"Prezident hakimiyyətdən gedəndən sonra təhlükəsizliyi təhdid altında olacaqsa..."

12:54 09-08-2019 | icon 562 | Siyasət
"Prezident hakimiyyətdən gedəndən sonra təhlükəsizliyi təhdid altında olacaqsa..."

“Qırğızıstanda könüllü olaraq hakimiyyəti təhvil vermiş keçmiş prezident Almazbek Atambayevə qarşı hakimiyyətin atdığı addım qəbuledilməzdir. Bu, həm də bütün post-sovet məkanı üçün çox pis nümunədir. Belə çıxır ki, könüllü get, zorla get, səni yenə məhşər ayağına çəkəcəklər. Belə çıxır ki, sabiq Ukrayna prezidenti Petro Poroşenko da yanlış addım atıb hakimiyyətdən gedib. Gərək nəyin bahasına olursa-olsun, hakimiyyəti əlindən verməyəydi. O zaman da söyüləcəkdi ki, diktatordur, başkəsəndir, qanunları ayaq altına atıb əzəndir".

 

Versus.Az xəbər verir ki, bunu sosial mediada AXCP sədri Razi Nurullayev Qırğızıstandakı hadisələrə münasibət bildirərkən deyib. 

 

Partiya sədri əlavə edib ki, əgər bir prezident hakimiyyətdən gedəndən sonra təhlükəsizliyi təhdid altında olacaqsa, heç kim hakimiyyətdən getmək istəməz:

 

"Demokratik cəmiyyəti qısa müddətdə qurmaq olmur. Gürcüstan pis-yaxşı demokratiya qura bilib, amma onu quranı didərgin salıblar. Nə qədər azad cəmiyyət yarada bilsələr də, demokratiyanı, dözümlülüyü və dövlətçiliyi tam bərqərar edə bilməyiblər. Bu, Azərbaycana da aiddir. Həm də ciddi şəkildə. Əgər qisasçılıq, qana-qan, dişə-diş düşüncəsi ilə siyasət aparacağıqsa, hakimiyyət daha da sərtləşəcək və iqtidarının ömrünü uzatmaq üçün hər cür addımlar atmağa məcbur olacaq".

 

R.Nurullayev vurğulayıb ki, Qırğızıstanda, Ukraynada, Gürcüstanda, bədnam və işğalçı Ermənistanda baş verən siyasi proseslər digər ölkələr üçün doğru nümunələr yaratmır:

 

"Çox ağır dövləti cinayətlər törədən prezidentlər məsuliyyətə cəlb edilə bilər. Qısasçılıq və neytrallaşdırmaq məqsədi ilə edilən hücumlar yolverilməz və ziyanlıdır".

 

Partiya sədri hesab edir ki, Qırğızıstanda baş verən hadisələr, sabiq prezident Atambayevin toxunulmazlıq statusunun ləğvi ölkəni çox geri atacaq və pis-yaxşı yaratdıqları azad cəmiyyəti və demokratiyanı süpürüb atmaq gücündədir:

 

"Sabiq prezident Roza Otunbayevadan başqa bütün keçmiş prezidentlər təqib olunur və vətəndən didərgin salınıblar. Bu yolverilməzdir”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı