“Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” - LAYİHƏ

21:40 02-08-2019 | icon 479 | Sosial
“Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” - LAYİHƏ

Narkotizmlə Mübarizə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə avqustun 2-də Qusarda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir həyata keçirib.

 

Versus.Az-ın məlumatına görə, tədbiri giriş sözü iıə açan təşkilatın sədr müavini Kənan Qubadzadə bildirib ki, layihənin əsas məqsədi gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almağa çalışmaq, tanınmış şəxslərin o cümlədən mədəniyyət xadimləinin narkomaniyaya qarşı mübarizə tədbirlərinə cəlb etməklə effektiv mübarizə metodu yaratmaq, narkomaniyaya qarşı mübarizədə daha geniş sosial qrupları əhatə etməsinə nail olmaqdır.

 

Tədbirdə bu sahə ilə bağlı mövcud qanunvericiliyin təbliği, Narkomaniyaya qarşı mübarizə tədbirlərinin optimallaşdırılması problemləri barədə maarifləndirmə söhbətləri aparılıb. Regionlarda bu problemin daha çox ictimailəşdirilməsi, ona qarşı maarifləndirmənin gücləndirilməsi, gənclərin təlimatlandırılması layihənin qayəsini təşkil edir.

 

Eyni zamanda,Layihənin davamlılığı və iştirakçıların əlaqələndirilməsi üçün layihənin elektron (virtual) səhifəsinin yaradilması qərara alındı.

İlahə Cəfərli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı