PAŞİNYANIN MADMUAZELLİYİ

11:10 07-08-2019 | icon 1342 | Köşə
PAŞİNYANIN MADMUAZELLİYİ

...VƏ GÖZLƏNİLƏN "DÖYÜŞƏ!" ƏMRİ

 

İGİD TEYMURLU

 

Paşinyan Ermənistanın, Novruz Məmmədov da Azərbaycanın baş naziridir...

 

Paşinyan bütün beynəlxalq qanunlara tüpürərək Azərbaycan sərhədlərini tapdalayır.

 

Dəysin təpəsinə, guya ki, YUNESKO-nun qoruduğu mənim milli musiqim altında babalarımın, doğmalarımın uyuduğu torpaq üstündə yallı gedir, Məmmədov Novruz da mənə öz meşəmdən əzgil yığmağı qadağan edir!!

 

Bax burada deyirlər də ay məni QINAYAN.... Görün Ermənistan adlanan dövlətin baş naziri Paşinyan həyasızcasına Xankəndində - mənim torpağımda nə deyir:

"..Dağlıq Qarabağ Ermənistanın ayrılmaz, əbədi hissəsidir. Bizə ehtiyac deyil ki, dünya "Artsax"ı ayrıca tanısın, çünki "Artsax" elə Ermənistandır.

İllərdir ki, ermənilərdə bölünmə, fraqmentləşmə hökm sürürdü. Artıq biz indi Qarabağ da daxil olmaqla vahid Ermənistan ideyasının reallığı içərisindəiyik"...

 

Bax belə..., cənab adı var, özü yox, baş nazirimiz Novruz Məmmədov.. Siz əzgillə maraqlanın, qoy Paşinyan da beləcə Qarabağla bağlı sülh danışıqları heç ....da almasın. Paşinyan apaydın mesaj göndərir ki, Qarabağ mənimdir və əcəb eləyib də işğal etmişəm. İndi ...çatırsa, "mənimdir!" deyə söylədiyin torpağını al....

 

 Bəs biz nəyi gözləyirik - əzgillərin yetişməsinimi? Belə həyasız açıqlamaya istinad edərək Məmmədyarov Elmar adlı baş diplomatımız nədən belə həyasızlığı tutalğac edib ermənilərin vəhşi obrazını dünyaya təqdim etmir!? Baş diplomatımız "-AAA, UUUU, EEEE" eləyib danışana qədər ermənilər eşşək dayılarıyla çayı vurub keçəcək...

 

QƏTİ ADDIM ATMANIN ZAMANI DEYİLMİ!?

 

Ermənistan tərəfi nümayişkaranə bir şəkildə beynəlxalq qanunlara tüpürür, Azərbaycanı hərb meydanına səsləyir.

Cənab Novruz Məmmədov, biz əzgildən doyduq! VƏ cənab ZAKİR Həsənov, Tonoyana deyiləsi SÖZÜNÜZ yoxmu?

Doymadınızmı hətta Allahın əzgil adlı nemətini xalqın dadmasına qadağa qoymaqdan!?

Bıkmadınızmı erməni oğraşların millətimizin qüruruyla oynamasından!?

Hanı bəs sizlərin bir türk olaraq döyüş ruhunuz!?

Hanı bəs sizlərin bir türk olaraq döyüşlərdə şimşək kimi çıxmağınız, quş kimi uçmağınız !? Paşinyan varlığını, həyasızlığını ortaya qoyub, nədən sizlər öz türklüyünüzü ortaya qoya bilmirsiniz? O torpaqlar axı bizimdir, Paşinyanların yox!! Əslində Paşinyan və Paşinyanlara yandaşlıq edənlər belə həyasız addımlarıyla həm də Azərbaycanı dişinə vurur. Yumşaq yerlərə diş atırlar. Millət olaraq, köhnə döyüşçülər olaraq biz bu ağrını hiss edirik. Yox kimsə bu ağrını hiss etmirsə, demək ki, o, bizimlə bir orqanizm deyil....

 

Deyəsən axı dözümümüz, sülhpərvərliyimiz, bəşəri hisslərə bağlılığımız , tolerantlığımız qədərində çox artıq oldu... Torpaq işğal olunub - gözləyirik!!!

Əsir qadınlarımızdan DOĞUM APARATI kimi istifadə olunur - gözləyirik!!! İşğal altında olan torpaqlarımızın bütün təbii ehtiyatları talan edilir, milli-mədəni abidələrimiz dağılır - gözləyirik!!!

Sərhədlərimiz pozulur - gözləyirik!!! Qırıcılarımız öz torpağımızda atəşə tutulur - gözləyirik!!!!

Doğmalarımızın QƏBİRLƏRİ üstündə ermənilər tikinti işləri aparırlar ki, sabah Azərbaycan hücum edəcəyi təqdirdə " ay aman, mülki əhali topa tutulur" deyə qarşı tərəfin əlində kozır olsun - gözləyirik!!! Deyəsən axı tam açıq mətnli ultimatumların zamanıdır...

 

Bu gün o ultimatumlar verilərsə rəşadətlli milli ordumuzun yanında 1992-ci ildə ermənilərə və ruslara qan uddurmuş köhnə 713 nömrəli hərbi hissənin döyüşçüləri də olacaq. Köhnə döyüşçülərdən ibarət 65 minlik peşəkar döyüşçü ermənilərə can yanğısını göstərəcək!

 

Biz Ali Baş Komandanımızın "DÖYÜŞƏ!!!" ƏMRİNİ gözləyirik...

 

Bax onda biz Paşinyanı ürəyi istəyənə qədər, Cənubi Qafqazın madmuazeli kimi doyana qədər oynadarıq....

Bax onda biz 50 milyonluq Azərbaycan türkünün gücünü erməni və erməniyanlılara göstərərik...

İndi artıq dünya bizim dövlətimizin qüruruyla oynayır. Buna yol verməmək üçün əzgili boş verməyin zamanıdır, cənab Novruz Məmmədov!..

 

Tonoyan sizi Irəvanda gözləyir, cənab müdafiə naziri! İndiki halda Paşinyanın oynaqlaması onun içindən gələn şey deyil, ona diktə olunan zadlardır.

Belə oyun havaları fonunda bizim baş nazirimizin də əzgil hayına qalması heç başadüşülən deyil... Deyəsən axı dünya fırlanır...

Bunca dərdin, sərin içində adam lap başını itirir: Əcəba Paşinyan Ermənistan adlanan dövlətin baş naziridirsə, onda nədən ermənilərə pıqqq evliyən kimi minnətə Rusiya gəlir?

VƏ nə əcəb bizim baş nazirimiz bu Paşinyana bir cavab vermir?! Axı bizim əzgilləri yetirən torpağımızı tapdalayıb rəqs edir bu Paşinyan?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı