Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı


Fuad Əliyev: “Mən də soruşuram: yalanı kim deyir?”
Xəbər verdiyimiz kimi, bir neçə gün bundan öncə Azərbaycan Xalq Hərəkatı (AXH) İdarə Heyətinin üzvü, Azərbaycan Liberal Demokrat Partiyasının(ALDP) sədri Fuad Əliyev "TV Müsavat"ın canlı efirinə qonaq olarkən müəyyən açıqlamalar verib.
Həmin açıqlamasında F.Əliyev bildirmişdi ki, AXH-nin digər qanadının üzvü olan Azadlıq Partiyasının rəhbəri Əhməd Oruc Moskvada iş adamları ilə görüşərək, 20 min dollar məbləğində vəsait əldə edib və bu vəsait AXH-nin təşkilatlanmasına sərf olunacaq. Həmin efirə canlı olaraq qatılan Ə.Oruc bu iddiaları rədd edib və onu səsləndirənlərin “qələt etdiyini” deyib.
F.Əliyev musavat.com-la əlaqə saxlayaraq, Ə.Orucun bu yalanının üzə çıxdığını deyib. Onun sözlərinə görə, Ə.Orucun Moskva səfərini inkar etməsinə baxmayaraq, bununla bağlı ortada ciddi faktlar var:
“Bir neçə gün bundan qabaq mən sizin efirdə deyəndə ki, Əhməd Oruc Moskvaya gedib və orda görüşlər keçirib və müəyyən miqdar pul da yığılıb, bu adam bunu inkar etdi və xoşagəlməz sözlər dedi. Mən də efirdə demişdim ki, Əhməd Oruc daha öncə də Prezident Aparatında olduğunu inkar etdi. Amma sonra etiraf etdi. Hətta proqnoz vermişdim ki, Əhməd Oruc bir ay sonra Moskvada olduğunu etiraf edəcək. Heç bu hadisədən bir ay da keçmədi. Əhməd Orucun avqustun 1-də Moskvada görüşlər keçirdiyi elə AzəriFreedomun efirindəki rolikdə öz əksini tapdı. Bəli, iyulun 31-də AzəriFreedom kanalında bununla bağlı elan da gedib ki, avqustun 1-də görüş keçiriləcək. Həmin o video kanalın hesabında yer alıb, hətta toplantıdan görüntülər də ortaya çıxıb”.
Yalanın ömrünün 40 gün olması məsələni yada salan F.Əliyev Ə.Orucun yalanının üzə çıxması üçün 40 gün gözləməyə ehtiyac qalmadığını dedi:
“Efirdən bu iddia müəllifi haqqında “qələt edir” kəlməsini və daha ağır sözləri işlədən Əhməd Orucun indi bu fakta necə aydınlıq gətirəcəyi mənim üçün sualdır. Özünü ciddi siyasətçi obrazında təqdim etməyə çalışan bu şəxsin yalanları davam etməkdədir. Mən də soruşuram: yalanı kim deyir?“
Xatırladaq ki, sözügedən videodakı elanda Ə.Orucun avqustun 1-də, saat 18.30-da Moskva şəhəri Vişnevaya küçəsi, ev 15 ünvanında görüş keçirəcəyi qeyd edilib.
Versus.Az

Xəbər lenti

BSU-da Xalq yazıçısı Anarla görüş keçirilib
BSU tərəfindən Anar haqqında hazırlanmış sənədli film nümayiş etdirilib
Növbədənkənar seçkiləri labüd edən məqamlar
"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"
Milli Məclisin adı dəyişdiriləcəkmi?
"Mənim ixtiyarım öz əlimdə deyil"
Abşeron sakinləri ağacəkmə kampaniyasında fəal iştirak edirlər
650 min ağacın əkilməsi şairin doğulduğu şəhərdən başlanıb
"YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək"
"Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq"
Əhalinin təbii artımı azalır
Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb
"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"
“Həyəcan” düyməsi
ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb
Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib
"Mənim münaqişələri birdəfəlik həll etməklə bağlı sehrli formulum yoxdur"
İrəli
