Azərbaycan daha böyük aprel savaşı astanasında

10:31 09-08-2019 | icon 813 | Gündəm
Azərbaycan daha böyük aprel savaşı astanasında

Antiterror əməliyyatı hər an başlaya bilər; tanınmış siyasi və hərbi ekspertlərdən ilginc rəy və gözləntilər...  

Azərbaycanın 2016-cı ilin aprelindəki savaşı təkrar etməsi üçün son zamanlar edilən çağırışlar artıb. Xüsusilə erməni baş nazir Nikol Paşinyanın günlər öncəki açıqlamaları bu məsələni bir daha gündəmə gətirib. Ekspertlər də hesab edirlər ki, Azərbaycanın başqa seçim yolu qalmayıb. Paşinyana dərs verməyin yeganə yolunun müharibə olduğu qeyd edilir. Buna gücümüzün yetdiyi də vurğulanır. 

Versus.Az “Müsavat”a istinadən xəbər verir ki, polkovnik Şair Ramaldanov aprel hadisələrini təkrar etməməliyik deyib: “Azərbaycan qərarlı olaraq öz torpaqlarını azad etməlidir. Bunun üçün ölkəmizin gücü də var. Azərbaycan məhz bunun üçün 27 ildir silahlanır. 10 ilə yaxındır ki, Azərbaycan Ermənistanın büdcəsi qədər ordusunun silahlanmasına büdcədən pul ayırıb. Bu pullardan da ordumuzun dünyanın güclü orduları sırasında olması üçün istifadə olunur. Artıq bu gün Azərbaycan 50 ən güclü ordular sırasındadır. Ermənistan 92-ci yerdədir. Azərbaycan iki dəfə bu statiskada düşməni üstələyir. Paşinyan açıq şəkildə belə fikirlər səsləndirirsə, bu ölkəmizə imkan verir ki, qərar qəbul edib antiterror əməliyyatları başlayıb torpaqlarını azad etsin. Bunu ən sadə Azərbaycan vətəndaşı da anlayır. Hələlik bu istiqamətdə qərar qəbul olunmamasına gəlincə, demək elə şeylər var ki, biz bilmirik. Cənab prezident Dağlıq Qarabağla bağlı mövqeyini dəfələrlə ortaya qoyub. Sitat formasında desək, biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Nə yolla olursa-olsun, biz torpaqlarımızı azad edəcəyik. Paşinyan bu cür münasibəti və bəyanatı ilə Azərbaycan üçün başqa bir yol buraxmır. Bu gün Azərbaycan seçim durumundadır. Müdafiə nazirimiz dəfələrlə bildirib ki, Ali Baş Komandanın hər hansı bir tapşırığını yerinə yetirməyə hazırıq. Paşinyan populizmlə məşğul olan adamdır. Onda ciddi bir mövqeyin olmadığının dəfələrlə şahidi olmuşuq. Bu gün belə deyib, sabah çıxıb deyər ki, mən o formada demədim. O, siyasətçi deyil. Küçə hərəkətləri ilə gəlib hökumət rəhbəri olub. Bu hərəkət onu bu gün də idarə edir.

Polkovnik Şair Ramaldanov ile ilgili görsel sonucu

Biz onun son bəyanatını eşitdik. Bizim üçün artıq bu yetərlidir. İndiyə qədər müdafiə naziri, XİN rəhbəri və digər şəxslərin fonunda açıqlamalara rast gəlirdik. Açığı, o qədər də ciddi qəbul etmirdik. Çünki düşünürdük ki, birinci şəxs var. Amma indi birinci şəxs onlardan daha sərt fikirlər səsləndirdi. Beynəlxalq aləmdə vəziyyət elədir ki, bütün məsələlər götür-qoy olunmalıdır. Burada çox diqqətli olmaq lazımdır. Dağlıq Qarabağ problemində Rusiya və ABŞ-ın maraqları toqquşur. Bu gün ssenari hansı formada olsa da, cərəyan edə bilər. Azərbaycan qısa zamanda öz torpaqlarını azad etməyi bacarmalıdır. Çünki ola biləcək təsirləri nəzərə almalıyıq ki, uzunmüddətli zamanımız yoxdur. Bütün riskləri götür-qoy edib, bu riskləri minimuma endirib Azərbaycan öz mövqeyini bildirməlidir. Paşinyanın bu sözlərini geri götürməsi üçün beynəlxalq aləm qarşısında tələb qoymalıyıq. Tələb yerinə yetirilməsə, sərt şəkildə bəyan etməliyik ki, bütün danışıqlardan çıxırıq. Mövqe dəyişməyənə qədər güc yolu ilə torpaqlarımızı azad edəcəyik mesajını verməliyik”.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Nikol Paşinyan ”Qarabağ Ermənistandır" deməklə əslində Azərbaycanın Qarabağ davasında haqlı olduğunu beynəlxalq aləmə göstərdi. Çünki illərdir beynəlxalq aləmi başa salmağa çalışırdıq ki, Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır, separatçılar təkbaşına torpaqlarımızı işğal edə bilməzdilər, buna gücləri çatmazdı. Paşinyan son açıqlaması ilə dediklərimizi təsdiq etdi. Digər tərəfdən, Paşinyan açıqlaması ilə Azərbaycanın diplomatik və hərbi meydanda manevr imkanlarını genişləndirdi. İndi əsas məsələ yaranan imkandan faydalanmaqdır. Onu da nəzərə almalıyıq ki, Paşinyanın populist açıqlamaları Ermənistanda və Dağlıq Qarabağda da sükutla qarşılanıb. Çünki onlar da anlayırlar ki, onun düşünülməmiş açıqlamaları həm Ermənistana, həm də Dağlıq Qarabağdakı separatçılara baha başa gələ bilər. Əlbəttə, belə vəziyyətdə Azərbaycan ictimaiyyəti və geniş siyasi spektri işğalçını hərbi yolla cəzalandırmağı tələb etməkdə haqlıdır. Hətta hakimiyyət içindən və Yeni Azərbaycan Partiyasına üzv olan millət vəkillərindən də haqlı olaraq eyni səslər eşidilir. İşğalçıya qarşı hərbi əməliyyata başlamaq üçün siyasi qərar verilməlidir. Bu qərar böyük məsuliyyət tələb edir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda indiyə qədərki bütün hakimiyyətlər Qarabağa görə iqtidarlarını itiriblər. SSRİ dövründə Əbdülrəhman Vəzirov Qarabağdakı separatizmdən doğan nəticələrdən ölkəni tərk etdi, eləcə də Ayaz Mütəllibov hakimiyyətini eyni məsələyə görə itirdi. Əbülfəz Elçibəyin hakimiyyətə gəldiyi ilk aylarda Azərbaycan ordusu uğurlu hərbi əməliyyatlar həyata keçirdi, Xankəndinə yaxınlaşdıq. Ancaq hakimiyyət içində olan xaos, üstəgəl, xarici qüvvələrin desktuktiv addımları ordumuzun qazandığı uğurların üstündən xətt çəkdi və nəticədə Elçibəy də faktiki Qarabağ uğursuzluqlarına görə hakimiyyətini itirdi. Çünki Surət Hüseynov fenomeni də Qarabağdakı hadisələr fonunda ortaya çıxmışdı. Prezident İlham Əliyev bu tarixi gerçəkliyi nəzərə almaya bilməz. Azərbaycanın Ermənistan üzərində qələbəsini və torpaqlarını azad etməsini istəməyən Rusiya amili var. Bu çox ciddi maneədir. Məhz bu amil 1990-cı illərin əvvəllərində ordumuzun Xankəndinə daxil olmasını əngəllədi. Surət Hüseynov da bu amilin doğurduğu nəticə idi. Məhz bu amil 2016-cı ilin aprelində hücum əməliyyatımızın genişlənməsinə və daha çox ərazimizin azad olunmasına əngəl oldu. Bütün bunları görə-görə gəlmişik. Rusiyanın Azərbaycan daxilindəki “5-ci kolonu”nu da unutmamaq lazımdır. Həmin kolonun nümayəndələri üçün müqəddəs heç nə yoxdur, onlar şimaldakı ağalarının əmrini yerinə yetirmək üçün vətənlərini də satmağa hazırdırlar, necə ki, onların babaları 1920-ci ildə Cümhuriyyətimizi bolşevik ordusuna satmışdılar. Üstündən 100 il keçsə də, vətənini düşmənimizin müttəfiqinə satmaq istəyənlər yox olmayıb. Bu amil də müharibəyə başlamaq məqsədilə düyməyə basmağa mane olur. Çünki içəridən istənilən təxribata əl ata bilərlər. Müharibəyə başlamaq üçün arxa cəbhəmizdən tam əmin olmalıyıq, əmin olmalıyıq ki, hücum planımız Moskvanın və oradan da İrəvanın masası üzərində peyda olmayacaq. Buna əmin olandan sonra müharibəyə başlamaq olar. Ancaq buna qədər lokal əməliyyatlarla aprel uğurumuzu genişləndirə bilərik, üstəgəl, snayperlərimiz də düşmənin itkilərini artırmalıdır".

Ramil Məmmədli ile ilgili görsel sonucu

Hərbi sənaye üzrə konsultant Ramil Məmmədli Azərbaycanın müharibə aparmaq üçün hərtərəfli gücünün  olduğunu söylədi: “İndi dünyada və regionda şərtlər və tələblər dəyişib. Əlbəttə, bu haqsızlıq və cinayətdir ki, Azərbaycan illərdir öz ərazisinin işğal faktını aradan qaldıra bilmir. Lakin biz dünyada gedən proseslərin tərkib hissəsi olduğumuzdan kəskin qərar verə bilmərik. Dünyanın super gücləri də bilir ki, ərazilərin işğaldan azad edilməsi üçün Azərbaycanın gücü var. Hətta o da bəllidir ki, bu müharibədə Ermənistan dövlətinin mövcudluğu da şübhə altına alına bilər. Amma vəziyyət buna imkan vermir. Açıq desək, Rusiya öz sərhədində müttəfiq ölkələr arasında müharibə olmasına qarşıdır. Həmçinin bu müharibənin qarşısının alınması üçün öz rıçaqlarından da istifadə edir. Məhz bu kimi amillər işğal olunan ərazilərimizin azad edilməsinə mane olur və separatçıların mövqeyini gücləndirir. O ki qaldı Paşinyan və Ermənistandakı hökumət nümayəndələrinin Qarabağla bağlı açıqlamalarına, bu, ”sahibinə güvənən itin hürməsi" kimi bir şeydir. Ərazilərimizin işğaldan azad edilməsi üçün silahlı qüvvələrimiz və hərbi sənaye sektorunda bütün lazımi tədbirlər görülüb. Yəni həm ordu, həm də arxa cəbhə müharibənin qələbə ilə sona çatdırılmasına hazırdır. Bu, siyasi qərara bağlıdır və dövlət təhlükəsizliyimiz ən vacib məsələdir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...