Ermənistanın Qazax təxribatına Sərhəd Xidmətindən sarsıdıcı cavab

12:17 15-08-2019 | icon 571 | Qarabağ
Ermənistanın Qazax təxribatına Sərhəd Xidmətindən sarsıdıcı cavab

Versus.Az "Müsavat"a istinadla xəbər verir ki, Qurban bayramı günlərində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindən və ön cəbhədən sevindirici xəbərlər gəlib. Vətənimizin keşiyində dayanan qəhrəman Azərbaycan oğulları işğalçı ölkənin təxribatlarına tutarlı cavab veriblər.

 

Avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ilkin dindirilmə nəticəsində müəyyən olunub ki, düşmən hərbiçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.

 

Artıq Ermənistan Müdafiə Nazirliyi faktı etiraf edib. “Avqustun 12-də, saat 12:00 radələrində Müdafiə Ordusunun bölmələrindən birinin mühafizə zonasından cənub-şərq istiqamətində, hələlik aydınlaşdırılmamış şəraitdə hərbi qulluqçu Araik Kazaryan döyüş mövqeyini tərk edib”, - deyə nazirliyin məlumatında bildirilir.

Картинки по запросу erməni hərbçinin əsgərlərimizə təslim olmas

Beləcə, hadisədən bir gün sonra Ermənistan ordusunun rəhbərliyi məsələyə münasibət bildirdi, amma yenə də faktı təhrif edərək. Erməni mediası əvvəlcə əlinə ağ mələfə götürüb Azərbaycan əsgərləri tərəfə keçən erməni hərbçinin “oğurlandığını” iddia etdi. Lakin bu cəfəngiyat işə yaramayandan sonra müdafiə naziri David Tonoyan iddia etdi ki, Kazaryan azaraq (!) təmas xəttini keçib.

Düşmənin müdafiə nazirinin çıxışında ən çox diqqət çəkən məqam isə onun Azərbaycan mətbuatında təslim olan erməni əsgəri ilə bağlı yer alan məlumatlardan aşkar narahatlıq hissi keçirməsi olub (Moderator.az). Yazılanları Azərbaycan tərəfinin informasiya müharibəsi kimi dəyərləndirən Tonoyan, Azərbaycan tərəfindən bunun dayandırılmasını istəyib. Tonoyanın yalvarış məzmunlu bu açıqlaması son olayın erməni ordusunun imicinə ciddi zərbə vurduğunu, Ermənistan ictimaiyyəti daxilində ordu ilə bağlı ənənəvi narazılığın bir qədər də güclənə biləcəyini göstərir.

Ermənistanın Qazax təxribatına Sərhəd Xidmətindən ile ilgili görsel sonucu

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgərlərin başına oyunlar açılmasına etiraz olaraq İrəvanda dəfələrlə aksiyalar keçirilib. “Dedovşina”dan əziyyət çəkən əsgərlərin intihara əl atması barədə də çoxsaylı faktlar var. Həmçinin son günlər Ermənistan ordusunun cəbhə xəttində itkilər verməsi D.Tonoyanı çıxılmaza salıb. Baş nazir Nikol Paşinyanın öz oğlunu Qarabağa xidmətə göndərməsi də əsgər valideynlərini sakitləşdirməyib. Sonuncu hadisə isə ordu rəhbərliyini çıxılmaz durumla üz-üzə qoyub.     

Kazaryan Araik Xaykoviçin ilkin dindirilmə nəticəsində müəyyən olunub ki, düşmən hərbçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir. Əsgər bu yaxınlarda məzuniyyətdə olub. Onun hərbi xidmətdən narazılıq etmədiyi də erməni mediasında iddia olunub. Ermənistan vətəndaşının Azərbaycan ərazisində xidmət keçməsi bu ölkənin işğalçı mahiyyətini bir daha sübut edir.

Tonoyan ile ilgili görsel sonucu

D.Tonoyan onu da bildirib ki, İrəvan bir sıra təşkilatlara, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) əsir düşmüş əsgərin geri qaytarılması xahişi ilə müraciət edib. Son məlumata görə, BQXK artıq Ermənistan ordusunun fərari hərbçisi ilə bağlı ikitərəfli danışıqlara başlayıb. BQXK-nın azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, təmsil etdiyi komitə bu məsələ ilə bağlı aidiyyəti qurumlarla ikitərəfli dialoq aparır. İ.Hüseynova həmçinin qeyd edib ki, BQXK mandatına uyğun olaraq saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın.

Ancaq əksər müşahidəçilər hesab edir ki, Azərbaycandakı 3 erməni hərbçi əsir Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilə bilər. Bakı xeyli müddətdir ki, əsir və girovların “hamını hamıya” prinsipi ilə əvəzlənməsini təklif edir, İrəvan isə bundan yayınır.

****

Avqustun 13-də isə Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin genişmiqyaslı təxribatının qarşısının qətiyyətlə alındığı barədə xoş xəbər yayılıb. Məlum olub ki, son aylarda Azərbaycan-Ermənistan dövlət sərhədindəki gərginliyin səbəbi düşmənin bu istiqamətdən mövqelərini irəli çəkmək cəhdi imiş. “Azeri Defence”nin məlumatına görə, Azərbaycan-Ermənistan dövlət sərhədində son zamanlar Ermənistan ordusunun həyata keçirdiyi təxribatlara cavab olaraq Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən ciddi tədbirlər həyata keçirilib. Belə ki, düşmənin Babakər dağı istiqamətində mövqelərini önə çəkmə cəhdlərinə qarşı DSX tərəfindən önləyici tədbirlər həyata keçirilib. Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının ərazidəki bölmələri düşmən tərəfindən yeni mövqelərin ələ keçirilmə niyyətlərinə qarşı hərəkətə keçərək sərhəd döyüş məntəqələrini bir sira istiqamətləridə daha irəli çəkməyə nail olublar. Sərhədçilərimiz tərəfindən tutulmuş yeni mövqelərdən düşmənin Ermənistan Respublikası ərazisindəki döyüş postlarına və bu postları birləşdirən yollara nəzarət imkanı əldə olunub. Eləcə də düşmən tərəfindən əvvəllər atəş altına tutulan yaşayış məntəqələrinə olan təhlükə aradan qaldırılıb.

Hələlik DSX yayılan məlumatı nə təsdiq, nə də təkzib edib. Ermənistan tərəfi də baş verənləri sükutla qarşılayır. Əslində bu səssizlik ilk deyil. Belə ki, Ermənistan rəhbərliyi 2018-ci ildə Naxçıvan istiqamətindən həyata keçirilmiş Günnüt əməliyyatını yalnız yarım il sonra etiraf etdi. Ermənistan ordusunun təxribat niyyətinin Azərbaycan DSX-sı tərəfindən alınması həm də ətraf ərazilərdəki yaşayış məntəqəsinin sakinlərinə yönəlik təhlükələrin aradan qaldırılması deməkdir. Beləliklə, işğalçı ölkənin xain planının qarşısının alınması nəticəsində dövlət sərhədimizdəki olduqca strateji əhəmiyyət kəsb edən yüksəkliklər əsgərlərimizin nəzarətinə keçib.

“Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonu istiqamətində döyüş mövqelərini irəli çəkməsi başlanan prosesin davamıdır. Azərbaycan ordusu bundan əvvəl də müəyyən əraziləri nəzarətə götürüb. Bu proses davam edir. Bilirsiniz ki, qarşı tərəfdə kəndlərimiz var, yandırılıb... Bir sözlə, biz hazırlaşmalıyıq, torpaqlarımızı işğaldan azad etmək üçün hazır vəziyyətdə olmalıyıq”.

Siyavuş Novruzov ile ilgili görsel sonucu

Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib. S.Novruzov xatırladıb ki, bir neçə gün öncə gənc əsgərlərin andiçmə mərasimində iştirak edib: “Yeməkxanalara baxış keçirdik. Xüsusilə qeyd etmək istərdim ki, hərbi hissələrdə bəzi işlərin mülki şəxslərə tapşırılması çox önəmlidir. Çünki o işləri əsgərlər görməməlidir. Məsələn, yeməklərin bişirilməsi və s. işlər bura daxildir”. 

YAP rəsmisi bildirib ki, Azərbaycan ordusu yüksək səviyyədə qurulub: “Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə hər bir məsələ öz həlini tapır. Bu, həm maddi-texniki bazanın gücləndirilməsi, həm də əsgərlərin döyüş ruhunun artırılması işində görünür. Hərbi hissələr ərzaq təminatı ilə ən yüksək səviyyədə təmin olunur”. S.Novruzov vurğulayıb ki, Müdafiə Nazirliyində dəyişiklikdən sonra nazirliyin rəhbər heyəti hərbi hissələrə mütəmadi baxış keçirir, ön xəttə gedirlər: “Bu, əsgərləri də, valideynləri də ruhlandırır. Ordu haqqında yazılan neqativ yazılar yalandan, böhtandan ibarətdir. Azərbaycan ordusunda inkişaf göz qabağındadır. Yəni Azərbaycan ordusu NATO standartlarına tam uyğundur. Bu proses davam etdirilir”.

****

Bu arada Azərbaycan ordusunun daha da gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Əlahiddə Ümumqoşun Orduda birinci eşelonda yerləşən artilleriya və minaatan bölmələri qəfil yoxlanılıb. Yoxlama zamanı “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr atəş mövqeyi rayonlarına və komanda müşahidə məntəqələrinə çıxarılaraq döyüş tətbiqinə hazırlanıb. Atəş mövqeyi rayonlarından planlı və plandankənar hədəflərə döyüş atışları icra edilib. Sonra artilleriya və minaatan bölmələri ehtiyat atəş mövqeyi rayonlarına və komanda müşahidə məntəqələrinə yerdəyişmə edərək yeni aşkar olunmuş hədəfləri məhv ediblər. Qəfil yoxlama zamanı əsas diqqət bölmələrin döyüş tapşırıqlarını yerinə yetirməsinə, şəxsi heyətin funksional vəzifələrinin icrasına və ixtisas hazırlığı üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Müdafiə Nazirliyinin yaydığı digər məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan islahatlara əsasən cəbhəboyu zonanın müxtəlif istiqamətlərində yeni hərbi obyektlərin tikintisi davam etdirilir. Bununla əlaqədar müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektlərdə olublar. Müdafiə nazirinə məruzə edilib ki, ilin sonunadək istifadəyə verilməsi planlaşdırılan bu hərbi şəhərciklər su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə tam təmin olunacaq, hərbi obyektlərdə ən müasir qurğular quraşdırılacaqdır. Bildirilib ki, bu hərbi şəhərciklərdə qərargahlar, zabit və əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğular inşa ediləcək. Eyni zamanda hərbi qulluqçuların yaşayışı və xidməti-döyüş tapşırıqlarını yerinə yetirmələrini təmin etmək məqsədilə müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, camaşırxana-hamamxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektlərinin tikilməsi də nəzərdə tutulub. Yeni inşa edilən hərbi hissədə aparılan tikinti işlərinin gedişatını yoxlayan müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrində xidmət edən hərbi qulluqçularla da görüşüb. ile ilgili görsel sonucu

Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrində xidmət edən hərbi qulluqçularla da görüşüb. Əməliyyat şəraitinin vəziyyəti barədə məruzələri dinlədikdən sonra müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə  müvafiq tapşırıqlar verib. Bölmələrdəki şəraitlə tanış olan nazir ön xətdə xidmət edən hərbi qulluqçularla da görüşüb, şəxsi heyəti Qurban bayramı münasibətilə təbrik edib, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini vurğulayıb. Sonda müdafiə naziri şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.

Bu arada Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan baş nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndidəki çıxışı zamanı səsləndirdiyi avantürist, təhrikedici bəyanatları dəstəkləyib (Virtualaz.org). Mnatsakanyan Paşinyanın avqustun 5-də Xankəndində səsləndirdiyi “Artsax (Dağlıq Qarabağa verilən qondarma ad-red.) - Ermənistanın ayrılmaz tərkib hissəsidir, nöqtə” bəyanatını müdafiə edərək deyib: “Ermənistanın baş naziri Ermənistanın mövqeyini dəqiq formalaşdırıb. Stepanakertdə (Xankəndi - red.) deyilənlərə nəsə əlavə etməyə ehtiyac yoxdur”.

Bu, bir daha təsdiq edir ki, danışıqlar limiti tükənib və son nöqtəni Azərbaycanın qəhrəman ordusu qoyacaq...

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər