MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

11:58 15-08-2019 | icon 1748 | Köşə
MÜBARİZ MƏNSİMOVUN SUÇU 
 
 

xidmətləri sıfırdan yuxarı qalxmayanlar

 

 

İGİD TEYMURLU

 

Türk Dünyasının dəyərli aydınlarından olan SABİR RÜSTƏMXANLI düz deyir ki, "millətimiz bir-birinin başına döyəcləməklə qara durna taleyi yaşayır"...

 

Obyektiv tənqid cəmiyyəti inkişafa aparan amillərdəndir. Ama ağına, bozuna baxmadan kiminsə haqqında hətta ağlına gələni deyil, ağzına gələni yazmaq qətiyyən düzgün yanaşma deyil...

 

Bu baxımdan RAUF ARİFOĞLUnun qardaşı Azər Ayxanın (Raufun qardaşı olması Azəri jurnalist edib, publisistik bacarığı yox: Raufu da Rauf edən "hesabat xarakterli ötürülmüş məlumatlar"ı Arifoğlu imzasıyla çap etməsi və maraqlı çinovniklərin "danışan dili" olması olub.) da yazdıqları o qəbildəndir...

 

Mətbuata şəbəkələşməni, söyüş və QARĞIŞ janrını da gətirən Rauf Arifoğlu olub - həmin bu Azər Ayxanın qardaşı...

 

Bununla bağlı Müsavat Partiyası ilə AXCP-nin YURD qanadına rəhbərlik edən Əli Kərimli tərəfdarlarının timsalında "Yeni Müsavat" və "Azadlıq" qəzetinin o dönəmdəki yazılarına ötəri baxın, hər şeyi görəcəksiniz...

 

Bütün zamanlarda siyasi hakimiyyətlərə münasibətdə guya ki, radikal mövqedən çıxış edən mətbuatın qəlsəmələri arasında gizlənən infuzorlar olub. Məhz bu infuzorlar sonucda mətbuatın ölməsinə, nüfuzdan düşməsinə səbəb olub. Mən konkret olaraq siyasi hakimiyyətin Əliyevlər dönəmində mətbuatda bu rolu kimin oynamasını iddia edə bilmərəm. Ancaq özünü "radikal müxalifət" adlandıran Müsavat və AXCP-nin YURD qanadının nəzarəti altında olan mətbu şəbəkə özünü belə yük daşıyıcılığında daim avanqard kimi göstərməyə çalışıb...

 

Heydər Əliyev şəxsiyyətinə münasibətdə bu adamların bütün növ qərəz və iftiradan, bütün növ şər və böhtandan istifadə edərək dolayı yolla mövcud hakimiyyətə ayı xidməti göstərmələri apaydın ortalıqda idi. Həmin qüvvələrin bəslədikləri mətbu at da özünü öz örüşündə xoşbəxt sanır, sağa, sola çapıb bütün çəpərlər adlayıb keçirdi. Başqasının atı o çəpərləri keçəndə əhdi kəsilən atlar "güllələnirdi", amma bunların atına hələ bir sığal-tumar da çəkib "çəpərdən hoppananda buduna tikan batıb" deyə dörd bir yandan qeydinə qalırdılar.

 

Təbii ki, bütün bunlar kimlərisə gündəmdə saxlamağın qarşılığında idi. Axı mətbuatda antitəbliğat ən güclü təbliğat vasitələrindən biridir, əfəndilər... Dünən əleyhinə danışdığın (yumşaq formada deyirəm) adamı bu gün cəmiyyətə haqqın, həqiqətin carçısı, gözəllik mücəssəməsi kimi sırımağın adı nədir, Arifoğlu Rauf və onun balaca qardaşı Ayxan Azər? Sizin bu gün yüksək dəyər verdiklərinizə başqa mətbu nümunələr tam zamanında və indi də hörmətlə, sayğıyla yanaşmış, amma onda siz "padikallar" o kəsləri hakimiyyətə işləməkdə suçlayırdınız...

 

Budurmu Zərdabi prinsipləri!? "Sarı mətbuat"ın başında kim dayanırdı, əfəndilər? Dünən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə "balıq Hafiz" deyib siyasət adamı olmasını inkar edirdiniz, amma indi Hafiz Hacıyevə " bəy, orda oturma, burda otur" deyib, MMP qərargahına qızardılmış balıq iyinə gedirsiniz. Xeyir ola?..

 

Belə xarakterə malik insanların balacalarından biri olan Azər adlı Ayxan soyadlı "Yeni Müsavat"çının bu gün Azərbaycan dövlətçiliyi və millətçiliyi yolunda varını, dövlətini xərcləyən "Palmali" şirkətlər qrupunun rəhbəri MÜBARİZ MƏNSİMOVU "dələduz" adlandırması bir az gülməli və bir az da ağlamalı gəlir adama. Onda sizlərə nə ad qoyaq, ay uşaqlar?.. İndi sizlər guya Rəsulzadə sevən olmusunuz da, öyləmi?...

 

Azərbaycanda Rəsulzadənin ilk büstünü FELMAR ƏLƏKBƏRLİ ucaldıb - sovetlərin qan-qan deyən vaxtlarında. Sizlər o qədər zağarsınız ki, heç bir dəfə də olsun o büstü ziyarət etmədiniz və etmirsiniz də. Durub indi Rəsulzadənin adı verilmiş gəmiyə serenada oxuyursunuz...

 

Nə əcəb AXC-MÜSAVAT hakimiyyəti dönəmində Rəsulzadənin heykəli Bakının mərkəzində ucalmadı? Rəhim Qazıyevə istinad etsək ""QUŞ"un Isa Qəmbərə verdiyi 72 min manat hara getdi?"..

 

Nə əcəb Azər adlı bu oğlanın qardaşı Arifoğlu Rauf Rəsulzadə ilə bağlı gərəkən addımların atılması istiqamətində aidiyyatı instansiyalara müraciətdə bulunmur, yazı yazmır? Olmaya "hazır mətnlər"də bu məsələlərə toxunulmur!?.

 

Zamanında ermənidən büt yaradan Leyla Yunuslara səcdə edən sizlər deyilmidiniz? Ama hədəf seçdiyiniz Mübariz Mənsimov torpaqlarımızın işğaldan azad edilməsi uğrunda nəslindən 17 ŞƏHİD verib, "yeddinci nəslində belə erməni qarışığı olan kəsi bir gün də şirkətimdə saxlamaram" deyir. Görünən budur: Mübariz Mənsimovun hələ ki, bir suçu var - O da Millətimizi, Dövlətimizi, Tariximizi, Tarixi şəxsiyyətlərimizi sevməyində və düşmənlərimizə nifrət bəsləməyindədir...

 

O da Türk Dünyasının dəyərli aydınlarındandır. Sizlərin belə çıxış etmənizsə bədxah qüvvələrə leylək sədaqəti göstərmənizdən irəli gəlir. Yetər daha, millətimizə qara durna taleyi yaşatmayın. VƏTƏN qarşısındakı xidmətinizə baxın - SIFIRDAN YUXARI qalxmayan xidmətinizə. Ol səbəbdən də cəmiyyətin sıravi üzvlərindən bir addım öndə gedənlərimizə daş atmayın!!!

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər