“Nələr arzulamışdım, nələr qazandım...”

11:25 06-08-2019 | icon 468 | Mədəniyyət
“Nələr arzulamışdım, nələr qazandım...”

Əməkdar artist Fərqanə Qasımova bu gün 40 yaşını qeyd edir.

 

Versus.Az xəbər verir ki, sənətçi bununla bağlı sosial media hesabında paylaşım edərək bunları yazıb:

 

"40 yaş ömrün elə bir çağıdır ki, artıq cavan sayılmırsan, amma qoca da deyilsən. "Nələr arzulamışdım, nələr qazandım" deyə, düşünürsən... Həyatda 4 gözəl övladım, sənətim var. Özümü dərk edəndən zəhmətə alışmışam, çətinliklərdən qaçmamışam. Atdığım hər addımda özümü Alim Qasımovun qızı, övladlarımın anası, müsəlman xanımı kimi hesaba çəkmişəm. Və heç vaxt özümdən razı qalmamışam. Məncə, istedad böyük məsuliyyətdir. Sənətinlə insan qəlblərində hansı duyğuları oyadırsan? Yaradıcılığınla yaradanamı xidmət edirsən? Bu sualları özümüzə hər gün versək, arzularımız durular, yolumuz aydınlanar. Allah təmiz vicdanla hüzur içində yaşamağı nəsib etsin. Yaşadığı bir gün o birinə bənzəyən kəs ziyan içindədir deyirlər. Yaşadığımız hər yeni il xeyirli, ömrümüz bərəkətli olsun".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…