Qarabağ separatçılarının Avstraliya təxribatı

18:32 06-08-2019 | icon 818 | Geopolitika
Qarabağ separatçılarının Avstraliya təxribatı

“Avstraliyanın erməni diaspor təşkilatlarının ölkəmizin işğal edilmiş ərazilərindəki separatçı rejimi təşviq edən fəaliyyəti, eləcə də Avstraliyanın erməni mənşəli rəsmisinin bəyanatları ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ciddi şəkildə məşğul olaraq bir sıra tədbirlər görüb”.      

                       

Versus.Az xəbər verir ki, Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Avstraliyanın bəzi rəsmilərinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin “nümayəndələri” ilə görüşməsinə dair media mənsublarının sorğusuna cavab olaraq bildirib. Onun sözlərinə görə, ölkəmizin Avstraliya İttifaqındakı müvəqqəti işlər vəkili tərəfindən Avstraliya Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edilib. “Eləcə də Avstraliyanın ölkəmizdəki səfiri ilə Xarici İşlər Nazirliyində görüş keçirilərək rəsmi etirazımız Avstraliya səfirinin diqqətinə çatdırılıb. Buna cavab olaraq, Avstraliya XİN-də Azərbaycanın müvəqqəti işlər vəkili ilə keçirilmiş görüş zamanı Avstraliya Federal Hökumətinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı mövqeyinin dəyişməz olduğu bir daha vurğulanıb. Qarşı tərəf qondarma rejimin “nümayəndələri”nin ermənilər tərəfindən təqdim edilən statusunun rəsmi Kanberra tərəfindən tanınmadığını və onların bu səfərinin şəxsi xarakter daşıdığını söyləyib” - Abdullayeva deyib.

Leyla Abdullayeva ile ilgili görsel sonucu

XİN sözçüsü nazir Elmar Məmmədyarov avstraliyalı həmkarı Maris Peynə rəsmi məktub ünvanladığını da deyib. O, Avstraliyanın Rayd şəhər Şurasında Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş Xankəndi şəhəri ilə “dostluq əlaqələrinin yaradılması”na dair sənədin qəbul edilməsi ilə bağlı deyib ki, Rayd Avstraliyanın ən çox erməni əsilli vətəndaşının cəmləşdiyi şəhərdir: “Təsadüfi deyil ki, cəmi 2 nəfər tərəfindən qəbul edilmiş sözügedən sənədin layihəsi Rayd şəhər Şurasının məhz erməni əsilli üzvü Sarkis Yedelyan (Sarkis Yedelian) tərəfindən irəli sürülüb və şəhərin meri Cerom Laksal tərəfindən dəstəklənib”.

L.Abdullayeva xatırladıb ki, Avstraliya Federal Hökuməti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir: “Avstraliyanın inzibati ərazi vahidlərinin yerli icra hakimiyyəti və ya qanunverici orqanları tərəfindən ermənilərin lobbiçilik səyləri əsasında qəbul olunan bu kimi sənədlərə gəldikdə isə vurğulamaq istərdim ki, belə sənədlər hüquqi nöqteyi-nəzərdən heç bir əhəmiyyət kəsb etmir və yalnız müəyyən dairələrin və ya lobbi qruplarının maraqlarına xidmət edən kağız parçasıdır”.

Qeyd edək ki, son aylar ərzində Ermənistanı və Qarabağ separatçılarını məyus edən bir sıra hadisələrin şahidi olduq. Belə ki, Fransa məhkəmələri ölkənin bəzi şəhərləri ilə işğal altındakı Azərbaycan ərazilərində mövcud olan separatçıların “qardaşlaşma” barədə “saziş”lərini ləğv etdi. Bunun ardınca ABŞ separatçı bölgəyə yardımları azaltmağa qərar verdi. Həmçinin üçüncü həmsədr ölkədə - Rusiyada erməniləri narahat edən proseslər cərəyan etməkdədir. Belə ki, Rusiyanın Soçi şəhərindəki hava limanında çalışan 100-dən çox erməni işdən qovulub və bu hadisə Ermənistanda şok effekti yaradıb. Belə bir durumda Avstraliya hökumətinin öz vətəndaşlarına Qarabağ separatçıları ilə əlaqələr qurmağa imkan tanıması haqlı suallar doğurur. Düzdür, Avstraliya azərbaycanlılar üçün cəlbedici ölkə deyil və buradakı soydaşlarımızın sayı az qala barmaq hesabı qədərdir. Amma Türk diasporu bu ölkədə də kifayət qədər güclüdür. Doğrudur, ölkənin ən böyük şəhəri, 5 milyonluq Sidney daxil olmaqla Avstraliyanın ayrı-ayrı bölgələrində ermənilər yaşayır və imkan düşən kimi, təlimatlara uyğun addımlar atırlar. Yeri gəlmişkən, keçən il işğal altındakı Kəlbəcər rayon mərkəzi yaxınlığında 50 evin tikintisi barədə məlumat yayılmışdı. Yeni şəhərciyin avstraliyalı ermənilərin dəstəyi ilə tikiləcəyindən adının “Sidney” qoyulması təklif edilirdi. Yəni ermənilər dünyanın hansı nöqtəsində, hətta başqa materikdə olsalar belə, Qarabağı unutmur və onun ilhaqı üçün var gücləri ilə çalışırlar.  

“Ermənilər həmişə o yerə gedirlər ki, ya orada onların güclü dayaqları olsun, ya da ora xam yer olsun. Yaxud oradakı əhalinin ermənilərlə, türklərlə bağlı gerçəklərdən xəbərləri olmasın və yaxud az xəbərdar olsun. Avstraliyada ermənilərin diasporu mövcuddur, yüz ildir ki, “Ararat” adlı qəzetləri çıxır, ciddi dərnəkləri fondları var, oranın xalqı bizim bölgədə baş verənlərə nə qədər biganədirsə, demək, ermənilər də yetərincə iş apara biliblər. Odur ki, indi əleyhimizə fəaliyyətlərlə qarşı -qarşıya qalırıq”.

Ä°lgili resim

Bunu Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bildirib. Ekspertin sözlərinə görə, birdəfəlik bilməliyik ki, ermənilər harada imkan düşsə, bizə zərbə vurmağa çalışırlar: “Bunun qarşısını almaq imkanlar haqda düşünməli və bütün gücümüzü səfərbər etməliyik”.

Q.Çaxmaqlı da təsdiqlədi ki, Avstraliyada kifayət qədər güclü türk diasporu var, onlar Azərbaycan diasporu ilə əlaqəli çalışırlar: “Xocalı soyqırımı ilə bağlı birgə keçirilən tədbirlərdə fəal olublar. Görünür birgə fəaliyyətlər yetərli olmur. Bu işə dövlət müdaxilə etməlidir. Çünki hələ bizim diaspor və lobbiçilik təcrübəmiz azdır, ermənilərin isə burada fəaliyyətlərinin tarixi yüz illərlə ölçülür. Ermənilərin uzun əsrlər dövləti olmayıb. Onu kilsə əvəz edib və ənənələri var. Hər halda bunları da nəzərə alaraq addımlar atmaq lazımdır”.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə Dağlıq Qarabağın “xarici işlər naziri” Masis Mailyanın Avstraliyada qəbul olunmasına diqqət çəkdi: “O, iyulun 30-da Avstraliya parlamentində xarici əlaqələr komitəsinin sədri Erik Abetslə görüşüb. Sən demə, həmin komitənin sədri “erməni soyqırımının” tanınması istiqamətində “böyük fəaliyyət” göstərib. Buna görə də Masis Mailyan görüşdə ona minnətdarlığını bildirib. Görüşdə “Dağlıq Qarabağ Respublikasının Avstraliyadakı” təmsilçisi kimi təqdim edilən Kaylar Mikaelyan da iştirak edib. Bundan sonra separatçıların təmsilçiləri ilə Avstraliya parlamentinin digər üzvləri və komitə sədrləri də görüşüblər. Dağlıq Qarabağın azərbaycanlı icmasına yeni və gənc sədr seçiləndə ümidlənmişdim ki, yenisi fəaliyyətində köhnəsindən fərqlənəcək. Əlbəttə, icma rəhbərinin ingilis dilində müxtəlif videogörüntülər yayınlaması yaradıcı yanaşmadır, səfirlərlə görüşlər də vacibdir. Ancaq bu, azdır. Azərbaycanın sərhədlərini aşmaq lazımdır”.

E.Şahinoğluna görə, elə separatçıların ardından Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbər heyətinin Avstraliyaya səfərini və oradakı parlamentdə görüşlərini təşkil etmək lazımdır ki, bu ölkədə əsl həqiqətləri bilsinlər: “Azərbaycanın Avstraliyadakı səfirliyi separatçıların bu ölkənin parlamentindəki görüşlərinə mane olmaqda gücsüzdürsə, heç olmazsa Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərinin və üzvlərinin görüşlərini təşkil etməlidir”. /yeni müsavat/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı