Şagirdlər üçün Yay məktəbi sona çatıb (FOTO)

17:46 05-08-2019 | icon 875 | Təhsil
Şagirdlər üçün Yay məktəbi sona çatıb (FOTO)

ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin birgə təşkil etdiyi Yay məktəbinin bağlanış mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, “Təmiz Şəhər” ASC-dən verilən məlumata görə, dörd həftə davam edən yay məktəbində şagirdlərə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması, tullantılardan alternativ enerjinin əldə edilməsi və s. barədə ətraflı məlumat verilib, müxtəlif mövzularda mühazirələr oxunub. Yay məktəbinin iştirakçıları həmçinin, təkrar emal müəssisələrində olub, onlar üçün müxtəlif intellektual oyunlar və ustad dərsləri təşkil təşkil edilib.

Yay məktəbinə qatılan 160 şagirdə sertifikat təqdim olunub.

Tədbirdə çıxış edən ADA Universitetinin nümayəndəsi Nərgiz İsmayılova yay məktəbinin ADA Universitetinin təhsil standartlarına cavab verdiyini vurğulayaraq, yeniyetmələrin maarifləndirici və əyləncəli düşərgədə faydalı biliklər əldə etdiyini bildirib. Qeyd edilib ki, şagirdlər üçün “Təmiz Şəhər” ASC-nin zavodlarına, Balaxanı Sənaye Parkına və “Tullantıdan sənətə” muzeyinə təşkil olunan ekskursiyalar yeniyetmələrdə ətraf mühitin qorunması və tullantıların idarə olunması barədə biliklərini artırıb.

 

“Təmiz Şəhər” ASC-nin nümayəndəsi Elmar Məlikov yay düşərgələrinin yeniyetmə və gənclər üçün faydaları barədə məlumat verib. Qeyd edib ki, gənclər çox vaxt gələcək karyeralarını bu cür məktəblərdə müəyyən edirlər. “Təmiz Şəhər”in təşkil etdiyi əvvəlki yay məktəblərinin iştirakçılarından bir neçəsinin daha sonra səhmdar cəmiyyətdə işləməyə başladığı da qeyd edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb