Gürcüstanda “Ümumqafqaz Evi” yaradılıb

18:47 15-08-2019 | icon 586 | Geopolitika
Gürcüstanda “Ümumqafqaz Evi” yaradılıb

Gürcüstanda “Ümumqafqaz Evi” beynəlxalq sülhməramlı qeyri-hökumət təşkilatı yaradılıb.

 

Versus.Az “Report”un Gürcüstan bürosuna istinadən xəbər verir ki, QHT bu gün Tbilisidə təqdim olunub.

 

Təşkilatın təsisçiləri Azərbaycanın istefada olan polis general-mayoru, Qarabağ müharibəsi veteranı Kamil Məmmədov və AMEA Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, UNESKO-nun dosenti Rizvan Hüseynovdur.

 

O bildirib ki, təşkilat ötən ilin dekabrında Gürcüstanda rəsmi qeydiyyata alınıb: “Təşkilatın əsas fəaliyyət istiqaməti Qafqazda sülh quruculuğuna dəstək verməkdir. Sentyabrda QHT-nin Tbilisidə təsis qurultayının keçirilməsi nəzərdə tutulub. Toplantıya Gürcüstan, Azərbaycan və Ermənistanı təmsil edən ictimai-siyasi xadimlər və sülh quruculuğu sahəsində fəaliyyət göstərən təşkilatlar dəvət olunacaqlar”.

 

“Ümumqafqaz Evi”nin təsis olunması təşəbbüsünə Gürcüstanın 50-yə yaxın məşhur simaları dəstək verib. Onların arasında məşhur müğənni, Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze, dünyaca məşhur gürcü bəstəkar Gia Kançeli, məşhur gürcü rejissor Robert Sturua da var.

Təşkilatı Qarabağ ermənisi, “Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat”ının rəhbəri Artur Ağacanov və digər Qarabağ erməniləri də dəstəkləyib.

Tədbirdə “Ümuqafqaz Evi”nin bölgədə münaqişə tərəfləri arasında dialoqun genişləndirilməsi istiqamətində fəaliyyətinə dəstək vermək çağırışı ilə beynəxalq təşkilatlar, ATƏT-in Minsk Qrupu, Cənubi Qafqaz ölkələrinin ziyalıları və ictimaiyyətinə müraciət qəbul olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI