"Genosid-100" - SƏRGİ

14:36 28-03-2018 | icon 678 | Mədəniyyət
"Genosid-100" - SƏRGİ

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2018-ci il mart ayının 29-da saat 17:00-da “Qalereya 1969” salonunda 31 mart "Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş "Genosid-100" adlı sərginin açılış mərasimi keçiriləcək.

 

Nazirlikdən Versus.az-a verilən məlumata görə, Dövlət Rəsm Qalereyasının fondundan və rəssamların şəxsi kolleksiyalarından seçilmiş əsərlərdən ibarət sərgi Azərbaycan tarixinin faciəvi səhifələrdən biri kimi daxil olmuş Azərbaycanlıların Soyqırımı günü qurbanlarının xatirəsini yad etmək məqsədi ilə həyata keçirilir.

 

100 il bundan öncə mart-aprel aylarında erməni millətçilərinin mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə, Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən soydaşlarımıza qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. On minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.

 

Bu hadisələrdən 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

 

Sərgidə nümayiş etdirilən əsərlər məzmun və mahiyyət etibarı ilə xalqımızın mübarizə əzmini, faciənin dəhşətlərini, son yüz ildə ermənilər tərəfindən törədilən qanlı faciələrin və məkirli-siyasətin iç üzünü təsviri sənət əsərləri vasitəsilə açıqlayır.

Sərgidə Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər nümayiş olunur. Sərgi aprelin 3-dək davam edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol