Honq Konq "etiraz iflic"ində: yüzlərlə yaralı 

10:36 14-08-2019 | icon 452 | Dünya
Honq Konq "etiraz iflic"ində: yüzlərlə yaralı 

Demokratiya tərəfdarı nümayişçilərin hava limanının əsas terminalını ələ keçirməsi səbəbilə Honq Konqun beynəlxalq hava limanındakı bütün uçuşlar çərşənbə axşamı artıq ikinci gündür təxirə salınıb.

 

Versus.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, hava limanı rəsmiləri bu qərarı etirazçılar sərnişinlərin uçuş qapılarına doğru getmələrinin qarşısını alandan, xalqa hava limanına gəlməmək məsləhəti verdikdən və bütün qeydiyyatlar dayandırılandan bir neçə dəqiqə sonra verib.

Haha limanında bir gün öncə də bənzər nümayiş səbəbilə yüzlərlə uçuş təxirə salınıb. Honq Konqu tərk etmək istəyən bəzi qəzəbli sərnişinlər çərşənbə axşamı nümayişçilərlə qarşıdurma yaşayıb.

Dünyanın ən məşğul hava limanlarından biri olan Honq Konq hava limanının bağlanması iki ay öncə başlayan küçə etirazlarının davamıdır. Nümayişçilər yolları bağlayıb, polisin dağılmaq çağırışına cavab vermədiyi üçün iğtişaş polisinin göz yaşardıcı qaz sıxması və öldürməyən güllə ilə etirazçılara atəş açması nətiəsində bazar ertəsi onlarla nümayişçi xəsarət alıb.

Birləşmiş Millətlər Təşkilatının insan haqları idarəsinin sədri Mişel Başelet bəyanat yayaraq Honq Konq rəsmilərini təmkinli olmağa və etirazçılara qarşı göz yaşardıcı qazdan istifadə hallarını araşdırmağa çağırıb.

Etiraz Honq Konqa şübhəli şəxsləri məhkəmə qarşısına çıxmaq üçün Çinə göndərməyə icazə verən qanun layihəsinin qarşısını almaq məqsədilə dinc etiraz olaraq başlayıb. İndi isə nümayişçilər növbəti liderlərini birbaşa olaraq azad və ədalətli seçki yolu isə seçmək hüququ və polis zorakılığı ilə bağlı müstəqil istintaq aparılmasını tələb edir.

Honq Konqun lideri Karri Lam çərşənbə axşamı mətbuat konfransı zamanı polisin əməllərini müdafiə edərək deyib ki, onlar çox çətin vəziyyətdə ani qərar verməli olublar. Lam bildirib ki, zorakılıq dayandırılandan və xaotik vəziyyət başa çatandan sonra o, etirazçılarının "tələblərini" dinləyəcək.

Pekin rəsmiləri etirazları "terrorizm" adlandırıb.

Honq Konqda demokratiya tərəfdarı etirazçılarla bağlı səbrinin belə görünür tükəndiyi Pekin rəsmiləri nümayişçilərə qarşı ritorikanı gücləndirərək, onların "terrorizm əlamərləri"ni nümayiş etdirməyə başladıqlarını bildirib.

Təhlilçilərin fikrincə, bu ritorika Britaniyanın keçmiş müstəmləkəsində yaranmış siyasi böhranı həll etməyəcək və yalnız gənc etirazçılar arasında qəzəbin daha da artmasına gətirib çıxaracaq.

Gənc insanları onlar özlərini azadlığı mübarizləri hesab etdiyi zaman terrorçu adlandırmaqla problem həll olunmayacaq.

Onların blidirdiyinə görə, hərbi müdaxilənin çox baha başa gələcəyini gözəl bilən Çin prezidenti Şi Tsinpinin səbrlə hadisələrin inkişafını izləyərək, 2014-ci ildə demokratiya hərəkatının baş qaldırdığı zaman istifadə etdiyi strategiyanı yenidən tətbiq edəcəyi gözlənilir.

"Gənc insanları onlar özlərini azadlığı mübarizləri hesab etdiyi zaman terrorçu adlandırmaqla problem həll olunmayacaq. Fikcimcə, bu, gənc insanları qəzəbləndirəcək" - deyə, Honq Konq Elm və Texnoligiya Unversitetində Çin-Translantik Əlaqələri Mərkəzinin direktoru Deyvid Zveyq bildirir.

"Bunun bir təsiri ola bilər ki, bəzi adamlar təqiblərin ola biləcəyini düşünə, bəziləri isə sabah getməmək qərarına gələ bilər", - o, əlavə edir.

Honq Konqda hökumət əleyhinə nümayişlər artıq 10-cu həftədir davam edir.

Çərşənbə axşamı günü minlərlə etirazçının artıq ikinci gündür beynəlxalq aeroporta toplaşması uçuşların təxirə salınmasına səbəb olub.

Bazar ertəsi günü Çinin Dövlət Şurasında Honq və Makau Əlaqələri üzrə idarənin sözçüsü Pekində Honq Konq mediasına şəhərdə vəziyyətin kritik duruma gəldiyini və onun sözlərilə, "zorakı cinayətin dəmir əllə" yatırılacağını bildirib.

O deyib ki, Honq Konqun radikal etirazçıları dəfələrlə polisə olduqca təhlükəli alətlərlə hücum edib və bununla ciddi zorakı cinayətlərə yol verib və terrorizm əlamətləri nümayiş etdirməyə başlayıb.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı