"Təki Vətən yaşasın" - FİLM TƏQDİMATI /VİDEO/

08:11 03-08-2019 | icon 413 | Film
"Təki Vətən yaşasın" - FİLM TƏQDİMATI /VİDEO/

Qənirə Paşayeva: "Gənclərmizi Pərvin Əliyev kimi qəhrəmanlardan Vətən sevgisi örnəyini almağa çağırıram"

 

H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində şəhid gizir Pərvin Əliyevin anım günü və şəhidə həsr olunmuş "Təki Vətən yaşasın" filminin təqdimatı keçirilib.

 

Versus.Az-ın məlumatına görə, təqdimatda Şəhid anaları, qazilər, millət vəkilləri, şəhid P.Əliyevin iş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Təqdimatı giriş sözü ilə Mehriban Sadıqova açaraq, torpaqlarımızın ərazi bütövlüyünü qorumaq üçün canlarından keçən əsgərlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmələrini tədbir iştirakçılarından xahiş etdi. Dövlət himnimizin səslənməsindən sonra mərkəzin direktoru İlkin Qayıbov qonaqları salamladı. Şəhidlik zirvəsinin aliliyindən və müqəddəslik uğrunda canlarını qurban vermiş qəhrəmanlarımızın rəşadətindən söhbət açan İ.Qayıbov Azərbaycanın bu günü üçün onlara borclu olduğumuzu söylədi.

 

Milli Qəhrəmanımız Samid İmanovun atası Gülağa İmanov Azərbaycan torpaqlarının azad olunması üçün canlarını qurban vermiş Şəhidlərimizin qəhrəmanlığından söhbət açdı.

 

Sonra Şəhidimizə həsr olunmuş "Təki Vətən yaşasın" filmi təqdim olundu. Filmin ssenari müəllifi M.Sadıqova və quruluşçu rejissoru E.Ağamalıyevdir.

 

Tədbirdə çıxış edən millət vəkili Qəirə Paşayeva bildirib ki, nə qədər ki, Azərbaycan xalqı var, qəhrəman şəhidlərimizin əziz xatirəsi heç vaxt unudulmayacaq. “Belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik” deyən millət vəkili vurğulayıb ki, Pərvin Əliyevin ömür yolu bugünkü gənclərə əsl örnəkdir:

 

“Nə qədər ki, Azərbaycan xalqı var, belə oğulların əziz xatirəsi heç vaxt unudulmayacaq. Mən televiziyalara müraciət edirəm, qəhrəman şəhidlərimiz haqqında hazırlanan bu cür filmlərin televiziyalarda tez-tez nümayiş etdirmək lazımdır. Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün Pərvin Əliyev kimi qəhrəmanların həyat yolundan gənclərimiz örnək almalıdır. Böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq. Qəhrəman şəhidlərimiz haqqında çəkilən bu cür filmlərin orta məktəblərdə uşaqlarımıza, böyüyən gəncliyimizə nümayiş olunması vacibdir”.

 

Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran Q.Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını deyib. O, çıxışında bildirib ki, - “biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əminik”.

Qənirə Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq”- deyərək, bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

“Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi”- deyən millət vəkili gəncləri Pərvin Əliyev kimi qəhrəmanlardan Vətən sevgisi örnəyini almağa çağırıb.

 

Millət vəkili Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib.

 

Millət vəkili tədbir çərçivəsində şəhid ailələri ilə görüşüb, hər zaman yanınızdayıq deyib.

 

 

Ehtiyatda olan polkovnik H.Ağayev qəhrəmanlarımızı yaşatmağın hər bir azərbaycanlının şərəf borcu olduğunu söylədi.

Filmin quruluşçu rejissoru E.Ağamalıyev Şəhidlərimizi yaşatmaq, onların xatirəsini əbədiləşdirmək üçün başladıqları layihədə bu filmin artıq dördüncü film olduğunu söylədi və layihənin davam edəcəyini vurğuladı.

 

Tədbirin bədii hissəsində bəstəkar N.Mirməmmədlinin mahnıları onun şagirdləri tərəfindən ifa olundu. Muğam 2019 yarışmasının mükafatçısı Murad Kazımlının, Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solisti Nigar Rəhimovanın vətənpərvərlik ruhunda oxuduqları mahnılar, İranə Novruzzadənin, məktəblilərdən Bahar Abbasova, Şirinli İbrahimin söylədiyi şeirlər şəhidlərimizin əziz xatirəsinə ithaf olunmuşdu.

 

Şəhid gizirimizin anım günündə sevindirici bir xəbər - oğlu Riyad Əlilinin C.Naxçıvanski adına hərbi liseyə qəbul olunması xəbəri bütün tədbir iştirakçılarının alqışları ilə qarşılandı.

 

Tədbirin aparıcısı tədbirin təşkilində yaxından kömək etmiş şəhid Rəşid Bağırovun oğlu Xəyal Bağırova, qazi Əbulfəz Həsənovun oglu Ravin Həsənova, filmdə şeirləri səsləndirilən E.Məmmədova, E.Mətləbə, şeirlərin səsləndirilməsinə görə M.Baləddinqızına, əməkdar incəsənət xadimi, bəstəkar N.Mirmmədliyə, şairə Zəminə Xınalıya öz təşıkkürünü bildirdi.

 

Sonda Şəhid P.Əliyevin anası və həyat yoldaşı çıxış edərək, tədbirin təşkilində əməyi olan hər kəsə öz minnəttarlığını bildirdi. Şəhidimizin xanımı oğlunun hərbi məktəbə qəbul olunması münasibətilə təbrik edənlərə öz təşəkkürünü bildirdi və oğlunun atasının qisasını yerdə qoymayacağına əmin olduğunu söylədi.

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyev Cəmil Həsənlini, Əli Kərimlini, Arif Hacılını və İsa Qəmbəri "ağ yudu, qara sərdi"

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

“Xəstəlik asta-asta, bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir”

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

Qadının ən gizli orqanının sirri açıldı

"Əli Kərimliyə zahirdə düşmən olan bəzi iqtidar mənsubları və..."

Paşinyan yenə sərsəmlədi və...

Yatanda ayaqların arasına yastıq qoyun

MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN "HAQQ" BAĞIRAN SƏSİYƏM...

"2020-ci il seçkiləri oğurlanır"

"Müsavatın rəhbərləri ictimai qınaqdan qaçır"

Xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi - VİDEO

Dünənimizi qaralamadan bu günümüzü xilas edə bilsək…

Onu ömürlük həbs cəzası gözləyə bilər