Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ənənəvi yay düşərgəsi təşkil edilib

16:47 08-08-2019 | icon 468 | Cəmiyyət
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ənənəvi yay düşərgəsi təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət üzrə sifarişi əsasında Ağcabədi rayonunda fəaliyyət göstərən günərzi qayğı mərkəzi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ənənəvi yay düşərgəsi təşkil olunub.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, mərkəzin xidmətlərindən istifadə edən 30 uşaq Qəbələ rayonunda təşkil edilmiş yay düşərgəsində istirahət ediblər. İstirahət müddətində uşaqlar üçün Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzinə, habelə “Qəbələnd” əyləncə və istirahət mərkəzinə, Nohur gölə səyahətlər, əyləncəli və inkişafetdirici oyunlar da təşkil olunub.

 

Ağcabədi rayonundakı günərzi qayğı mərkəzi uşaqların inkişafı, yerli icma səviyyəsində sosial uyğunlaşma və inteqrasiya hüquqlarının təmin edilməsi, çətin həyat şəraitində olan ailələrə və uşaqlara dəstək verilməsi, həmin uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədilə yaradılıb. Burada uşaqların fərdi ehtiyaclarına və bacarıqlarına uyğunlaşdırılmış kompleks sosial xidmətlər göstərilir. Mərkəzdə məktəbəqədər (3-6 yaş arası) və məktəb yaşlı (7-12 yaş arası ) uşaqlardan ibarət iki qrup üzrə ümumilikdə 30 uşağa xidmət göstərilir. Onlardan 30%-i sağlamlıq imkanları məhdud uşaqlardır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı