İran və Rusiya Bakının yer aldığı Transxəzərə qarşı

19:04 15-08-2019 | icon 98 | Geopolitika
İran və Rusiya Bakının yer aldığı Transxəzərə qarşı

Xəzər İqtisadi Forumunda İran və Rusiya ortaq mövqe  nümayiş etdirib

Azərbaycan, İran və Rusiya arasında enerji şəbəkələrinin birləşdirilməsi layihəsinin əsaslandırma sənədləri hazırlanacaq.

Versus.Az xəbər verir ki, bu barədə Rusiyanın Vahid Enerji Sistemi operatorunun məlumatında bildirilir.

“Avqustun 12-də Rusiya, Azərbaycan və İran üç ölkənin enerji şəbəkələri arasında Şimal - Cənub enerji dəhlizi layihəsinin texniki iqtisadi əsaslandırmanı müştərək hazırlamaqla bağlı saziş imzalayıb”, - məlumatda deyilir.

“Azərenerji” ASC, İranın “Tavanir” şirkəti, Rusiyanın Vahid Enerji Sisteminin tərəf olduqları saziş üç ölkənin enerji sistemlərinin qovuşmasına dair layihədə sifarişçi qismində iştirak edən “Tavanir” şirkəti digər iki iştirakçı ilə razılaşmaq şərtilə əsaslanmanı hazırlayacaq şirkəti seçəcək. Sənədləri bir il ərzində hazırlayıb yekunlaşdırmaq nəzərdə tutulur.

Hələ 2005-ci ildə Azərbaycanla Rusiya arasında iqdisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiyasının qərarlarında iki ölkə arasında enerji sistemlərin birləşdirilməsinə qarşılıqlı maraq ifadə olunub. Bundan əvvəl Rusiya tərəfi texniki şərtlərini hazırlayaraq Azərbaycana və İrana göndərib.

Bakıda 2018-ci il aprelin 26-da üç ölkənin enerji naziri müavinləri səviyyəsində keçirilən görüş zamanı sözügedən şərtlər razılaşdırılmış, enerji sistemlərinin birləşdirilməsi məsələsinə dair üçtərəfli işçi qrupu yaradılmışdı.

Yeri gəlmişkən, daha bir enerji layihəsi ilə bağlı məsələ isə belə görünür ki, tezliklə həll edilməyə bilər. Söhbət Transxəzər qaz kəmərindən gedir. İran bəyan edib ki, ekologiya baxımından Xəzər dənizindən qaz kəmərinin çəkilməsinin əleyhinədir.  “Turan” xəbər verir ki, bunu İran Milli Qaz Şirkətinin nümayəndəsi Bəhruz Namdari  Xəzər İqtisadi Forumunda çıxışında bildirib. “Şərqdən Xəzər dənizinin qərbinə qaz kəmərinin çəkilməsi regionun ekologiyasına ciddi ziyan vura bilər. İran onun inşasının əleyhinədir”

O, Bakı və Aşqabada təklif edib ki, Avropaya qaz nəqli üçün İranın infrastrukturundan istifadə etsinlər.

Eyni zamanda Moskvada Rusiya hökumətinin aparat rəhbərinin müavini Sergey Prixodko işarə edib ki, Rusiya ekoloji səbəblərdən Transxəzər qaz kəməri layihəsinin əleyhinədir.

Sergey Prikhodko ile ilgili görsel sonucu

“Xəzərdə iri layihələr qərəzsiz ekoloji ekspertizadan keçirilməlidir”, - o, avqustun 12-də deyib.

Onun sözlərinə görə, bundan öncə beş Xəzəryanı ölkə arasında imzalanmış ətraf mühitin qiymətləndirilməsinə dair protokol “Xəzər sahilində yerləşən hər bir dövlətə transərhəd xarakterə malik dəniz fəaliyyətinin hərtərəfli ekoloji ekspertizasında iştirak etmək hüququ verir.

Bir il öncə Xəzəryanı ölkələrin liderləri Xəzərin hüquqi statusuna dair Konvensiya imzalayıblar. Sənədə görə, belə layihələr ancaq qaz kəmərlərinin keçdiyi ərazi sularına malik ölkələr ilə razılaşdırılmalıdır. Türkmənistan qazının Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya nəqli üçün nəzərdə tutulan bu qaz kəməri layihəsi uzun illər əvvəl irəli sürülüb. Amma Xəzərin hüquqi statusunun razılaşdırılmaması layihənin qarşısında əsas əngəl hesab edilirdi. Çünki Rusiya və İran bu mövqedə idi ki, dənizin dibindən kəmərlərin çəkilməsi bütün sahilyanı dövlətlərin razılığı ilə baş tuta bilər.

İran və Rusiya ile ilgili görsel sonucu

Xəzərin hüquqi statusuna dair bir il əvvəl imzalanmış Konvensiyada isə göstərilirdi  ki, dənizin dibindən kəmərlərin çəkilməsi üçün kəmərin marşrutunun keçdiyi milli sektorların mənsub olduğu ölkələrin razılığı kifayət edir. Bu baxımdam həm rəsmi Aşqabad, həm bir sıra ekspertlər belə qənaətə gəliblər ki, Transxəzər qaz kəmərinin çəkilməsi üçün türkmən qazının Avropa bazarlarına çıxmasında maraqlı olmayan Rusiyanın razılığı tələb olunmur. Lakin Rusiya tərəfi hələ bir il əvvəl də bəyan etmişdi ki, əgər Transxəzər boru kəmərləri layihələri meydana çıxarsa, iştirakçı ölkələr hələ layihələndirmə mərhələsində onun Xəzərin ekologiyasına mümkün təsirlərini analiz etmək prosedurunu başlatmalıdır. Yəni Transxəzər qaz kəməri layihəsi üzərində layihələndirmə işləri başlasa, əvvəlcə gərək bütün sahilyanı ölkələr onu ekoloji ekspertizadan keçirib öz razılıqlarını versinlər.

Rusiya XİN-in Transxəzər qaz kəmərinin tikintisi perspekivlərinə dair rəsmi mövqeyi məhz bundan ibarətdir.  Yəni aydın idi  ki, Türkmənistan və Azərbaycan öz aralarında Transxəzər qaz kəmərinə dair razılığa gəlsələr, bunu Rusiya və digər sahilyanı ölkələrlə də razılaşdırmaq tələb olunacaq./"Müsavat"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

"Bu, inteqrasiya deyildi, bu müxalifətin inteqrasiyasına zərbə idi"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

Qadının ən gizli orqanının sirri açıldı

"Əli İnsanovun onlarla birgə olması ilk öncə özünə təhqirdir"

BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Ciyər xərçənginin ilkin əlamətləri açıqlandı

Darçının tərkibində gizlənən ÖLÜM SİRLƏRİ

Müsavatda Stalin haqqında uydurulmuş miflərlə formalaşan dəyirmi masa

Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil təqdim edildi - FOTO

KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edir