Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmət göstəriləcək

16:19 29-07-2019 | icon 520 | Cəmiyyət
Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmət göstəriləcək

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) “UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birgə əməkdaşlıqla Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyətini həyata keçirir.

Bu barədə Əlil Təşkilatları İttifaqının (ƏTİ) Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumatda bildirilir.

Məlumata görə, fəaliyyətin əsas istiqaməti İsmayıllı, Quba, Bərdə rayonlarının ucqar kəndlərində əlilliyi olan şəxslərə səyyar hüquqi xidmətlərin göstərilməsindən ibarətdir.

Qeyd edək ki, xidmət çərçivəsində Bərdə rayonunun Yenidaşkənd (ətraf kəndlər daxil olmaqla), Bacirəvan (ətraf kəndlər daxil olmaqla) 10 kəndində əlilliyi olan şəxslərlə görüşlər keçirilib. Əsas məqsəd ehtiyaclarının, əsasən hüquqi yardıma vacib ehtiyac olan sahələri aydınlaşdırmaqdan ibarət olub.

 

Qeyd olunan ərazi vahidlərində yaşayan 32 nəfər əlilliyi olan şəxsin, onların valideyin və qohumları, səhiyyə işçiləri ilə fokus qruplar təşkil olunmaqla ehtiyaclar öyrənilib.

 

Vəziyyət qiymətləndirildikdən sonra səyyar hüquqi xidmətlərin təşkili nəzərdə tutulur.

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI