Disney "Evdə tək" və "Muzeydə bir gecə" filmlərini təkrarən çəkəcək
"The Walt Disney" kompaniyası "Evdə tək" (Home Alone) və "Muzeydə bir gecə" (Night at the Museum) filmlərinin yenidən çəkilməsinə qərar verib.
Versus.Az Azərtac-a istinadən bildirir ki, filmlərin çəkilişi bitdikdən sonra onları Disney+ striminq platformasında izləmək mümkün olacaq. Ancaq hələlik filmlərin hansı formada ekrana çıxacağı bəlli deyil. Çünki onlar tammetrajlı yaxud da serial şəklində ola bilər.
Qeyd edək ki, Disney+ platformasının açılışı noyabrın 7-də nəzərdə tutulub.
Versus.Az
Xəbər lenti
Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit
“Qığırdaq aşındıqca oynaq yükdaşıma, hərəkət kimi funksiyalarını itirir”