Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırır

11:41 12-08-2019 | icon 354 | Siyasət
Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırır

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılır.

 

Versus.Az xəbər verir ki, ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək hər bir ailə üçün ayrı-ayrılıqda qablaşdırılıb. Heydər Əliyev Fondunun əməkdaşları və Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri respublika üzrə ünvanlı sosial yardım alan, eləcə də aztəminatlı ailələlərə bayram sovqatları çatdırıb. Bayram sovqatlarının paylanılması avqustun 13-dək davam edəcək. Ümumilikdə 70 minə yaxın ailənin bayramı təbrik edilərək onlara Qurban bayramı münasibəti ilə qurban payları çatdırılacaq.

 

Qeyd edək ki, Heydər Əliyev Fondunun nümayəndələri mütəmadi olaraq müxtəlif bayramlarda aztəminatlı ailələrə baş çəkərək onlara Fondun adından sovqatlar təqdim edir.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə aztəminatlı ailələr üzrə dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı