölkə üzrə düzgün paylanılması təklif olunur.

 

Təkliflərə əsasən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Agentlik tərəfindən 2020-ci ildən etibarən 20 keyfiyyət standartının tətbiq edilməsi nəzərdə tutulur. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayı artırılacaq. Bununla yanaşı, səhiyyə göstəricilərinin izlənilməsi və əhalinin sağlamlıq durumunun öyrənilməsi məqsədi ilə Agentlik tərəfindən ilkin mərhələdə 16 indikatorun tətbiqi nəzərdə tutulub. İndikatorlar səhiyyə xərclərinin analizi, maliyyə dayanıqlılığı, doğum və ölüm göstəriciləri və tibbi xidmətlərdən istifadə üzrə statistik məlumatları izləyəcək.

Təkliflər arasında həmçinin həkimlərin əməkhaqlarının ödənilməsində tətbiq olunan vahid tarif-ixtisas cədvəlinin yenilənməsi və əmək bazarının tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. Agentlikdə hesab edirlər ki, bu yanaşmanın tətbiqi göstərilən xidmətlərin spektrinin genişləndirilməsinə və keyfiyyətinin artmasına səbəb olacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin