“Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı müsabiqə keçirilir

16:13 08-08-2019 | icon 915 | KİV
“Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı müsabiqə keçirilir

Mətbuat Şurası “SOCAR-AQŞ” MMC ilə birlikdə “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında yaradıcılıq müsabiqəsi keçirir.

 

Şuradan Versus.Az-a verilən məlumata görə, müsabiqə üzrə 4 istiqamət nəzərdə tutulur.

“Əsrin müqaviləsi”: Azərbaycanın müasir neft və qaz sanayesində qazma işlərində yeni dövrün başlanğıcı;
Azərbaycan neft-qaz sanayesində qazma işlərinin modernləşdirilməsi yeni neft strategiyasının mühüm tərkib hissəsidir;
Azərbaycan neft-qaz sanayesinin mühüm tərkib hissəsi olan qazma işlərinin dünya neft-qaz sanayesinə verdiyi töhfələr;
Azərbaycan neft-qaz sanayesində qazma işlərinin tarixi, bu günü və perspektivləri.

Müsabiqə üzrə mükafatlandırma bu müsabiqə elanının “Müsabiqənin istiqamətləri” adlı II bölümündə göstərilmiş hər istiqamət üzrə ayrılıqda aparılacaqdır.

 

4 istiqamət üzrə:

I yer – 4 nəfər - 2000 manat (hər biri)

II yer - 4 nəfər - 1500 manat (hər biri)

 

III yer - 4 nəfər - 1000 manat (hər biri)

Həvəsləndirici mükafat – 10 nəfər – 200 manat (hər biri)

 

Müsabiqəyə 9 avqust 2019-cu il tarixindən 10 sentyabr 2019-cu il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar, həmçinin telekanallarda efirə verilmiş video-materiallar, radiolarda səsləndirilmiş audio-materiallar buraxılacaq. Materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 9 avqust 2019-cu il tarixdən 10 sentyabr 2019-cu il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək. Qalib və mükafatçıların adları 2019-cu il sentyabr ayının 20-dək açıqlanacaq.

Müsabiqə ilə bağlı ətraflı məlumat Mətbuat Şurasının presscouncil.az internet ünvanında yerləşdirilib.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi