Avstriya Azərbaycanlıları Cəmiyyəti Qurban bayramı ilə əlaqədar olaraq 100 ailəni sevindirdi

11:38 12-08-2019 | icon 457 | Siyasət
Avstriya Azərbaycanlıları Cəmiyyəti Qurban bayramı ilə əlaqədar olaraq 100 ailəni sevindirdi

Avstriya Azərbaycanlıları Cəmiyyəti (AAC) Qurban bayramı günündə 100 imkansız ailəni sevindirib.

Cəmiyyətdən Versus.Az-a verilən məlumata görə, AAC-in sədri Fərid Əzizovun verdiyi məlumata görə, hər il olduğu kimi bu il də cəmiyyətin daxili imkanları hesabına qurbanlıq qoyunlar alınaraq kəsilib və ölkənin Salzburq şəhərində məskunlaşan imkansız ailələrə paylanılıb:

"Bu dəfə 10 qoyun alıb kəsdik və Suriyadan, Əfqanıstandan köçkün düşüb Salzburqda düşərgələrdə məskunlaşan ailələrə paylanılıb".


F.Əzizov onu da qeyd edib ki, qurban payları onun rəhbərliyi və iştirakı ilə cəmiyyətin əməkdaşları tərəfindən qaçqın düşərgələrinə aparılıb və oradaca imkansızlara paylanılıb:

"Bu xeyirxah missiyanı hər il dövlətimizin adından edirik. Yaxın və Orta Şərq ölkələrində müharibənin ağrılarını yaşayıb didərgin düşərək Avstriyada məskunlaşan yüzlərlə ailəni sevindiririk. 100 ailənin hər birində azı 7-8 nəfərin olduğunu nəzərə alsaq, bu 700-800 insan edir. Biz nə ediriksə, dövlətimizin adından edirik və bu kimi xeyirxahlıq əməllərimizlə Azərbaycanın dünyada sülhsevər, humanist dövlət olduğunu bir daha sübut edirik".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı