İxtisas seçimi ilə bağlı son xəbərdarlıq

12:32 06-08-2019 | icon 504 | Təhsil
İxtisas seçimi ilə bağlı son xəbərdarlıq

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

 

Dövlət İmtahan Mərkəzindən Versus.Az-a verilən məlumata görə, I qrup üzrə 15101, II qrup üzrə 10166, III qrup üzrə 17465, IV qrup üzrə 4082 abituriyent olmaqla ümumilikdə 46814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib. V ixtisas qrupu üzrə isə 5163 abituriyent imtahanlardan məqbul qiymət alaraq ixtisas seçiminə buraxılıb. Bundan əlavə, 14615 subbakalavr ali təhsil müəssiələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmişdir.

 

6 avqust saat 10.45-ə olan məlumata əsasən, I-V ixtisas qrupları üzrə 57062 abituriyent (o cümlədən 10915 subbakalavr) ixtisas seçimi edərək ərizəsini təsdiq edib. 593 elektron ərizə isə yadda saxlanılsa da hələlik təsdiq edilməyib.

 

İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək:

"Abituriyentlərin (subbakalavrların) nəzərinə bir daha çatdırırıq ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər. Abituriyentlər (həmçinin subbakalavrlar) qeyd olunan vaxta qədər ixtisas seçimi edib ərizələrini təsdiq etməlidirlər".

 

Xatırladaq ki, bu il 3 nəfər incəsənət, 3 nəfər dünya fənn olimpiyadası, 22 nəfər respublika fənn olimpiyadası, 71 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 1 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan "Internatıonal Baccalaureate" təhsil proqramı üzrə təhsil aldığı üçünali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunub.

 

SAT imtahanının nəticələrinə əsasən, 104 abituriyent ADA Universitetinə qəbul olunub.

Bundan əlavə, I ixtisas qrupu 139 abituriyent Azərbaycan-Fransız Universitetinə (UFAZ), IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 128 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.

 

YELMAR
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu