Xaricdəki "bloqer"lərin əsl söyüş siması 

21:14 07-08-2019 | icon 132 | Araşdırma
Xaricdəki "bloqer"lərin əsl söyüş siması 

Versus.Az Milli.Az-a istinadən bildirir: 

 

Dövlətin və xalqın ünvanına xaricdə səslənən ən çirkin böhtanı, ən sarsaq və bivec birisinin bizə qarşı yönəlmiş açıqlamasını həvəslə paylaşanlar, sanki, destruktiv hipnoz altındadır. Onlar bizə nifrət edirlər - xalqdan, vətəndən, vətənpərvərlikdən sürəkli danışsalar da. Və sürəkli olaraq "Azərbaycanda avtoritarizmdir, diktaturadır" deyirlər.

 

 

"Broadcasting Board of Governors", BBG... ABŞ-ın təbliğat, media və təşviqat sahələrində dövlət siyasətini müəyyənləşdirən bu strukturu indi adını dəyişərək "Agency for Global Media" (AGM) olub.

Bu abrrevatiuranı yadda saxlayaq, çünki...

Çünki dünyanın istisnasız olaraq bütün məkanlarında Birləşmiş Ştatların maraqlarının təminatı, qorunması və təbliğatı, ən əsası isə Vaşinqtonun göstərişlərinə əməl etməyən hakimiyyətlərlə dövlətlərə qarşı hibrid informasiya savaşını maliyyələşdirən əsas strukturdur AGM.

AGM dövlət içində dövlətdir. Əvvəllər ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi USİA-nın tərkibində olan AGM indi müstəqil strukturdur və yalnız prezidentə tabedir.

Konqres qarşısında hesabatları isə ümumi sözlərdən, yayğın ifadələrdən ibarətdir.

 

AGM-in bilavasitə və aşkar maliyyələşdirdiyi, bu barədə Konqresə verdiyi hesabatlarda açıq göstərdiyi media strukturları azdır:

 - "Amerikanın Səsi"

 - "Əl Hürra" və "Radio Sava"dan ibarət "The Middle East Broadcasting Networks, Inc" (MBN)

- Tərkibində "Radio Fərda", "Radio Azadi" və "Radio Məşaal" olan "Azad Avropa/Azadlıq Radiosu"

 - "Azad Asiya Radiosu"

- "Radio Marti" və "Marti TV"

 

AGM-in nə işlə məşğul olduğunu anlamaq üçün onun İdarə Heyətinə nəzər salaq:

- Ceffri Şelli (sədr)

- Mettyu Armstronq

- Leon Aron

- Rayan Kroker

- Maykl Kempner

- Karen Kornblah

- dövlət katibi Mayk Pompeo

- Maykl Mihan

- Kennet Vaynşteyn

Postsovet məkanı ölkələrinin istisnasız olaraq hamısında (!) bu və digər formada fəaliyyət göstərən, hadisələrə təsir etməyə çalışan AGM hazırda Litva, Latviya, Estoniya, Ukrayna, Gürcüstan, Ermənistanda daha çox fəaldır.

Azərbaycan, Rusiya, Belarus, Qazaxıstanda AGM-in fəaliyyəti yerli rəsmi strukturlar tərəfindən minimuma endirilib.

Tacikistan, Özbəkistan, Türkmənistan və Moldovada isə AGM-in üzünə bütün qapılar bağlanıb.

Nədən?

Sualın cavabı çox sadədir: AGM illərdir ki, ən müxtəlif ölkələrin daxili işlərinə kobud müdaxilələr edir, bununla da kifayətlənməyərək "inqilab"lar, çevrilişlər və kütləvi etiraz aksiyalarının ssenarilərini hazırlayır.

Məsələn, Ukrayna, Gürcüstan, Qırğızıstan və Ermənistandakı son "rəngli inqilab"lar büsbütün AGM-in ssenariləri idi.

Bu ssenarilərin reallaşmasına ayrılan yüz milyonlarla dollarlıq vəsaitin hesabatını isə AGM hətta Konqres də vermir. "ABŞ-ın milli və dövlət maraqlarının təhlükəsizliyinin təminatı" üçün, sən demə....

 

"They are not alone"...

Maraqlı olan şəxslərdən biri Maykl Kempnerdir. Onu Dövlət Departamentinin kuluarlarında "bloqerlərin kralı" adlandırırlar, çünki müxtəlif hakimiyyətlərə və dövlətlərə qarşı fasiləsiz kampaniyalar aparan bloqerlərin mərkəzləşdirilmiş idarəolunması məhz bu adamın kurasiyasındadır.

Kempnerin 63 nəfərlik "şöbə"sinin kontrolunda olan bloqerlər arasında azərbaycanlılar, daha doğrusu, azərbaycansızlar da var.

Onlar Orduxan Bəbirov və Sevinc Mirzəyevadır.

Sosial şəbəkələrdə "Orduxan Teymurxan Bəbirov və "Sevinc Osmanqızı" kimi tanınan şəxslərin fəaliyyəti, YouTube və Facebook-dakı paylaşımları, çıxışları, canlı yayımları (strimləri), müsahibələri - bir sözlə, "çoxşaxəli fəaliyyət"ləri əsla və əsla müstəqil deyil.

Zahirən Azərbaycandakı mövcud hakimiyyətə qarşı yönələn, əslində isə Azərbaycanı hədəfə alan həmin fəaliyyətin başlıca məqsədini Maykl Kempner ABŞ siyasətinin ən qatı təbliğatçılarından olan "müstəqil" resurs "PolitiFact: Fact-checking US politics"ə verdiyi açıqlamalardan birində demişdi: "Birləşmiş Ştatların hədəfləri, məqsədləri və istəkləri var. Dünyanın fərqli məkanlarındakı müstəqil baxışlı, dünyagörüşlü və mövqeli insanlar bizi dəstəkləyirlər. Biz də istəklərimizi bölüşən insanların yanındayıq. Onlar tək deyillər".

Təbii, "onlar tək deyillər" və olmayıblar da.

Fəaliyyət üçün zəruri avadanlığın alınması, "demokratik mövqelərin əks olunması" üçün ən müxtəlif fondlar və strukturların hesablarından qrantların ayrılması, hədəfə alınmış ölkədə kütləvi etirazlara və hətta "zərurət yaranarsa", vətəndaş qarşıdurması və savaşına hazırlıq prosesində zəminin formalaşması üçün "tək qalmayan"lara ciddi nəzarət olunur, dəstək verilir.

Sadəcə, bir neçə fakt.

Sosial şəbəkələrdə Azərbaycanı hədəf seçmiş azərbaycansız bloqerlərə 2016-cı ilin martın 15-dən 2019-cu ilin martın 12-dək  Fransa, Belçika, Almaniya, Britaniya və ABŞ-dakı 29 təşkilatın hesablarından toplam olaraq 3986352 dollar ayrılıb.

Vəsaitin izini itirmək üçün fərqli təşkilatlardan çeşidli "layihələr"ə qrantlar və maliyyə dəstəyi ödənilib. Siyahı uzundur, çox uzun.

Həmin siyahıda "Azərbaycanda söz və mətbuat azadlığı uğrunda mübarizə aparan bloqerin aclıq aksiyasının mediada, xüsusilə də sosial şəbəkələrdə geniş əks olunması, informasiya kampaniyasının aparılması üçün" 4 bənddən ibarət maliyyə "şlüz"ü də var.

"Sanki, bizi mazoxist etmək istəyirdilər"

Fransada yaşayan serb mühacir Miomir Nenadoviç ötən ay bloqerlik fəaliyyətini dayandırıb. Səbəblərini də açıqlayıb - Belqardda çıxan "Veçernye Novosti"yə.

