Nazirlik 227 şəhid üzrə 370 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul etdi

10:23 31-07-2019 | icon 363 | Cəmiyyət
Nazirlik 227 şəhid üzrə 370 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul etdi

Bu vaxta qədər 11294 şəhidin 16764 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

Versus.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya növbəti iclasında daha 227 şəhid üzrə 370 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edib. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.

 

Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan bu günədək 11294 şəhidin 16764 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunmaqla, birdəfəlik ödəmə ilə təminat proqramı artıq 92,1 faiz icra olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”