Əlilliyi olan qadınlar və Qarabağ müharibəsi veteranları ilə bağlı yeni layihənin icrasına başlanıb

12:46 01-08-2019 | icon 410 | Cəmiyyət
Əlilliyi olan qadınlar və Qarabağ müharibəsi veteranları ilə bağlı yeni layihənin icrasına başlanıb

Azərbaycan Hökuməti, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsinin icrasına başlanıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Versus.Az-a verilən məlumata görə, layihə çərçivəsində Salyan və Masallı rayonlarında həmin rayonların icra hakimiyyətlərinin dəstəyi ilə bələdiyyə və ərazi nümayəndələri ilə görüş keçirilib. İlk növbədə layihənin məqsədi və fəaliyyət istiqamətləri təqdim edilib. Bildirilib ki, “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi qeyd edilən şəxslərin müdafiəsi və rifahı ilə bağlı hüquqlarının təmin olunması, onların cəmiyyətə inteqrasiyasının təşviq edilməsi istiqamətində aparılan işlərə dəstək məqsədi daşıyır.

 

Görüşdə yerli qurumların layihənın icrasına hansı formalarda dəstək verəcəklərinə dair fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, ilkin siyahılara əsasən avqust ayında sorğular keçiriləcək və fəaliyyət planı hazırlanacaq.

 

İctimai məkanların əlilliyi olan insanlar üçün müyəssərliyinin öyrənilməsi, bununla bağlı kiçik infrastruktur dəyişikliklərinə dair təkliflərin verilməsi məqsədilə layihə çərçivəsində həmin rayonlardakı bir sıra ərazilərə ilkin baxış da keçirilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin