Rusiyada artilleriya anbarının yaxınlığında yenidən partlayış olub


Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərində artilleriya anbarı yaxınlığında partlayış baş verib.
Versus-Az-ın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 5 nəfər xəsarət alıb.
Kamenka yaşayış məntəqəsindən 500 metr uzaqlıqda qatarın hərəkəti zamanı partlayış olub və qatarın şüşələri sınıb. Xəsarət alan 5 nəfərdən 4-ü xəstəxanaya yerləşdirilib. Travma alan və şüşə parçalarının yaraladığı həmin şəxslərin durumu orta ağırdır.
Qeyd edək ki, avqustun 5-də Krasnoyarsk diyarının Açinsk şəhərində hərbi hissənin ərazisində partlayışla müşayiət olunan yanğın baş verib. Partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Anbarın yaxınlığında yerləşən yaşayış məntəqələrinin sakinlərinin təxliyəsinə qərar verilib.
Versus.Az

Xəbər lenti

“Həyəcan” düyməsi
Dövlət ümumi təhsil müəssisələrində...
ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb
Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib
"Mənim münaqişələri birdəfəlik həll etməklə bağlı sehrli formulum yoxdur"
"Yuxarı vəzifələrdə işləmək üçün müraciət edənlərin sayı azdır"
Sabah ölkə üzrə bir gündə 650 min ağac əkiləcək
"Xaricdə erməni diasporasının güclü olması şişirdilmiş məsələdir"
BSU-da “Abdulla Şaiq bizim mənəvi irsimizdir” mövzusunda dəyirmi masa keçirilib
Ali məktəblərə qəbul imtahanlarının tarixi dəyişə bilər?
Gürcüstandakı azərbaycanlıların problemlərinin həllinə başlanılıb
BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi ilə görüş keçirilib
Kirayə mənzildə vəziyyətləri pisləşən tələbələrlə bağlı RƏSMİ
Balakəndə mənşəyi məlum olmayan heyvan əti satan şəxs saxlanılıb
2020-ci ilin rəngi
Azyaşlıya qarşı soyğunçuluq edən şəxslər saxlanıldı
"ATƏT zamanın sınağından uğurla keçib"
İrəli
