YADA DÜŞƏR XATİRƏLƏR SİLSİLƏSİNDƏN...

12:31 28-07-2019 | icon 757 | Şou-biznes
YADA DÜŞƏR XATİRƏLƏR SİLSİLƏSİNDƏN...

1990-2000-ci illərin xitləri

 

Sea Breeze Resort istirahət məkanında keçirilən “JARA” Beynəlxalq Festivalının üçüncü günü 90-cı illərin xitlərinə həsr edildi.

 

Versus.Az-ın məlumatına görə, Emin Ağalarovun sözü ilə desək, bu gün bizim gəncliyimizin mahnıları səsləndi. Konsertdən əvvəl yenə qırmızı xalı üzərinə ulduz yağışı yağdı. Bu dəfə də xalıdan keçənlərin arasında festivalın yaradıcıları, müğənnilər və aparıcılar var idi. Yana Koşkina və Konstantin Tarasyuk qonaqları qəbul edərkən, suallarını onlardan əsirgəmir və çox maraqlı, arada bəlkə də müammalı cavablar alırdılar.

Qırmızı xalı üzərinə çıxan Aleksandr Malinin Azərbaycana ilk dəfə gəldiyini və Bakının belə möhtəşəm şəhər olduğunu bimədiyini söylədi. Bu il festivalda iştirak edən artistlərin az qismi də olsa, Bakını ilk dəfə gördüklərini söylədilər.

Amma onların arasında hələ festivaldan illər öncə Bakıda dəfələrlə olan musiqi qrupları və müğənnilər var – “Ruki vverx”, “Hi-Fi”, “Na-na” qruplarl, Vladimir Kuzmin, Vladimir Presnyakov, Lyubov Uspenskaya, Jasmin, Nataşa Korolyova, İqor Nikolayev, Rodion Qazmanov və digərləri.

Festivalın aprıcılarından biri olan radio və televiziya aparıcısı Yuliya Baranovskaya bildir ki, “JARA” festivalı ən yaxşılar dan deyil, bəlkə də festivallar sırasında birinci yeri tutan festivaldır.

Əvvəllər Bakıda tez-tez konsetlər verən Nataşa Korolyova bizim şəhər və tamaşaçılarımız üçün darıxdığını söylədi. Festivalda cəmi bir mahnı ifa edən müğənni gələn il üçün proqramını daha dolğun etməyinə söz verdi.

Beləklə. festivalın üçüncü musiqili gecəsi möhtəşəm xitlərlə tamşaçıları valeh edərək, uzaq 90-2000-ci illərə apardı. Bəlkə də ifaçıların özləri də o illəri yenidən yaşadı. Gənc ifaçılar isə o illərin mahnılarını oxuyaraq, özlərini bərpaçısı kimi hiss edərək, o mahnılara yeni nəfəs verdilər.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi