AQTA bu kafenin fəaliyyətini məhdudlaşdırdı

13:32 31-07-2019 | icon 535 | Sosial
AQTA bu kafenin fəaliyyətini məhdudlaşdırdı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ev 7 ünvanında fəaliyyət göstərən ictimai-iaşə müəssisəsinin (kafe) fəaliyyətini məhdudlaşdırıb.

 

Agentlikdən Versus.Az-a verilən məlumata görə, baxış zamanı qeyd edilən ünvanda yerləşən yaşayış binasının zirzəmisində fəaliyyət göstərən kafedə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. Məlum olub ki, müəssisənin havalandırma sistemi yoxdur, müştəri qəbulu zalı və mətbəxin divarı çirkli vəziyyətdədir, sanitar qovşaq birbaşa müştəri qəbulu zalında yerləşir.

 

Baxış zamanı kafedə məhsulların saxlanılması zamanı mal qonşuluğu prinsiplərinə riayət edilmədiyi və temperatur rejiminin gözlənilmədiyi, binanın ümumi kanalizasiya borusunun mətbəx sahəsində yerləşən işçi masanın üzərindən keçdiyi, istifadə edilən qablar və məişət ləvazimatlarının kanalizasiya borusunun üzərində saxlanıldığı aşkar edilib.

 

Aşkar edilən nöqsanlar əsasında Agentlik əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol