31 Mart soyqırımının 100 illiyi ilə bağlı poçt markası

09:37 30-03-2018 | icon 731 | Gündəm
31 Mart soyqırımının 100 illiyi ilə bağlı poçt markası

İsveçrədə 31 Mart - Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü ilə bağlı poçt markası buraxılıb.

 

Versus.az xəbər verir ki, bu barədə razılaşma səfirliklə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“ AG) arasında əldə edilib.

 

Soyqırımın 100-cü ildönümünə həsr olunmuş həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və səfirlik tərəfindən istifadə ediləcək. Eyni zamanda, ölkəmizin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinə və SOCAR-ın İsveçrədəki nümayəndəliyinə, eləcə də başqa maraqlı tərəflərə göndəriləcək.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 19 yanvar 2018-ci il tarixli 3587 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olan, 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar barədə İsveçrə ictimaiyyətinin məlumatlandırılması və hadisələrə müvafiq siyasi-hüquqi qiymətin verilməsini istiqamətində Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən il ərzində müxtəlif tədbirlər keçiriləcəkdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol