Partiya sədrindən təsəlliverici bayram təbriki
AXCP sədri Razi Nurullayev Azərbaycan xalqını QURBAN BAYRAMI münasibətilə təbrik edib.
Versus.Az xəbər verir ki, təbrikdə deyilir:
"Əziz həmvətənlər!
Qurban bayramınızı təbrik edir və uca Allahdan kəsdiyiniz qurbanların qəbul edilməsini arzu edirəm. Qoy ülvi və səmimi niyyətləriniz Yaradanın dərgahında qəbul olunsun. Arzu edirəm ki, üzünüz daima gülsün, süfrənizdən bərəkət əskik olmasın.
Ölkəmiz varlı, pullu və cah-cəlallı olsa da hələ də əhalinin kifayət qədər hissəsi ağır sosial durumda yaşayır və sabaha da ümidi azdır.
Buna baxmayaraq, əhvalınızı pozmayın və ümidlə yaşayın. Siz istəyin və ümidinizi bir gün də itirməyin ki, uca Yaradan niyyətlərinizi qəbul etsin.
Optimist olun, inanın ki, arzu etdiyimiz Azərbaycan qurulacaq, sosial dövlət yaradılacaq və qanunlar hər kəs üçün bərabər tətbiq ediləcək. Biz öz növbəmizdə bunun üçün var gücümüzlə çalışırıq.
Bayramınız mübarək!"
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"