36 yaşlı Miomirin müsahibəsindən qısa məqamı təqdim edirəm:

"Onlar sürəkli olaraq məndən Serbiyanın prezidenti Aleksandr Vuçiçi və onun ailə üzvlərini tənqid, hətta ən ağır sözlərlə təhqir etməyimi istəyirdilər. Hər gün Youtube və Facebook-da canlı efirdə olmalıydım. Ən azı 5 saat. Bunun üçün mənə ayda 3 min avro verirdilər. Lazım olan avadalığı - iki noutbuku, planşetləri, 4 smartfonu, mikrofonları və s.-ni onlar alıb vermişdilər. Üstəlik, yaşadığım Marsel şəhərinin polisinə də "xəbər" vermişdilər. Amma usandım. Hər gün söyüş, hər gün təhqir, yalanların həqiqət kimi deyilməsi... Mənim kimi daha üç bloqer vardı. Sanki, bizi mazoxist etmək istəyirdilər".

 

Miomir Nenadoviçin dediyinə görə, Marseldə onun yaşadığı mənzillə bağlı bütün kommunal xərcləri də "fond" ödəyirmiş. Əsas tapşırıq isə Serbiyada iqtidarda olan Serb Mütərəqqi Partiyasına qarşı kampaniyaların aparılması, habelə radikal müxalifəti birləşdirən "Serbiya Uğrunda İttifaq"a dəstək verilməsi olub.

Nenadoviç istisnasız olaraq hər gün radikal müxalifətin liderləri - paytaxt Belqradın sabiq meri Draqan Cilas və sabiq XİN başçısı Vuk Yeremiçlə canlı bağlantılar qurur, Skype vasitəsilə onlardan müsahibələr alır, az qala hər hadisəni və mövzunu bu adamlara şərh etdirirdi.

Eyni zamanda, "Serbiya Uğrunda İttifaq"ın istisnasız olaraq bütün aksiyaları Nenaoviçin sosial şəbəkələrdəki profil və akkauntlarında canlı yayım formatında təqdim olunurdu.

Ən başlıcası isə, Nenadoviçə "Serbiyada müxalifətin payız hücumu"na hər cür dəstək verilməsi tapşırılmışdı.

... Nenadoviçin "həmkarlar"ı "Azərbaycana canı yanan" kimi tanınmaq istəyən "bloqer və siyasi fəallar"dır. Onların istisnasız olaraq hamısı bu və digər dövlətin xüsusi xidmət strukturlarının nəzarətindədir. Bu qurumlardan pul alır, bu qurumların sifariş və göstərişlərini yerinə yetirirlər.

Hünərləri var, etməsinlər - dərhal deportasiya olunacaqlar, ya da ən yaxşı halda maliyyə ləyənindən kənarlaşdırılacaqlar.

O lənətə gəlmiş "payız hücumu"

Tanış və çeynənmiş ifadədir - "payız hücumu".

Bunu Məhəmməd Mirzəli, Sevinc Osmanqızı, Orduxan Bəbirov, Emin Hüseynov, Vidadi İsgəndərli, Tural Sadıqlı və digər kiçikçaplı "siyasi bloqer"lərimiz sürəkli təkrarlayırlar.

Londona sığınan, özünü "Azərbaycan Xalq Hərəkatı"nın banisi sayan Qurban Məmmədov isə "AzerFreedom TV" adlı YouTube kanalında bəhs etdiyimiz ifadəni "bir payız axşamı" kimi təqdim edir.

Onların koordinasiya edilmiş fəaliyyət göstərdiklərini iddia etsək, hamısı dərhal səs-səsə verərək bunun yalan olduğunu, sadəcə, Azərbaycana və xalqımıza canları yandıqları üçün, hakimiyyətə qarşı mübarizə apardıqlarına, demokratiyanın bərqərarını, insan haqlarının təntənəsini və sair və ilaxır deyəcəklər.

Sonra trolların hücumu başlayacaq, söyüşlər, hədyanlar, tərbiyəsizlik.

Tanış ssenaridir.

Ümumiyyətlə, sosial şəbəkələrdə Azərbaycana qarşı senzuranın yeni, əcaib və əxlaqsız formasını yaradırlar. Azərbaycanın maraqlarını, dövlətin (hakimiyyətin yox ha) mənafelərini qoruyan, müdafiə edən adamlar hədəfə alınır, söyülür, aşağılanır, ona "yaltaq", "hakimiyyətin adamı" və s. söylənir, yazılır.

Məqsəd dövləti və xalqı qorumağa çalışanları tam diskreditasiya etməkdir.

Xüsusi maniakallıqla, Azərbaycanı aşağılamaqdan, təhqir etməkdən, geri tutmaqdan mazoxist həzz alaraq. Bu imbesillərin yaramazlığı o həddə çatıb ki, onlar Ermənistanı Azərbaycanla müqayisə edərək sürəkli "baxın, ermənilər bizdən yaxşı yaşayırlar" yazır və deyirlər.

Təsadüfdürmü? Düşünmürəm.

Məqsəd Azərbaycan vətəndaşlarında ümidsizlik, bədgümanlıq, bədbinlik, dövlətə inamsızlıq yaratmaqdır.

Dövlətin və xalqın ünvanına xaricdə səslənən ən çirkin böhtanı, ən sarsaq və bivec birisinin bizə qarşı yönəlmiş açıqlamasını həvəslə paylaşanlar, sanki, destruktiv hipnoz altındadırlar.

Onlar bizə nifrət edirlər - xalqdan, vətəndən, vətənpərvərlikdən sürəkli danışsalar da. Və sürəkli olaraq "Azərbaycanda avtoritarizmdir, diktaturadır" deyirlər.

 

Gerizəkalılar, bu nə avtoritarizm, necə diktaturadır ki, Azərbaycanda görülən yaxşı işlərdən, uğurlu layihələrdən yazan adam hədəfə alınır, onun ölüsü-dirisi söyüşə tutulur, təhqirlərin ardı-arası kəsilmir, virtual "linç"ə başlayır.

Yenə də məqsəd dövlətdən və xalqdan xoş danışmaq istəyən qorxmalıdır.

"Biz dövləti sevirik, hakimiyyəti tənqid edirik" deyirlər bu birhüceyrəlilər.

Azərbaycanda dövlətlə hakimiyyət eynidir, çünki siyasi-institusional konstruksiya olan hakimiyyət xalqın maraqlarını təmin edir, qoruyur və inkişafı təmin edir.

Rəqib struktur, mexanizm və institut olardısa, dövlətlə hakimiyyəti ayırmaq olardı, ayırmaq da gərəkdi.

Məhz bu səbəbdən siyasi debilizm səviyyəsinə enərək sosial şəbəkələrdə uzun tumanbağılar paylaşmaq, YouTube-da saatlarla gəvəzəlik etmək absurddur.

Dövlət başçısını, dövləti və xalqı təhqir edən "bloqer"lərin səcdə etdikləri Qərbə gəldikdə isə, belə yaramaz davranış və fəaliyyətin cəzası ağırdı.

Almaniyada sosial şəbəkələrdə prezidenti təhqir edəni 3 aydan 5 ilədək həbs gözləyir. Portuqaliyada belə adam 3 il müddətinə azadlıqdan məhrum olunur. Dövlət simvollarının təhqiri isə 2 il həbsdir.

 

Siyahını davam etdirək, dövlət başçısı və onun ailə üzvlərini aşağılamağa yönəlmiş açıqlama ilə çıxış edənləri gözləyən cəzalara nəzər salaq:

- Danimarka.  2 ilədək həbs.

 - İordaniya. 1 ilədək həbs

- İran. 6 ayadək həbs və ya 74 şallaq zərbəsi

- İspaniya. 5 min avroyadək cərimə və ya 1 ilədək həbs.

 - İtaliya. 1,5 ilədək həbs

- Kuba. 3 il həbs

 - Malayziya. 6 ilədək həbs

- Hollandiya. 5 ilədək həbs

- Norveç. 5 ilədək həbs

- Polşa. 3 ilədək həbs

- ABŞ. 6 ayadək həbs

- Tayland. 15 ilədək həbs.

- Türkiyə. 4 ilədək həbs

- İsveçrə . 2 ilədək həbs.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

"Bəs Əli Kərimli niyə susur?"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

Mitinqə görə imiş... yesinlər mitinqinizi

Deputat vəsiqəsinin girov qoyulmasına RƏSMİ reaksiya