Paşinyan “qırmızı xətti” keçdi... – Şərh

14:06 07-08-2019 | icon 412 | Siyasət
Paşinyan “qırmızı xətti” keçdi... – Şərh

“Erməni Baş nazir Nikol Paşinyan Xankəndində “Qarabağ Ermənistanındır” (“Miatsum”) şüarını səsləndirməsi və bu səbəbdən dünya ermənilərini birləşməyə çağırması Ermənistan rəhbərliyinin yürütdüyü siyasəti açıq-aşkar ortaya sərdi”.

 

Versus.Az teleqraf-a istinadla bildirir ki, bunu açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

 

Ekspertin fikrincə, Nikol Paşinyan bu bəyanatla bütün dünyaya Ermənistanın işğalçı dövlət olduğunu bəyan etdi:

 

“Paşinyan açıq-aşkar müharibə elan edir. Əlbəttə, onun Ermənistanın mövcud durumunu nəzərə alanda boşboğazlıq etdiyini deyə bilərik. Çünki Ermənistanın iqtisadi və sosial vəziyyətinin ağırlığı göz qabağındadır. Ermənistanın Azərbaycanla müharibəyə girməyə nə iqtisadi gücü var, nə də ordusu belə bir savaşda tab gətirə bilər.

Amma Paşinyanın bu bəyanatı Ermənistan üçün ciddi problemlər yarada bilər. Maraqlıdır ki, Paşinyana qədər nə separatçılar, nə də Ermənistanın sabiq prezidentləri demək olar bu bəyanatı səsləndirməyib. Əslində bu bəyanat və bütün dünyanı ona dəstək verməyə çağırması, Paşinyanın zəif siyasətçi olmasından və siyasətdə səriştəsizliyindən irəli gəlir”.

Ramiyə Məmmədova qeyd edib ki, Paşinyan bununla “qırmızı xətti” keçdi və açıq-aşkar Ermənistanın işğalçı dövlət olmaqla yanaşı, Azərbaycan hesabına öz ərazilərini genişləndirmək istəyini də bəyan etdi:

 

“Əslində o, bu cür fikirlərlə Azərbaycanın əlini gücləndirir. Bundan istifadə edərək, dünyaya Azərbaycan ərazilərinə göz dikən bir Ermənistan adlı dövlətin olduğunu göstərə bilərik. Şübhəsiz ki, Azərbaycan buna vaxtında sərt reaksiya verməlidir.

Bu, bir daha Azərbaycan ordusuna o imkanı yaradır ki, torpaqların işğaldan azad edilməsi üçün əməliyyatları bərpa etsin. Bu, aprel döyüşlərinə oxşayan bir əməliyyat ola bilər. Bu baxımdan hesab edirəm ki, bu bəyanat Paşinyana Ermənistan daxilindən olan təzyiqləri daha da sərtləşdirə bilər. Çünki Paşinyan bununla Ermənistanı həm daxili auditoriya, həm də beynəlxalq aləm qarşısında işğalçı dövlət olduğunu nümayiş etdirir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin