"Bakıya gəlməkdə məqsədimiz qələbə qazanmaqdır"


"Neftçi" çox güclü komandadır".
Versus.Az xəbər verir ki, bunu "Bney Yehuda"nın baş məşqçisi Yossi Abukassis deyib.
İsrail təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah "Neftçi"nin qonağı olacaq. Oyunöncəsi mətbuat konfransında 49 yaşlı mütəxəssis bildirib ki, Bakı klubu "Arsenal"ı 3:0 hesabı ilə məğlub etməklə gücünü göstərib: "Bizim Bakıya gəlməkdə məqsədimiz qələbə qazanmaqdır. "Neftçi" güclüdür. Ancaq hər bir klubun məqsədi qalib gəlməkdir. Biz də buraya qalibiyyət üçün gəlmişik. Bu, futboldur, istənilən nəticə qeydə alına bilər. Bizim üçün önəmli olan hər iki görüşdə sərfəli nəticə qazanmaqdır".
O bildirib ki, "Neftçi"nin zəif və güclü cəhətlərini artıq öyrəniblər və sabahkı matçda bundan yararlanmağa çalışacaqlar: "Müdafiədə, yoxsa hücumda oynayacağımızı da sabah görəcəksiniz".
Qeyd edək ki, "Neftçi" - "Bney Yehuda" oyunu sabah saat 21:00-da başlayacaq.
Versus.Az

Xəbər lenti

BSU-da Xalq yazıçısı Anarla görüş keçirilib
BSU tərəfindən Anar haqqında hazırlanmış sənədli film nümayiş etdirilib
Növbədənkənar seçkiləri labüd edən məqamlar
"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"
Milli Məclisin adı dəyişdiriləcəkmi?
"Mənim ixtiyarım öz əlimdə deyil"
Abşeron sakinləri ağacəkmə kampaniyasında fəal iştirak edirlər
650 min ağacın əkilməsi şairin doğulduğu şəhərdən başlanıb
"YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək"
"Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq"
Əhalinin təbii artımı azalır
Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb
"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"
“Həyəcan” düyməsi
ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb
Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib
"Mənim münaqişələri birdəfəlik həll etməklə bağlı sehrli formulum yoxdur"
İrəli
