1961-ci il. Krasnodar qiyamı 

17:53 29-07-2019 | icon 64 | Maraqlı
1961-ci il. Krasnodar qiyamı 

Nikita Xruşovun SSRİ-yə rəhbərliyi dövründə ölkənin ayrı-ayrı bölgələrində mövcud rejimə etiraz əlaməti olaraq əhalinin kütləvi aksiyaları və sonradan adı qiyam kimi qiymətləndirilən hadisələr az olmayıb. Bu səpkidə olan “tədbirlər” uzun illər ictimaiyyətdən gizli saxlanılıb.

Yəqin ki, Xruşov özü də əhalinin narazılığının əsas səbəblərini bilib. Verilən vədlərin yerinə yetirilməməsi, ərzaq qıtlığı, yüklənmiş iş rejimi, ağır sosial-maddi rifah vətəndaşların səbrini tükəndirəndə, ən adi bir qarşıdurma hadisəsi geniş miqyas alaraq dövlətə və hökumətə qarşı qiyama çevrilib.

Elə 1961-ci ilin yanvarında Krasnodarda baş verən verən hadisə də kiçik bir qarşıdurmadan minlərlə insanın qatıldığı böyük bir qiyamla nəticələnib.

1961-ci ilin yanvarın 15-də səhər saatlarında ərazidə yerləşən hərbi hissənin sıravi əsgəri Qren şəhər bazarında əsgər geyimləri (çəkmə, papaq, əsgər kürkü və s.) satarkən hərbi patrullar tərəfindən yaxalanıb. Sonralar məlum olub ki, Qrenin hərbi hissəni özbaşına tərk edib əsgər paltarları satmasının səbəbi, əldə olunan pullarla ərzaq məhsulları almaq olub. Hərbi hissədə əsgərlərin qidalanma məsələsi o qədər acınacaqlı vəziyyətdə olub ki, Qren başqa çıxış yolu tapmayaraq oğurluğa əl atıb.

Patrullar əsgəri hərbi komendaturaya aparmaq istəyəndə Qren qaçaraq bazarın anbarlar olan ərazisində gizlənib. Patrullar bazarda asayişi qoruyan milis nəfərləri ilə 5-10 dəqiqə ərzində Qreni elə bazarın içində ələ keçirə biliblər. Bu dəfə satıcılar və bazara alverə gələnlər məsələyə müdaxilə ediblər, onlar əsgərin aparılmasına mane olmağa çalışıblar.

Bazarda qarşıdurma yaranıb, milislər Qreni müdafiə edənlərə fiziki güc tətbiq ediblər və əsgəri hərbi komendaturaya aparıblar. Bu kobud münasibət bazarda olanları daha da hiddətləndirib, onlar çox da uzaqda yerləşməyən komendaturaya üz tutublar.

Komendaturanın qarşısında əsgərin buraxılması tələb olunsa da, içəridən heç kim bu tələbə məhəl qoymayıb. Elə bu məqamda kimsə komendaturaya hücum etmək təklifini səsləndirib. Kütlə binanın həyətinə daxil olanda keçikçi əsgər silahdan atəş açıb. Güllə 17 yaşlı məktəbliyə dəyib, onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Etirazçılar məktəblinin xərəyə qoyulmuş meyitini çiyinləri üstə götürərək şəhərin mərkəzi küçələri ilə dolaşaraq dövlət əleyhinə çağırışlar etməyə başlayıblar. Artıq günorta saatlarında etirazçıların sayı 5 min nəfərə yaxın olub.

Qərara alınıb ki, Krasnodar diyar Partiya Komitəsinin inzibati binasının qarşısında mitinq keçirilsin.

Kütlənin qarşısını almaq mümkün olmayıb. Müdaxilə edən milislər elə yerindəcə döyülərək mitinqdən uzaqlaşdırılıb. Mitinqi bir necə nəfər idarə edib. Onlardan biri də əvvəllər bir neçə dəfə məhkum edilmiş 54 yaşlı Vladimir Nikulin olub. Mitinqdə SSRİ rəhbərliyinin ünvanına sərt fikirlər səsləndirilib. Partiya Komitəsinin binasında olanlar arxa qapıdan, həmçinin pəncərələrdən tullanmaqla aradan çıxıblar.     

Nəzarətdən çıxan etirazçılar binaya daxil olub, qapılar, pəncərələr sındırılıb, mebellər, portretlər, akt zalındakı oturacaqlar dağıdılıb və sonra sözün əsl mənasında talan başlayıb. Hadisələrin şahidi, yazıçı-jurnalist Vladimir Runov gördüklərini sonralar belə xatırlayıb:

“Etirazçı kütlənin qarşısını almaq mümkün deyildi. Vəziyyət nəzarətdən çıxmışdı. Qarşıya çıxan, gözə görünən hər şey dağıdılırdı. Talanla məşğul olanlar da az deyildi. Qadınlar kabinetlərdəki xalçaları daşıyırdılar, yazı makinalarını, oturacaq stullarını çiyinlərinə alıb aparanlar da var idi. Bir sözlə, kimin nəyə gücü çatırdısa özü ilə aparırdı...”

Nikulin başda olmaqla bir qrup etirazçı Krasnodar diyar Partiya Komitəsinin birinci katibi Georgi Vorobyovun sahibsiz qalmış kabinetinə daxil olublar. Onlar dövlət telefonu ilə Nikita Xruşovla danışmaq istəyiblər. Amma xəttin o başından “hazırda bu mümkün deyil” cavabını alıblar. Çünki həmin anda qəzəblənmiş Xruşov Krasnodar hadisələri ilə bağlı qəraralar verməklə məşğul olub. Həmin qərarlarda isə sərt və kəskin tədbirlər nəzərdə tutulub:

-Daxili qoşunları təcili olaraq Krasnodara yeridin. Ən qısa müddətdə nəyin bahasına olursa-olsun, şəhərdə dövlət orqanlarının fəaliyyəti tam bərpa olunmalıdır.

Beləliklə, hadisələrin ikinci günü daxili qoşunların, dövlət təhlükəsizliyi orqanlarının müdaxiləsi ilə qiyam yatırılıb.

Krasnodarda baş vermiş hadisələrlə bağlı 200 nəfərə yaxın etirazçı istintaqa cəlb edilib. 47 nəfər 3 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə, 5 nəfər isə ən ağır cəzaya, ölüm hökmünə məhkum edilib.

Hadisə zamanı 2 nəfər həlak olub. Onlardan biri təsadüfən gülləyə tuş gələn məktəbli, digəri isə qarşıdurma zamanı ciddi xəsarət alan çilingər olub. Çilingər vaxtında tibbi yardım almadığından ölüb. 39 nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

Artıq yanvar ayının sonlarında Nikita Xruşovun göstərişi ilə Krasnodar diyar və Krasnodar şəhər rəhbərliyində, prokurorluğunda, daxili işlər orqanlarında ciddi kadr islahatları aparılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

Bu sürücülərə çağırış edildi

Baş redaktor Prezidentə açıq məktubla müraciət etdi

Restoran və kafelərdə siqaret çəkənlərə ağlasığmaz CƏRİMƏ

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

5 addımda arıqlama

AXH Qurultaya hazırlaşır

Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

Ermənilər mövqelərimizi atəşə tutdu

Saçların sürətlə uzanmasına təsir edən maska