Yaponiyadan Rusiyanı hiddətləndirəcək addım: Kuril adları olimpiya xəritəsinə daxil edildi

15:25 09-08-2019 | icon 477 | Dünya
Yaponiyadan Rusiyanı hiddətləndirəcək addım: Kuril adları olimpiya xəritəsinə daxil edildi

Yaponiyanın paytaxtı Tokio şəhərində 2020-ci ilin yayında keçiriləcək Olimpiya oyunları öncəsində təşkilatçılar Ruisyanın qəzəbinə səbəb olan addım atıblar.

 

Belə ki, Yay olimpiya oyunlarının rəsmi xəritəsinə hazırda Rusiyanın yurisdiksiyasında olan, mübahisəli Cənubi Kuril adaları da daxil edilib.

 

Olimpiya məşəlini keçəcəyi marşrutda İturup, Hunaşir, Şikotan, habelə Hibomai adalar qrupu Hokkaydo prefekturasının tərkibində göstərilib.

 

Rəsmi internet səhifəsində Məşəlin keçid estafetinin baş tutacağı yaşayış məntəqələrinə göz yetirildiyi zaman konkret prefekturanın üzərinə basaraq onlar haqqında məlumat almaq olur.

 

Məşhur Fukusima vulkanından başlayaraq yola çıxacaq olimpiya məşəlini 2020-ci ilin 14 və 15 iyununda qəbul edəcək olan Hokkaydo adasında Cənubi Kuril adaları qeyri-aktiv vəziyyətdə göstərilsə də, Rusiyanın Kunaşir adası Yaponiyanın ərazisi kimi təqdim edilir.



Официальный сайт Олимпийских игр — 2020 в Токио

Rusiyanın rəsmi məqamları hələ ki, situasiyaya rəsmi reaksiya göstərməyiblər.

Lakin parlamentin yuxarı palatası sayılan Federasiya Şurasının Beynəlxalq əlaqələr üzrə komitəsinin sədr müavini Andrey Klimovun fikrincə, Yaponiyaya rəsmi etiraz notası göndərilməlidir. Onun sözlərinə görə, rəsmi Tokionun siyasi isteblişmenti bu cür addımlarla ölkə əhalisinə özünü göstərməyə çalışır.

Olimpiya çempionu və Dövlət Dumasının depuatı Svetlana Jurova da mübahisəli adaların Yaponiyanın tərkib hissəsində göstərilməsini təxribat adlandıraraq yapon təşkilatçıların hərəkətlərinə diqqət yetirilməsinin vacib olduğunu vurğulayıb.

“Bu hadisə artıq sırf idman münsaibətlərdinən çıxıb diplomatik sahəyə girir. Dövlət məsələ ilə bağlı tədbirlər görməlidir”,-deyə Svetlana Jurova qeyd edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı