Baş redaktor Prezidentə açıq məktubla müraciət etdi

10:57 13-08-2019 | icon 131 | KİV
Baş redaktor Prezidentə açıq məktubla müraciət etdi

2020-ci il Azərbaycanda “Jurnalist ili” elan edilsin - Təkliflər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Hörmətli cənab Prezident!

Öncəliklə bildirməliyəm ki, Ümumilli Liderimiz Heydər Əliyev və Ulu Öndərimizn siyasi kursunun layiqli davamçısı kimi Sizin tərəfinizdən Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin əsas istiqamətlərindən biri kimi ölkəmizdə fikir, söz və məlumat azadlığının təmin olunması, eləcə də müstəqil medianın formalaşdırılması və milli mətbuatın inkişafı üçün hər cür şərait yaradılıb. Bunun bariz nümunəsi kimi respublikamızda mükəmməl qanunvericilik bazasının yaradılmasını və şəffaf hüquqi mühitin formalaşdırılmasını qeyd edə bilərik. Belə ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda müvafiq normalar təsbit olunub, Ümummilli Liderimiz Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə ölkəmizdə senzura ləğv edilib, KİV azadlığının təmin olunması üçün qanunvericilik bazası təkmilləşdirilib və beynəlxalq standartlara uyğunlaşdırılıb. Bunlardan əlavə, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün çoxsaylı praktiki addımlar atılıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə ayrılan maliyyə vəsaiti isə dövlətin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Respublikamızda jurnalistlərin mənzil-məişət şəraitinin və sosial vəziyyətinin yaxşılaşdırılması üçün 411 mətbuat nümayəndəsinə təmənnasız mənzilin hədiyyə edilməsi də dünyada analoqu olmayan təqdirəlayiq addımdır.


Ulu Öndərimizin siyasi xəttinə sadiq qalaraq Siz həm ölkəmizdə fikir, söz, ifadə və məlumat azadlığının təmin edilməsi istiqamətində davamlı addımlar atırsınız, söz və fikir azadlığına, bu sahədə yaranan problemlərin həllinə daim xüsusi diqqət və qayğı göstərirsiniz, müstəqil medianın inkişafı üçün əlindən gələni əsirgəmirsiniz, həm də plüralizm ənənələrini inkişaf etdirirsiniz. Məhz bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycanda yüzlərcə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərir və onlar cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar.

Hörmətli cənab Prezident!

Mətbuatın inkişafı ilə bağlı gördüyünüz işlər barədə nə qədər çox yazılsa da, yenə də azdır. Ancaq bununla uzun zamandır KİV-lərin və media nümayəndələrinin üzləşdikləri çoxsaylı problemlər var ki, onlar yalnız dövlət səviyyəsində öz həllini tapa bilər. Bu baxımdan da kompleks tədbirlərin görülməsi üçün 2020-ci ilin Azərbaycanda “Jurnalist ili” elan edilməsinin məqsədəuyğun olduğunu hesab edirəm. Çünki növbəti il ölkə tarixində yeni səhifələrin açılması ilə yadda qalacaq. Belə ki, 2020-ci ildə Azərbaycan mətbuatının 145-ci ildönümü tamam olacaq, jurnalistlər üçün inşa edilən 3-cü yaşayış kompleksinin açılış mərasimi keçiriləcək, 255 mətbuat işçisinə mənzillər hədiyyə ediləcək, bəzi media nümayəndələri “Tərəqqi” medalı, “Əməkdar jurnalist” və fəxri diplomlarla təltif ediləcək. Çoxsaylı KİV-lər dövlətin maliyyə resurslarından yayarlana biləcək və sair. Təbii ki, bu qədər əlamətdar hadisələrin baş verəcəyi bir ilin “Jurnalist ili” elan olunması, eyni zamanda jurnalistlərin və mediamızın çoxsaylı problemlərinin kompleks həlli üçün tədbirlər planının hazırlanması və icra olunması 10 minlərcə media münayəndəsinin və və onların ailə üzvlərinin sevincinə, xoşbəxtliyinə səbəb olar.

Hörmətli cənab Prezident!

Sizə problemlər və onların həlli üçün təkliflərimi yazıram.


1. Mətbuat nümayəndələrinin ən agrılı problemlərindən biri də kredit, yardım və güzəştlərlə bağlıdır. Maaşların azlığı, əmək müqavilələrinin olmaması və problemlərin çoxluğu üzündən əksər KİV nümayəndələri banklardan kredit götürə bilmirlər. Kredit götürməyi bacaranlar isə onları qaytarmaqda çox çətinlik çəkirlər. Əgər bu gün mətbuat işçiləri özlərinin sosial-iqtisadi problemlərini necə həll edəcəkləri, ailələrini necə dolandıracaqları, kirayə haqlarını necə ödəyəcəkləri, xeyir və şər işlərini necə yola verəcəkləri və sair barədə düşünürlərsə, onda peşəkar jurnalistikadan və jurnalistlərin peşəkar yazılar ortaya qoya biləcəklərindən danışmağa dəyməz. Ona görə də təklif edirəm ki, Azərbaycan Respublikasının Prezidenti yanında Jurnalistlərə Yardım Fondu yaradılsın. Və bu fond jurnalistlərə maddi dəstəyin göstərilməsi, kreditlərin verilməsi və sair məsələlərlə birbaşa məşğul olsun. Adıçəkilən fond dünyasını dəyişən jurnalistlərin ailələrinə müvəqqəti, yaxud, daimi maliyyə yardımlarının kompensasiya şəklində ödənilməsində öz köməkliyini göstərsin.

2. Həm sosial-iqtisadi problemlərin çoxluğu, həm də mətbuat işinin çox ağır, aqressiv və zəhmət tələb edən bir iş olması üzündən media nümayəndələri arasında əsəb-sinir, ürək-damar və sair xəstəliklərdən əziyyət çəkənlər çoxdur. Hətta məlum xəstəliklərdən dünyasını dəyişən jurnalistlərimiz də olub. Ona görə də media nümayəndələrinin psixoloji durumlarının stabil və normal vəziyyətdə saxlanılması üçün iki təklifim var. Birincisi, Jurnalistlərin Sosial Psixoloji Reabilitasiya Mərkəzi yaradılmalı və bu mərkəzdə jurnalistlərin pulsuz psixoloji müayinəsi və güzəştlərlə müalicəsi aparılmalıdır.
İkinci təklifim isə budur ki, jurnalistlərin və onların ailə üzvlərinin digər xəstəliklər üzrə müayinəsi və müalicəsi üçün poliklinika tikilsin. Bu poliklinikada müayinə və müalicənin pulsuz, yaxud, güzəştlərlə, ya da xərclərin kredit yolu ilə qarşılanması reallaşdırılsın.

3. Azərbaycanda bəlkə də yeganə sahədir ki, media sahəsində uzun müddət fəaliyyət göstərmiş qocaman jurnalistlərimiz, mərhum mətbuat işçiləri, hazırki peşəkar qələm əhli barədə sanballı məlumat və fotoqalerayanın olduğu hər hansı bir mənbə, internet resursu və sair yoxdur. Ona görə də təklif edirəm ki, “Jurnalist Evi”, yaxud “Jurnalist Muzeyi” yaradılsın və orada istər mərhum, istər qocaman, istərsə də hazırda fəaliyyət göstərən jurnalistlərimiz, eləcə də Azərbaycan mətbuatının inkişafında xidmətləri olan yazılı və elektron KİV-lər ilə bağlı videomateriallar, yazılı məlumatlar, fotoqalareyalar və sair yerləşdirilsin. Azərbaycan mətbuatının inkişafında xidmətləri olan jurnalistlərin xatirələrinin əbədiləşdirilməsi məsələsinə də ciddi fikir vermək lazımdır. Bəzi mərhum jurnalistlərimiz bədii yaradıcılıqla məşğul olublar. Onların kitablarının dərci mərhum jurnalistlərin ailələri üçün bir təsəlli ola bilər. Digər mərhum jurnalistlərin həyatları və jurnalistlik fəaliyyətləri haqqında ailə üzvlərinin, iş yoldaşlarının, həmkarlarının fikirlərindən ibarət kitabçaların hazırlanması da cəmiyyətdə ölkə mediası haqqında yüksək və müsbət rəy formalaşdırar.

4. Son illərdə elektron internet resurslarında və yazılı mətbuatın elektron versiyalarında aparılan yenidənqurma, dizayn dəyişikliyi və sair nəticəsində əksər arxiv materialları itib. Bu, həm oxucuların, həm də jurnalistlərimizin müəyyən məsələlərlə bağlı məlumatlanmasında, biliklənməsində ciddi problemlər yaradır. Digər tərəfdən, M.F. Axundov adına Milli Kitabxanada bütün qəzetlərin arxivləri yoxdur. Ona görə də təklif edirəm ki, yazılı və elektron KİV-lərdə getmiş müsahibələrin, araşdırma yazılarının, reportajların və digər önəmli məlumatların vahid formada arxivləşdirilməsi və onlara əlçatanlığın asanlaşdırılması üçün Mərkəzi Məlumat Bankı yaradılsın.

5. Azərbaycan mətbuatında uzun illərdir yaşanan problemlər arasında jurnalistlərimizin hüquqularının kobud şəkildə pozulması da var. Belə ki, bəzən bəzi təsisçilər və baş redaktorlarla redaksiya əməkdaşları arasında problemlər və narazılıq yaranır, maaşlar və qonorarlar qanunsuz azaldılır, yaxud, işçilər heç bir kompensasiya ödənilmədən özbaşına işdən qovulur, yaxud, məcburən azad edilir. Bununla bağlı müvafiq qurumlara ünvanlanmış şifahi, yaxud, yazılı sorğuya cavab olaraq bildirilir ki, bu məsələ redaksiyanın daxili işi olduğu üçün baş redaktorun və ya təsisçinin səlahiyyətlərinə müdaxilə etmək qeyri-mümkündür. Digər tərəfdən, fəxri ad almaq üçün redaksiyalarda mübarizənin ciddiləşməsi də ciddi problemlərdən biridir. Söhbət ondan gedir ki, bəzi baş redaktorlar öz əməkdaşlarının hüquqlarını kobud şəkildə pozmaqla onların deyil, özlərinin fəxri ad alması üçün çalışırlar. Yəni, bəzi jurnalistlərin “Əməkdar jurnalist”, “Tərəqqi” medalı və sair almaq üçün iş təcrübələri, stajları, mətbuatın inkişafındakı xidmətləri və ictimaiyyətdəki nüfuzları kifayət edir. Ancaq bəzi baş redaktorlar həmin jurnalistlərə təqdimat vermək istəmirlər. Onlar çalışırlar ki, ilkin mərhələdə özləri fəxri ada layiq görülsünlər. Yaxud, “Tərəqqi” medalı almış baş redaktor öz əməkdaşının “Əməkdar jurnalist” fəxri adına layiq görülməsi üçün təqdimat yazmır. Jurnalistlərin hüquqlarının kobud şəkildə pozulması ilə bağlı faktları sadalamaqla bitməz. Ona görə də təklif edirəm ki, sözügedən hüquqi problemlərin həlli, eləcə də KİV-lərdə və sosial şəbəkələrdə mövcud olan narazılıqlara son qoyulması üçün 2020-ci ildə Azərbaycan İnformasiya Ombudsmanı, yaxud, Azərbaycan Respublikasının Prezidenti yanında İnformasiya və Media Müfəttişliyi yaradılsın.

6. Media sahəsində işləmək istəyən yeni jurnalistlərin məqalələrinin, informasiyalarının və onların digər zehni məlumatlarının çap olunması və yayılması üçün yeni bir yazılı, yaxud, elektron KİV açılsın. Gənc jurnalistlərin peşəkarlaşması üçün peşəkar jurnalistlərdən və media sahəsində çalışan mütəxəssislərdən ibarət məsləhətçi qrupu yaradılsın. Və bu işlərə dövlət tərəfindən nəzarət həyata keçirilsin.

Hörmətli cənab Prezident!

Ümidvaram ki, Azərbaycan mətbuatının bütün dünyada analoqu olmayan mediaya çevrilməsi, mətbuatımızın daha da inkişafı, söz və məlumat azadlığının daimi sabitliyi üçün yuxarıda sadaladığım problemlərin həlli üçün irəli sürdüyüm təkliflərin reallaşdırılması dövlət səviyyəsində mümkün olacaq və bunun üçün 2020-ci ilin Azərbaycanda “Jurnalist ili” elan edilməsi əsas götürüləcək.

 

Təbriz Vəfalı

/Media və sosial sahə üzrə ekspert,

Azərbaycan İnformasiya Mərkəzinin direktoru,

azim.az internet portalının baş redaktoru/

Xəbər lenti

"QAFQAZ NEOLİTİ" təqdim edildi

Ekran əsərində Tovuz bölgəsində son 12 il ərzində aparılan arxeoloji qazıntıların nəticələri əks olunur

Şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

Strateji inkişaf yolunun başlanğıcı - “Əsrin müqaviləsi”

Azərbaycan erməni əsirləri Dilqəmlə Şahbaza dəyişməyi təklif etdi

Nasirəddin şah Qacarın “bığlı arvadları”

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

Buraxın İqbal Ağazadəni kütlənin ixtiyarına – qoy öldürsünlər!

"Bəs Əli Kərimli niyə susur?"

İncəsənət, şou-biznes, dəb aləmi və iş sferasında ən yaxşılar

Sloveniya gimnastı: "Milli Gimnastika Arenasında hər şey gözəldir"

“Şeytanın qidası” adlandırılan tərəvəz haqqında bilmədikləriniz – Zərəri və faydaları

Bəhruz Quliyev: ""SƏS" İnformasiya Agentliyi 11 il ərzində ətrafında oxucu ordusu cəmləyib"

"Söyüş mühacirəti"nin yalanlarından Almaniya da bezdi - "Politşou" təqdim edir - VİDEO

"Azərbaycanda elə ailələr var ki, sanki cəmiyyətdən təcrid olunublar"

Yediyimiz dönərlər... - Leş yığanlar əti 50 qəpiyə alır - VİDEO

“Xəstəlik artdıqca, oynaqlar daha az hərəkətli olur”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

Qəbrin nurla dolsun şəhidim...

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

"AXH bu gün müxalifətin aparıcı qüvvələrindən biridir”

"Bəs Əli Kərimli niyə susur?"

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

Mən sizə belə bir sirr açım...

Rəşid Hacılının paylaşımına REAKSİYA: 

ALDP bəyanat qəbul etdi - Video