Sosial şəbəkələrdə "Siçovul" bəyliyi

20:59 04-08-2019 | icon 793 | Şəhidlər və şahidlər
Sosial şəbəkələrdə "Siçovul" bəyliyi
Versus.Az Fedai.Az-a istinadən təqdim edir.
 
Redaksiyadan: Savaşdan 30 il keçməsinə baxmayaraq, hələ də bəzi nadanlar torpaqların işğalında qaçıb canını qurtara bilmiş insanları suçlamaqdadırlar. Güya ki, köçkünlər torpaqlarını atıb qaçdılar. Uşuq-salxaq quş damına bənzər evini dünyanın cənnəti bilən bir xalq əsrlərcə yaratdığı mülkündən əl çəkib qaçarmı? İndi sadalayacağımız faktlara diqqət yetirin.

- Azərbaycan Qarabağ əhalisinin silahlarının yığılmasında erməni-rus birləşmələri ilə tərəfdaş olub (1989-1991).

- Azərbaycan Qarabağa erməni məxfi xidmət orqanlarının əlaltılarını yerləşdirməkdə iştirakçı olub.

- Düşmənin anti Azərbaycan əməliyyatlarında erməni əsillilər Bakıda gərəkli sifarişər yerinə yetiriblər. Bölgələrə silah-sursat əvəzinə vahiməli dezinformasiyalar ötrülüb və yalnız bir qarajdan əhalinin çıxarılması üçün çox saylı avtomobillər göndərilib və bu işdə özünü müxalif elan etmiş birinin də əli var.

- Uydurma "parnik" qəhrəmanları yetişdirilib və düşmənin üstünlüyü avontaj saxlanıldı.

- Bu gün köçkünləri torpaqları geri almamaqda günahlandıranlar, güya bilmirlər ki, bizim qüdrətli ordumuz Vətəndən çox erməniləri qoruyan bir sipərə çevrilib.

- SON OLARAQ, "SİÇANIN QUYRUĞUNDAN" (MIŞKA) yapışıb 550 mindən az olan məcburi köçkünün sayından da al-ver predmeti olaraq istifadə edən topluma bir sualımız var: YAŞADIĞINIZ ŞƏHƏRƏ ƏLİ SİLAHLI 50 NƏFƏRLİK BİR DƏSTƏ DAXİL OLUR. SİZ NEYLƏYƏRDİNİZ? SİZİN EDƏCƏYİNİZİ DƏ, ELƏ ƏLİ YALIN VƏ KÖMƏKSİZ BURAXILMIŞ ZAVALLI QARABAĞLILAR EDİB.

- Qaldı ki, milyonları aşan bir şəhərdə Zara adlı bir erməni-kürd qarışığının gəlişini əngəlləyə bilməyən toplumun ən nadan övladcığının belə küfrlər uydurmasi milli faciəmizdir. Gedin oyununuzu oynayın...

Bu yazını isə Fb - da vətənpərvər eloğlumuz Yusif Şamil Oğlu paylaşıb. Heç olmasa bu yazını oxuyun, bəlkə olmayan vicdanınızın yeri sızlaya:
Sosial şəbəkələrdə "Siçovul" bəyliyi
"Fotodakı qızın adı Nurlanədir. Laçın da anadan olub. 1 yaşında əsir düşüb şərəfsizlərə. İki il öncə tədbirlərin birində aşağıdakı sözləri demişdir:

“Mən bu səhnəyə sinəm dolu suallarla çıxmışam.

Birinci sualım odur ki, mənim günahım nə idi? Tədbirdən əvvəl eşitdim ki, burada səfirlər var, xarici qonaqlar var. Sizin hər biriniz ata, ana, qardaş və bacısınız. Mən sizi görməsəm də, yəqin ki, indi siz məni görürsünüz. Və mənim sualımın cavabını verən zaman sizdən bir xahişim var: Öz övladlarınızı mənim yerinə qoyun, mənə baxın və gözünüzün qarşısına övladlarınızı gətirin, sonra suala cavab verin.

Mənim anamın günahı nə idi və anamın bətnindəki uşağın günahı nə idi? Mən heç bilmirəm ki, həmin uşaq mənim qardaşım idi, yoxsa bacım. Anam da bilmədi. Onların günahı nə idi? Bu suala cavab verin. 20 ildir ki, məni işıq üzünə həsrət qoyublar. Bunu ermənilər etdi. Bunu Ermənistanın indiki prezidenti Sərkisyan etdi. Və mən bu səhnədən ona müraciət edirəm: “Sənin iki qızın var. Hər qızının bir gözünü mənə ver. Buna razısanmı? Bunu ona görə deyirəm ki, mənim gözlərimin nurunu sən almısan. Bəlkə də sən razı olarsan, çünki gözləri kor qoymaqla gəlib prezident olmusan. Amma mənim dilim desə də, ürəyim bunu demir. Mən sən deyiləm. Sənin qızlarının gözləri mənə lazım deyil. Mənim anamı qaytar! Qaytara bilərsənmi? Mənim nurumu qaytar! Qaytara bilərsənmi? Mənim xoşbəxt körpəliyimi qaytar! Qaytara bilərsənmi? Sən bunların heç birini qaytara bilməzsən”.

Və sizə bir sual vermək istəyirəm. Biz hamımız insanıq, siz də, mən də. Bəs məni bu günə qoyan, mənim anamı, dayılarımı əlimdən alan kimdir? Bunu insan edə bilərmi?

Suallarım çoxdur, amma mənim bir istəyim var: Mən Laçınımı istəyirəm, mən Laçınsız yaşamaq istəmirəm, mən torpaqlarımızı istəyirəm, mən anamı istəyirəm, mən ana vətənimi istəyirəm. Bu gözlərlə yaşamağa razıyam, amma Laçınımda". (Yusif Şamil Oğlu .Fb statusundan)

P.S. Xocalıdan qaçmağa çalışan, lakin ermənilər tərəfindən yaxalanan bir ailə. Erməninin biri kişinin ciblərini soyarkən, qadın körpəsini şaxtadan qorumaq üçün onu öz bədəninə sıxıb.

P.P.S. Şəkildə olan uşaq donmuş, qadın isə işgəncələr verilərək qətlə yetirilmiş halda tapılıb. Ailənin başçısı olan kişi isə itgin düşüb. Böyük ehtimalla o, erməni əsirliyində saxlanılır...

Baxın silahsız bir ailə və silahlı düşmən. Yardıma qoşdunuzmu? Əlbəttə xeyr. Foto 3.

Anlada bildikmi?

Belələrinin anlamaması bizləri bu günə gətirib çıxardı...

AVMVİB Mətbuat Xidməti

Sosial şəbəkələrdə "Siçovul" bəyliyi
Sosial şəbəkələrdə "Siçovul" bəyliyi
 
 Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı