Azərbaycan Televiziyası islahatlar yolunda

12:10 05-08-2019 | icon 1283 | Kürsü
Azərbaycan Televiziyası islahatlar yolunda

ELMAN NƏSİROV

/Deputat, siyasi elmlər doktoru, professor/

 

Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmiz iri miqyaslı və hərtərəfli islahatların yeni mərhələsinə daxil olmuşdur. Xüsusən sosial paketə daxil olan islhatların nəticəsini hər bir Azərbaycan vətəndaşı öz rifahının yüksəlməsində hiss edir. Dövlət başçısı siyasi sahədə və məhkəmə-hüquq sistemində də islahatların dərinləşdirilməsi və onun yeni mərhələyə keçidinin anonsunu vermişdir.

 

İslahatlar ölkəmizin tele-radio məkanına da təsirsiz qalmamışdır. Xüsusilə son zamanlar Azərbaycan Televiziyasının həyatında həm forma, həm də məzmunca müsbət proseslər baş verməkdəir. Prezident İlham Əliyevin sərəncamı ilə AZTV-nin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə 3 milyon manat vəsait ayrılmasından sonra müasir telestandartlara uyğun studiyaların yaradılması və tamaşaçı zövqünü oxşayan proqramların hazırlanması prosesi yeni məzmun almağa başlamışdır. Daha dəqiq desək, Azərbaycan Televiziyasında bir sıra mühüm istiqamətlər üzrə ciddi islahatlara start verilmişdir:


- Azərbaycan Televiziyasına peşəkar kadrların cəlb olunması prosesi ardıcıl xarakter almışdır;

- Ölkəmizdə xüsusi nüfuzu ilə seçilən İnformasiya Proqramı Studiyasının təqdim etdiyi “Xəbərlər” studiyası dünyanın aparıcı televiziya kanalları ilə müqayisə ediləcək səkildə yeni dizaynda təqdim edilmişdir. Nəticədə informasiyaların dinamik, operativ və canlı olmaqla daha çevik şəkildə auditoriyaya ötürülməsi təmin etilmişdir;

- “Xəbərlər”in “Xüsusi reportaj” layihəsi çoxmilyonluq tamaşaçı auditoriyasının böyük marağına səbəb olmuşdur. Bundan savayı, dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin istər ölkə daxilində, istərsə də xaricdə operativ şəkildə işıqlandırılmasında qısa zaman ərzində ciddi uğurlara imza atılmışdır. Bu sətirlərin müəllifinin də iştirak etdiyi tədbirlərin: xalqımızın milli sərvəti olan Novruz bayramı şənliyinin işğaldan azad olunmuş torpaqlarımıza tarixi qayıdışın simvoluna çevrilmiş Cocuq Mərcanlıda boyük coşqu ilə qeyd olunmasının, Quba şəhəri Soyqırımı Memorial Kompleksində Azərbaycanlıların soyqırımının 101-ci ildönümünə həsr olunmuş anım mərasimi və konfransının keçirilməsinin, Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə Füzuli rayonunun Horadiz şəhərində "Aprel Zəfəri" adlı konsert proqramının məhz AZTV-nin canlı efirində ölkə və dünya ictimaiyyətinə çatdırlması böyük ictimai-siyasi əhəmiyyəti olan hadisələrdir və Azərbaycan Televiziyasında yaşanan keyfiyyət dəyişikliklərinin bariz nümunəsi kimi qiymətləndirilə bilər.

- Artıq cəmiyyətdə böyük əks-sada yaradan tok-şoular (“Əsas məsələ”, “Nəsillərin debatı” vę s.) və proqramlar (“Planet”,"Gunun nebzi" və s) yeni formatda geniş auditoriyanın müzakirəsinə təqdim olunmuş və qısa zamanda böyük hüsn-rəğbət qazanmışdır.


Bir sözlə, Azərbaycan Televiziyası tam fərqli obrazda 3 peyklə yeni formalı və məzmunlu verilişləri ilə bütün dünyaya yayımlanır. Əlimizdə olan məlumata görə, qarşıdan gələn payız mövsümündə tamaşaçıları daha böyük yeniliklər gözləyir. Ayrı-ayrı redaksiyalarda, yaradıcı qruplarda yeni layihələr, maraqlı proqramlar və intellektual verilişlərinin hazırlanması üzərində qızğın iş getməkdədir. 


Azərbaycan Televiziyasının bütün rəhbər və yaradıcı kollektivinə dövlətçiliyimizin müdafiəsi və möhkəmləndirilməsi naminə apardığı uğurlu informasiya siyasətində yeni-yeni nailiyyətlər arzu edirəm.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol